Avropa Liqasının «Visla» - «Qarabağ» oyununun qəhrəmanlarından olan qapıçı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Polşa və Azərbaycan mətbuatı dünənki oyunda bir neçə təhlükəli qol epizodlarını, o cümlədən penaltini zərərsizləşdirdiyinə görə səni oyunun əsas qəhrəmanı adlandırırlar. Bu fikrə münasibətin necədir?
- Qəhrəman deyəndə ki, mən öz işimi görmüşəm. Hər bir qarşılaşmada olduğu kimi, bu dəfə də üzərimə düşən işin öhdəsindən gəlməliydim. Allaha şükür ki, uşaqların hamısı yaxşı oynadı. Əllərindən gələni etdilər ki, səfərdə vacib qələbə qazanaq və sərfəli nəticəylə evə dönək. Düşünürəm ki. cavab görüşü dünənkindən də ağır olacaq. Amma təbii, biz çalışacığıq ki, sərfəli nəticə qazanıb növbəti mərhələyə adlayaq.
- Avrokuboklardakı son 11 oyunda daha hansı matçda bu cür çətinliklə üzləşmişdin?
- UEFA-da heç bir oyun asan keçmir. Bu mənada, hansısa oyunu fərqləndirmək mənim üçün çətindir. Dünən biz də çalışdıq ki, əlimizdən gələni edək. Sevinirəm ki, yüksək səviyyəli oyün nümayiş etdirib qələbə qazandıq.
- «Visla»nı Avroliqada qarşılaşdığınız hansı komandayla müqayisə edə bilərdin?
- Ümumiyyətlə, Polşa futbolunun üstün tərəfləri çoxdur. Onlar həmişə hücumameylli futbol nümayiş etdirirlər. Buna qədər bizdə «Polşa sindromu» var idi. Adətən, onların milli komandalarına və klublarına böyükhesabla uduzurduq. Amma bu dəfə əvvəlcə «İnter» səfərdə «Lex»ə qalib gəldi. Heyif ki, mərhələ adlaya bilmədilər. Sonra isə isə «Qarabağ» səfərdə qələbə qazandı.
Biz hər bir qarşılaşmaya olduğu kimi, «Visla» ilə görüşə də qələbə üçün çıxmışdıq. «Visla» Polşanın ən güclü klublarından biridir. Bu komandanın oyunu ötən il qarşılaşdığımız «Tvente»nin və «Rusenborq»un oyununa çox yaxındır.
- Penaltini epizoduna yaxın idin. Hakim 11 metrlik cərimə zərbəsi təyin edəndə Rəşad Sadıqov onun qərarına etiraz etdi. Səncə, orada qayda həqiqətən də pozulmuşdu?
- Düşünürəm ki, hakim tələsik qərar verdi. Məncə, orada rəqib futbolçuya cüzi toxunuş var idi. Oyunçu da biclik edib yerə yaxıldı və hakimi aldatdı.
- Ümumiyyətlə, nəticə oyuna görə oldu?
- Birinci hissə «Visla»nın üstünlüyü ilə keçdi. Fasilədən sonra isə biz təşəbbüsü ələ aldıq və bir neçə real qol vəziyyəti yaratdıq. Amma rəqib də penaltidən istifadə edə bilmədi. Oyun heç-heçə başa çata bilərdi. Eyni zamanda qələbəmizi də ədalətli sayıram. 1:0 qanunauyğun nəticəydi. Amma fikrimcə, biz artıq bu uğuru unudub təkrar oyunu düşünməliyik. Çünki dediyim kimi, bizi burada oradakından iki-üç qat artıq ağır oyun gözləyir. Onlar ilk dəqiqələrdən hücuma atılacaqlar. Bir sözlə, bizi gərgin oyun gözləyir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi