«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov ünlü futbolçu Emil Mpenzanın kluba transferi və avqustun 8-də «Qarabağ»la ölkə çempionatının oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Emil Mpenza bu gün Bakıya gəlib və «Neftçi»nin məşqini izləyib. Belçikalı futbolçuyla nə vaxt müqavilə bağlanacaq?
- Bu gün və ya sabah danışıqlar tam yekunlaşacaq və onun «Neftçi»yə keçidi rəsmiləşəcək.
- Futbolçuyla tam razılığa gəlinibmi?
- Təbii. Elə bu səbəbdən belçikalı ulduz Bakıdadır. Sadəcə, o, bu gün səhər saat 6-7 radələrində Azərbaycana gəldiyindən və yorğun olduğundan «Neftçi»nin səhər keçirilən məşqində iştirak etmədi. Axşam isə fərdi olaraq məşqə çıxacaq. Artıq dediyim kimi, yaxın iki gündə Mpenza ilə danışıqlar tam yekunlaşacaq və bütün məsələlər öz həllini tapacaq. Mənə elə gəlir ki, hər hansı problem yaşanmayacaq. Mpenza özü də «Neftçi»də oynamaq istəyir. Ona görə də Bakıda və «Neftçi»nin bazasındadır.
- Futbolçu ilə müqavilənin müddəti nə qədər olacaq?
- Minimum iki, maksimum üç illik müqavilə bağlamağı nəzərdə tuturuq.
- Transferin məbləğini açıqlaya bilərsiniz? Hər halda ulduz bir futbolçunun Azərbaycana transferi ucuz başa gələ bilməz. Xarici mətbuatda da bununla bağlı müxtəlif rəqəmlər səslənir.
- Mən bu haqda heç nə demək istəmirəm. Sadəcə, onu deyim ki, Mpenza ulduz bir futbolçudur və sizin qeyd etdiyiniz kimi, Avropa mətbuatı bu məsələni gündəmdə saxlayır. İndi onlar «Neftçi» klubundan, Azərbaycan futbolundan yazırlar. Bu da futbolumuzun təbliğatı yönündə önəmli addımdır. Biz Azərbaycan çempionatının səviyyəsini qaldırmaq istəyiriksə, ölkəmizə səviyyəli legionerlər gətirməliyik. Yerli futbolçularımız da onların oyununa baxıb inkişaf edərlər.
- Hər halda, transferin qiyməti maraq doğurur…
- Bir məsələni xüsusi vurğulayım ki, «Neftçi»ylə yanaşı Avropanın bir neçə adlı-sanlı klubu da Mpenzanı transfer etmək istəyirdi və onların bu futbolçuya təklif etdiyi məğləğ bizimkindən daha çox idi. Amma biz Mpenza ilə uzun müddətdir ki, danışıqlar aparırdıq. Fürsətdən istifadə edib menecer Rəşid bəyə və şəxsən Mpenzanın özünə təşəkkür edirəm. Futbolçu öncədən söz verdiyi kimi, «Neftçi»ni seçdi, bununla da vədinə əməl etdi. Mpenza daha məşhur klublardan dəvət almasına və ona daha çox pul təklif edilməsinə baxmayaraq, məhz «Neftçi»ni seçdi. Mpenza bizimlə danışıqlarda ən sonda mənəvi baxımdan hərəkət etdi.
- Azarkeşlər Mpenzanı avqustun 8-də «Qarabağ»la ölkə çempionatının oyunlarında görə biləcəklər?
- Bu matça qədər Mpenzanın klubumuza rəsmi transfer məsələsi həllini tapmalıdır. Avqustun 8-nə qədər belçikalı futbolçunun sənədləşdirmə işlərini yoluna qoymalıyıq. Onun meydana çıxıb-çıxmayacağı haqda qərarı isə artıq məşqçilər heyəti verəcək.
- «Qarabağ»la matçdan söz düşmüşkən, bu komanda Avroliqada parlaq oyun nümayiş etdirir və yüksək formadadır. Bu amil sizi narahat etmir ki?
- Mən ilk öncə bütün klub rəhbərliyimiz adından «Qarabağ» klubuna «Visla» ilə Avroliqanın cavab matçında da uğurlar arzulayıram. İnanırıq ki, «Qarabağ» Avropada daha uğurlu nəticələrə imza atacaq. Sizin sualınıza gəlincə, «Neftçi» Azərbaycanın ən köklü klubudur və istənilən rəqiblə qarşılaşmağa hazırdır. Mən şübhə etmirəm ki, Mpenzanın və digər legionerlərimizin «Neftçi»yə gəlişi, eyni zamanda «Qarabağ»ın Avroliqadakı uğuru avqustun 8-də tribunada azarkeşlərin sayını daha da çox edəcək. Biz elə azarkeşlərimizi düşünərək bu matçı axşam saatlarına təyin etmişik. İnanıram ki, azarkeşlər tribunaları doldursalar, qətiyyən yanılmayacaqlar. Dünya səviyyəli ulduz futbolçu və möhtəşəm «Qarabağ» komandasının oyunu onlara zövq verəcək.
- Matçın saat 21.00-da başlayacağı dəqiqləşib?
- Biz oyunun məhz bu saatda start götürməsini nəzərdə tutmuşuq. Bununla bağlı qərarı isə Peşəkar Futbol Liqası verməlidir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi