Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 75 günlük fasilə başa çatacaq və yeni milli çempionata start veriləcək. Qol.Az-ın məlumatına görə, sayca 19-cu milli çempionatı əvvəlkilərdən fərqləndirən bəzi məqamlar da var. Əvvəla Premyer Liqanın formatı dəyişib. “Qızıl xal” prinsipi ləğv olunub və indi bütün komandalar arasındakı görüşlər sonda vacib sayılacaq. Digər tərəfdən iştirakçılar arasında titullu klubların sayı artıb. Məsələn, üçqat ölkə çempionu, dörd dəfə ölkə kubokunu başı üzərinə qaldırmış “Kəpəz”in varisi “Gəncə” 4 illik fasilədən sonra elitaya qayıdıb. Digər tərəfdən, “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” kimi iddialı klubların heyətinə tanınmış ulduzları qatması da azarkeşlərin stadionlara axışmasına az təsir göstərməyəcək.
İlk turun oyunları bu gün və sabah keçiriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. 19-cu milli çempionata Gəncədə start veriləcək. Premyer Liqa saat 18.00-da başlayacaq “Gəncə”-“Simurq” görüşü ilə start götürəcək. “Bakı”nın sabiq baş məşqçisi, bu komandayla ölkə çempionluğunu qazanan makedoniyalı Cokiça Haciyevski “Simurq”un çalışdırıcı kimi məhz açılış oyununda rəsmi debüt edəcək.
Lənkəranda isə iki əcnəbi mütəxəssis debüt edəcək. “Xəzər Lənkəran” rumıniyalı Mirça Rednik, “Qəbələ” isə əfsanəvi ingilis futbolçu Toni Adamsla yola başlayır. Almaniyalı Vinfred Şafer isə fasilə müddətində gəlsə də, Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə siftə edib. Onun çempionatımızda ilk oyunu yeni adla çıxış edən komandaya qarşı olacaq. Məlum olduğu kimi, əvvəl “Olimpik”, daha sonra “Olimpik-Şüvəlan” adlanan komanda bu mövsümdən etibarən əsas sponsoru olan AZAL-ın adını daşıyacaq.
Turun mərkəzi oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bütün milli çempionatlarımızda iştirak edən əzəli rəqiblər – “Neftçi” ilə “Qarabağ”ın görüşü maraqla gözlənilir. Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirən, heyətində böyük dəyişiklik edən, İqor Mitrevski, Emil Mpenza kimi tanınmış futbolçuları transfer edən “Neftçi” Avropa Liqasında tarixlər yazan və pley-off mərhələsinə yüksələn “Qarabağ”ı qonaq edəcək.
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan MOİK stadionunda yenidənqurma işləri getdiyindən “Qarabağ” kimi bir müddət rəqiblərini Tofiq İsmayılov adına Suraxanı stadionunda qəbul edəcək. “Hərbçilər” ilk sınağına “Muğan”la oyunda çıxacaq. Son ölkə çempionu “İnter” isə yeni mövsümü Tovuzda açacaq. Sakit Alıyev iki ildən sonra “Turan”ın baş məşqçi postuna qayıdıb və indi onu ilk turda çətin sınaq gözləyir.
Unibank Premyer Liqası
1-ci tur
7 avqust
18:00. “Gəncə” – “Simurq”
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Munis Abdullayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əmir Zamanov.
Gəncə. Şəhər stadionu
20:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Eldar Nağıbəyov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər stadionu
20:00. “Bakı” – AZAL
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Orxan Məmmədov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
8 avqust
18:00. “Turan” – “İnter”
Hakimlər: Elnur Muradov, Aleksandr Musatkin, Samir Hacıyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rüfət Hüseynov.
Tovuz. Şəhər stadionu
18:00. MOİK – “Muğan”
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
21:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Roman Vasilyev, İlham Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?