«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə sizi Polşa «Visla»sı üzərindəki dünənki qələbə münasibətilə təbrik edirik. Sizcə, nəticə oyuna görə oldu?
- Bəli. Rəqib oyuna çox yaxşı başlamışdı. İkinci hissədə onlar azlıqla qalandan sonra bizim qol epizodlarımız da çox oldu. Əgər penaltini vura bilsəydilər, matç heç-heçə də başa çata bilərdi. Hesab edirəm ki, normal oyun oldu. Futbolçularımız ümumən yaxşı təsir bağışladılar.
- «Visla»nı bunadək Avroliqada qarşılaşdığınız rəqiblərdən hansından daha güclü hesab edirsiniz?
- Bilirsiniz, Avroliqada zəif rəqib olmur. Amma «Visla»nın oyunu ötən il qarşılaşdığımız «Tvente»nin oyununa çox yaxındır. Onlar mənə müəyyən mənada bu komandanı xatırladır. Topla yaxşı davranmaq qabiliyyətləri var. Hücumda yaxşı iştirak edirlər. Beş-altı futbolçusu irəli atılır və bir-birilərini yaxşı anlayırlar. Ayrı-ayrılıqda hər bir futbolçusu yüksək göstəricilərə malikdir. Mobil bir komandadır.
- Futbolçularınızdan daha çox kimlərin oyunundan razı və narazı qaldınız?
- Narazı dedikdə ki… Ümumən, dünən biz tam komanda oyunu göstərmək istəyirdik. Şükürlər olsun ki, oyunumuz istədiyimiz kimi alındı. Mən futbolçularımdan narazı ola bilmərəm. Onlar bütün tapşırıqları yerinə yetirdilər. Düzdür, bəzən, həlledici məqamlarda səhvlər olurdu. Amma bunlar bağışlanası səhvlərdir. Bir daha deyirəm, əsas odur ki, tapşırıqları yerinə yetirə bildilər.
- Rəşad Sadıqov dünənki matçda həm də tez-tez səhvlərə yol verməsilə yadda qaldı.
- Bunlar xırda, texniki səhvlərdir. Bəzən belə hallar olur. Meydança amilini də nəzərə almaq lazım idi. Ümumilikdə isə arxa xəttə yüksək səviyyədə oynadı və ağıllı oyun qurdu.
- Meydançanın ot örtüyündəki problemlər oyununuza nə dərəcədə təsir etdi?
- Oyun ərəfəsində, düz üç gün güclü yağış yağdığından meydançanın vəziyyəti yaxşı deyildi, futbolçular tez-tez sürüşürdülər. Həm də qarşılaşmadan əvvəl də meydançanı sulamışdılar. Bu mənada, ot örtüyünün bu vəziyyətdə olması daha baxımlı futbol nümayiş etdirməyə imkan vermədi.
- Emin İmaməliyev ümumən pis təsir bağışlamasa da, əlverişli vəziyyətlərdən istifadə edə bilmədi.
- Emində son anda qol vurmaq üçün nəsə çatmırdı. Amma Emin düzgün mövqe seçirdi, lazımi anda lazımi yerdə olurdu ki, bu da onun peşəkarlığından xəbər verir. Emin oyunu daha yaxşı hiss edir. Hərçənd, texniki qüsurları oldu. Ola bilər ki, həyacanlıydı. Hər halda «Visla» kimi bir komandaya qarşı oynayırdı.
- Deyəsən, rəqib Əfran İsmayılova daha çox diqqət yetirirdi. Çünki Əfrana əvvəlki kimi oynamağa imkan vermədilər.
- Əlbəttə, rəqib bizi yaxşı öyrənmişdi. «Qarabağ»ın, o cümlədən Əfranın oyunlarını diqqətlə izlədiklərindən ona qarşı xüsusi tədbir görmüşdülər. Həmin mövqeyə başqa bir futbolçu daxil etmişdilər. Çünki bu mövqedə «Visla»da əvvəl başqa futbolçu çıxış edirdi. Polşa klubunun çox sürətli və fiziki cəhətdən yüksək olan futbolçuları var. Onlar Əfrana qarşı çox diqqətli idilər.
- Vüqar Nadirovun meydana girən kimi qol vurması sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Bu, normal bir haldır. Futbolda belə şeylər çox olur. Vüqar çox düzgün mövqe seçdi və qol vurdu. Hiss olunurdu ki, o, komandaya kömək etmək istəyir, yaxşı oynamaq üçün alışıb-yanır. Vüqar neçə vaxtdır ki, əsas heyətdə oynamırdı. Son vaxtlar formasını bərpa edib. Son 15-20 gündə məşqlərdə ürəkdən çalışırdı. İstəyirdi ki, qol vursun və buna nail oldu. Ümumiyyətlə, Vüqar belə epizodlardan maksimum yararlanmağı bacaran futbolçudur.
- Cavab oyunu haqda fikirlərinizi bilmək maraqlı olardı. Sizcə, Bakıda ən çox hansı komanda daha çox əziyyətə düşəcək: «Qarabağ», yoxsa «Visla»?
- Gəlin, hələ tələsməyək. Biz hələ Bakıya bu gün gəlmişik. Bu gün istirahət edəcəyik. Hələ dünənki oyunu təhlil etməmişik. Ona görə də bu barədə daha sonra danışsaq, yaxşı olar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi