«Qarabağ»ın beş potensial rəqiblərindən ikisi - «Liverpul» və «Borussiya» daha güclüydü. Onlardan biri - «Borussiya» bizə rəqib oldu. Düzdür, «Borussi ya» «Liverpul» deyil, amma digər üç komandadan güclüdür». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Qarabağ»ın liderlərindən olan Rəşad Sadıqov deyib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində Almaniyanın «Dortmund» şəhərinin «Borussiya» klubu «Qarabağ»a rəqib olub. Bu komandalar arasındakı ilk oyun avqustun 19-da səfərdə, cavab matçı isə avqustun 26-da Bakıda keçiriləcək.
«Biz püşkdən əvvəl hansı komandayla qarşılaşacağımızı fikirləşmirdik. Xeyirlisi…» - deyə R.Sadıqov bildirib.
Onun fikrincə, «Borussiya» kimi bir komandanın Azərbaycana gəlməsinin özü futbolumuz inkişafı istiqəmətində bir addım olacaq: «Hər şeydən əvvəl belə bir komandanın ölkəmizə səfəri futbolumuzun təbliğatı üçün böyük hadisədir. Bu, ölkəmizdə futbola marağı daha da artıra bilər».
«İlk matçın səfərdə olması «Qarabağ» üçün üstünlük ola bilərmi» sualına Sadıqovun cavabı belə olub: «Düzdür, çox şey ilk oyundan asılı olacaq. Amma istənilən halda hər iki matçda oynamalısan».
R.Sadıqov bu cütlüyə proqnoz vermək istəmədiyini söyləyib.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu