«Bakı» klubunun türkiyəli sabiq baş məşqçisi Bülənt Qorxmazın Qol.Az saytına müsahibəsi
- Deyəsən, Azərbaycandan ayrıldıqdan sonra özünüzə hələ də bir iş tapa bilməmisiniz.
- Bir neçə klubdan dəvət almışdım. Amma onlar mənim təkliflərimi qəbul etmədilər. Fransanın ikinci liqasında çıxış edə bir klub da mənə baş məşqçi vəzifəsini təklif etmişdi. Anlaşa bilmədik. Bundan başqa, Cənubi Koreyedan və Orta Asiyanın bir sıra klublarından təkliflər vardı. Hələlik bir yerdə çalışmıram.
- Azərbaycanın hansısa klubundan sizə dəvət gəlmişdimi?
- Bundan xəbərim yoxdur. Düzü, bu işlərlə mənim menecerlərim məşğul olur. Bir dəfə onlar soruşdular ki, yenidən Azərbaycanda çalışmaq istəyərdinizmi? Müsbət cavab verdim. Amma ölkənizdən təklifin gəlib-gəlməməsi haqda mənə bir söz deyilməyib.
- Azərbaycan klublarının Avropa Liqasındakı çıxışlarından xəbəriniz var?
- Bəli. «İnter» və «Xəzər Lənkəran»ın ilk mərhələ yenildiyindən xəbərim var. «Qarabağ»ın uğurları isə məni yaxşı mənada təəccübləndirir. «Bakı»nın cəzalı futbolçuya görə UEFA-dan texniki məğlubiyyət almasına isə çox üzüldüm.
- «Qarabağ»ın oyunlarını izləmək imkanınız olub?
- Yox, matçlarına baxmamışam. Yalnız nəticələrdən xəbərim var. «Visla»nı səfərdə məğlub etdiklərini bilirəm. Cavab oyununda çox diqqətli olmaq lazımdır.
- «Qarabağ»ın Avropa liqasının qrupuna düşmək şansını necə dəyərləndirirsiniz?
- Hələ püşk atılmadığına görə bu haqda indidən nəsə demək çətindir.
Onu söyləyə bilərəm ki, «Qarabağ»ın daha yaxşı nəticələr əldə etməsi üçün potensialı var. Mən «Qarabağ»ı həmişə bəyənmişəm. Azərbaycan millisinin aparıcı üzvləri məhz bu klubda çıxış edirlər. Maddi durumları da yaxşı olmalıdır. Buna görə də komandada səviyyəli futbolçular toplaşıb.
Mən hər zaman söyləmişəm, Azərbaycan futbolunun uğurları üçün mütləq bazalar tikilməlidir. «Bakı» klubunda bu işləri Hafiz bəy həyata keçirib. Orada uşaq futbolunun inkişafına xüsusi diqqət yetirilir. Bütün bunlardan sonra Avropada uğurların olması vacibdir.
- UEFA-nın keçmiş klubunuz «Bakı»ya texniki məğlubiyyət vermək xəbərini eşidəndə nə hisslər keçirdiniz?
- Çox pis oldum. Bilirsiniz, cəzalı futbolçunu oynatmazlar. Həmişə demişəm, bu və buna oxşar problemlərin yaranmaması üçün bir şey lazımdır: peşəkarlıq, peşəkarlıq və yenə də peşəkarlıq. Mən «Bakı»da işləyəndə futbolçunun hər şeyinə fikir verirdim. Yeməyinə, içməyinə, məşqinə… Bu mənada, klub daha da peşəkarlaşmalıdır. Ən azı Avropa uğur qazanmaq istəyirsənsə, bütün bu işlər həyata keçirilməlidir.
- «Bakı»nın yeni baş məşqçisi Vinfred Şeferə münasibətiniz necədir?
- Bildiyimə görə, o, Almaniya və Kamerun milli komandasında çalışıb. Təcrübəli bir məşqçidir. Onun həmyerlisi Berti Foqts da Azərbaycanda işləyir. Alman mütəxəssislərin Azərbaycanda işləməsi sizin futbolunuzun inkişafı üçün çox önəmlidir.
- Avropa kubokundakı sonuncu təmsilçimiz «Qarabağ» haqda fikirlərinizi bilmək istərdik. Gərək ki, siz bu klubu Azərbaycanın ən yaxşı komandası adlandırmışdınız.
- Mən həmişə demişəm, «Qarabağ»ın üstünlüyü ondadır ki, bu komandada millinin futbolçuları cəmləşib. Amma eyni zamanda, «Qarabağ»a daha bir neçə əcnəbi gətirilməlidir. Bu zaman komanda daha yaxşı nəticələr əldə edə bilər. Bildiyimə görə, indi «Qarabağ»da legionerlər çox azdır. Digər komandalarda isə legionerlər çoxdur, amma aşağı yaş qrupp üzrə komandalarında problem var.
- Və sonda. Sizi Azərbaycanda bir də nə zaman görəcəyik?
- Hazırda işlərim çoxdur. Amma qarşıdakı günlərdə və ya həftələrdə ölkənizə gələ bilərəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi