Adı «Tvente»nin əsas komandasının tərkibində Hollandiya çempionatının iştirak ərizəsinə salınmayan millimizin hücumçusu Vaqif Cavadovun karyerasını Ağdamın «Qarabağ» klubunda davam etdirib-etdirməyəcəyi hələ dəqiqləşməyib. Qol.Az-ın məlumatına görə, klubun vitse-prezidenti Tahir Gözəl bu gün «Qarabağ»ın kollektivi ilə görüşdə Vaqiflə bağlı qərarın baş məşqçi Qurban Qurbanovun verəcəyini bildirib.
T.Gözəl Cavadovun «Tvente»dən ayrılma səbəbləri haqda da danışıb. Onun sözlərinə görə, Vaqifin Hollandiya klubuna transferində bu komandanın sabiq baş məşqçisi Stiv Maklarenin əməyi çox olub: «Maklaren Vaqifin oyununu görmüş və bəyənmişdi. Əgər o, «Tvente»dən getməsəydi, Vaqifə əsas komandasında oynamağa imkan verəcəkdi. Yeni baş məşqçi isə əsas özünün tanıdığı futbolçuları irəli çəkdi, Vaqifi isə əvəzedici heyətə göndərdi».
Tahir Gözəlin sözlərinə görə, V.Cavadovun yeni baş məşqçisiylə yola getməməsinə futbolçunun ingilis dilini bilməməsi də səbəb olub: «Mən dəfələrlə demişəm ki, bizim futbolçular mütləq ingilis dilini öyrənməlidirlər. Əgər Vaqif bu dili bilsəydi, yeni baş məşqçisinə şəxsən özü fikrini daha dəqiq ifadə edə bilərdi. Çox heyif ki, belə vəziyyət yarandı».
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu