“Qarabağ”ın direktoru Əmrah Çəlikəl rəhbəri olduğu komandanın Avroliqadanın qarşıdakı oyunu ilə bağlı klubun rəsmi saytınının suallarını cavablandırıb
- Artıq “Visla” ilə oyuna çox az vaxt qalıb. “Qarabağ”ın hazırlıqları necə gedir?
- Təbii ki, “Qarabağ” olaraq rəqibi ən yaxşı halda qarşılamağı və qonaqpərvərliyimizə uyğun olaraq yola salmağı planlaşdırırıq. “Visla” Avropada tanınmış, özünəməxsus üslüba malik komandadır. İlk oyun zamanı davranışları ilə peşəkar klub olduqlarını nümayiş etdirdilər. Biz də əhatəli olaraq həm texniki, həm də təşkilati olaraq oyuna hazırlaşırıq.
- Belə başa düşdük ki, rəqibi ciddi şəkildə qiymətləndirirsiniz?
- Əlbəttə. Biz “Visla” ilə oyunlara 2 oyun deyil, iki 45 dəqiqəlik görüş kimi baxırıq. İlk 45 dəqiqə Krakovda oynanılıb. 2-ci hissə isə Bakıda baş tutacaq. Ona görə də ilk yarıdakı səfər qələbəsi başımızın altına “yastıq” qoymamalıdır. “Visla” son 3 ildə 2 dəfə çempion olub, sonuncu mövsümdə isə “qızıl”Ü medalları son anda əldən qaçırıb. Sizcə, belə komandanı ciddiyə almamaq olarmı?
- Çoxları “Qarabağ”ın səfər qələbəsi qazandığına görə indidən “play-off” mərhələsini fikirləşir...
- Əgər biz də belə fikirləşsək, o zaman mübarizəni indidən uduzmuş olarıq. Etiraf etməliyəm ki, “Visla” hətta “Tvente”dən də üstün təsir bağışlayır. Oyun komponentlərinə görə “Visla” daim hücum etməyi və uduzmamağı xoşlayır. Təbii ki, biz də “Qarabağ”ımızın gücünə bələdik. “Qarabağ” istənilən komandayla başa-baş oynamağa qadirdir. Amma 90 dəqiqə meydanda sona qədər vuruşmadan, canını meydanda qoymadan nəticə qazanmaq mümkün deyil. “Pley-off” məsələsini düşünmək üçün hələ çox erkəndir. Bir daha qeyd edirəm ki, komandamıza inamımız sonsuzdur. Amma gəlin, cavab matçı istədiyimiz nəticə ilə bitdikdən sonra 4-cü mərhələ haqqında fikirləşək. İndidən növbəti mərhələ barədə fikirləşmək düzgün deyil. Hələ bizim ilk oyundan da daha çətin mücadilə gözləyir.
- “Qarabağ” – “Visla” görüşündən hansı nəticəni gözləyirsiz?
- Məni hesab yox, nəticə maraqlandırır. İlk oyundan sonra hər kəs “Qarabağ”ı indidən növbəti mərhələdə görə bilər. Amma gəlin, bir şeyi unutmayaq ki, qarşımızdakı rəqib “Barselona”nı məğlub etmiş bir komandadır. Mən hətta özümü 120 dəqiqiqəlik mübarizəyə də kökləmişəm. Azarkeşlər, mediamızımızı səbirli olmağı, komandamızı sona qədər dəstəkləməyini arzulayıram. Çünki hələ heç nə bitməyib. Bu oyun “Rusenborq”, “Tvente” ilə oyunlarımızdan daha çətin olacaq.
- “Visla” adını çəkdiyiniz rəqiblərdən güclüdür?
- Məncə, bəli. Bilirsiz, ilk oyunda ora gedərkən polşalıların bizə yuxarıdan aşağı baxdıqlarını sezməmək mümkün deyildi. Əslində bu bizə motivasiya verən ən önəmli amillərdən biri oldu. İnanın ki, oyunun sonunda qələbəyə daha çox məhz buna görə sevinirdik.
- İndi biz onlara yuxarıdan aşağı baxırıq?
- Əgər biz də indi ilk oyundakı nəticəyə görə onlara yuxarıdan boylansaq, polşalıların gününə düşməyəcəyimizə kim zəmanət verə bilər?!
- Bəs, hansı nəticə sizi məmnun edər?
- Təbii ki, “Qarabağ”ın istənilən halda mərhələ adlaması bizim üçün vacibdir. “Qarabağ” artıq 2 ildir sübut edir ki, əbəs yerə Azərbaycanın qüruru sayılmır. Biz bu günlərə alınımız təri ilə gəlmişik. Yenə də eyni ciddiyətimizlə yola davam edirik. Artıq bütün ölkə kimi klubda da hər kəs “Visla” ilə cavab oyununa köklənib. Adətən, 2 gün öncə oteldə oyun üçün yığışan komanda bu dəfə 3 gün öncədən eyni addımı atıb. Bunlar hamısı”Visla”la ilə oyuna hesablanıb.
- “Visla” ilə oyun üçün xüsusi tədbirlər nəzərdə tutulubmu?
- Bizə çatan məlumatlara görə, oyunla bağlı böyük ajiotaj var. Bunu bilet tələbindən anlamaq da mümkündür. Səhv etmirəmsə, ölkədə heç bir futbol matçında belə hal müşahidə olunmayıb. Əlbəttə, “Visla” kimi komandanın Bakıya gəlməsi ilk oyunda qeydə alınan nəticə xalqımızı ümidləndirib. İlk öncə stadionun tam dolacağını, 90 dəqiqə, lazım gələrsə, daha artıq komandanı sona qədər dəstəkləyəcəyinə inanıram. Oyunla bağlı azarkeşlərimizin “Qarabağ”ı dəstəkləməsi üçün mümkün olan hər bir şeyi etməyə çalışacağıq. İnanıram ki, sonda çəkdiyimiz əziyyət sonunda “Qarabağ”ımız hər kəsi sevindirəcək.
- Sonda nə demək istərdiniz?
- “Qarabağ” – “Visla” oyunu bəlkə də nəinki, “Qarabağ”, eyni zamanda bütün Azərbaycan futbolu üçün ən vacib matç ola bilər. Hər kəsi “Qarabağ”a sona qədər dəstək verməyə və yanında olmağa çağırırıq. Qeyd etdiyim kimi, ilk hissə bizim xeyirimizə başa çatıb. İkinci hissəni də qazanmağımız üçün mübarizəmizi eyni ciddiyətlə sona qədər davam etdirməliyik. Bütün azarkeşlərimiz və mediamızdan ilk oyundan da çətin bir oyuna hazır olmalarını istəyirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi