Şahmat üzrə qadın millimizin üzvü Türkan Məmmədyarova Qol.az-a müsahibə verib. Qadın qrossmeysterimiz müsahibə zamanı bir çox mövzu barədə danışıb.
- İlk növbədə son komandalararası Avropa çempionatındakı qadın millimizin uğuru barədə fikirlərini bilmək istəyərdik.
- Bizim millinin uğuru gözlənilən idi. Artıq neçənci dəfədir ki, komanda yarışlarında medala qazanmağa yaxınlaşırdıq, amma əlavə göstəricilər səbəbindən əldən verirdik. Bu dəfə isə biz reytinq sıralamasına görə 5-ci idik. Real şansımız var idi. Son oyun psixoloji cəhətdən çox ağır oldu. Çünki Ermənistanla qarşılaşırdıq. Uduzsaydıq, medal qazanmayacaqdıq. Rəqibin Ermənistan olması psixoloji çətinlik yaradırdı. Onlar komandamızı məğlub etsəydilər, üçüncü yerə çıxacaqdılar. Bizə isə heç-heçə də bəs edirdi. Ancaq qalib gəlmək başqa bir arzu idi. Buna görə də gözlənilən uğur idi. Mənim üçün qeyri-adi bir nəticə olmadı. Amma son zamanlar belə bir uğur yox idi. Ona görə də bu, sevindirici oldu.
- Millinin tərkibi seçilən zaman bacın Zeynəb Məmmədyarova ilə aranda seçimdə sənə üstünlük verildi. Bu qərarın verilməsində nəyin rolu oldu?
- Bu il Antalyada keçirilən Avropa çempionatında dünya kubokuna vəsiqə qazanmışdım. Yəqin ki, buna görə məni seçdilər. Azərbaycan çempionatında da mən Zeynəbdən daha yaxşı oynamışdım. Buna baxmayaraq, bacımı da millinin heyətində aparmışdılar. Sadəcə, bizə kömək edirdi. Kapitan deyildi, amma millinin heyətində var idi.
- Qardaşın Şəhriyar Məmmədyarov sosial şəbəkədə turnirdən sonra kişilərimizin bu dəfə kişi kimi oynamadığını yazmışdı ...
- Bu, çox səmimi etiraf oldu (gülür). Təbii ki, idmanda uğursuz nəticələr də olur. Bizim kişi şahmatçılarımızın komanda yarışlarında, əsasən də Avropa çempionatında zəif nəticələri nadir hallarda olur. Çox təəssüf ki, Teymurun millidə yer almayacağı turnirin başlamasına az qalmış bilindi. Bu isə millinin digər üzvləri üçün psixoloji cəhətdən çətin oldu. Çünki Teymur Dünya Kubokunu qazanmışdı, o, komanda üçün böyük güc idi. Kişi şahmatçılarımızın oyunu istədikləri kimi getmədi. Məsələn, Şəhriyar, Rauf komandalarası Avropa çempionatından sonra klublarası Avropa çempionatında iştirak etdilər və oradakı çıxışları çox fərqli oldu. Sadəcə, bu yarışda alınmadı.
- Ailəliləsən və üç azyaşlı övladın var. Bu, yarışların çoxluğu zamanı sənə çətinlik yaratmır?
- Bəli, üç övladım var. Bəxtim gətirib ki, həyat yoldaşım məni anlayır, şahmatda da mənə çox dəstək olur. Yarışlara gedəndə həm yoldaşımın valideynlərinə, həm də öz valideynlərimə onları əmanət edə bilirəm. Balacamız anamla, əkizlər isə öz evimizdə yoldaşımla qalır. Anam, qaynanam, yoldaşım, lazım gəlsə, baldızım da kömək edir. Həyat yoldaşımın özü də şahmatı çox sevir və mənimlə ailə həyatı qurmazdan əvvəl də şahmata marağı olub. Yaxşı da oynayır. O, dəstək olmasaydı, mən üç uşaqla yarışlara gedə bilməzdim (gülür). Özü mənim turnirlər qatılmağımı istəyir. Onlar olmasaydı, belə rahatlıqla yarışlarda iştirak edə bilməzdim.
- Yarışlar zamanı heç olub ki, oyun zamanı anidən uşaqların üçün darıxasan?
- Açığı, sırf oyun zamanı belə bir şey olmayıb. Əslində, ölkə xaricində olan vaxt videozənglə danışırıq, amma danışmağı çox sevmirəm. Daha çox onların videosunu, şəkillərini göndərmələrini xoşlayıram. Çünki danışanda darıxırıq. Uşaqlar sual verirlər ki, nə vaxt gəlirsən. Amma oyun vaxtı yadıma düşməkləri olmayıb. Ümumiyyətlə, bu duruma bir az öyrəşmişəm. Çünki əkizlərim 50 günlük olanda mən artıq yarışlara gedirdim. Kiçik oğlum isə 3-4 aylıq olanda turnirlərə qatılmışam. Artıq onlar da nənə, baba, bibi, xala yanında mənsiz rahat qalırlar. Hətta mən evdə olanda belə sevə-sevə onların evinə gedirlər.
- Azərbaycan şahmatında illər keçməsinə baxmayaraq, ikinci Məmmədyarovlar ailəsi gəlməyib. Səncə, bunun səbəbi nədir?
- Mənə elə gəlir ki, valideynlərdən çox şey asılıdır. Əsas məsuliyyət onların üzərinə düşür. Mən övladlarım dünyaya gəldikdən sonra daha yaxşı başa düşürəm ki, onları yaxşı yetişdirmək, düzgün sahəyə yönəltmək çox çətindir. Atamın düşüncəsi bu olub ki, üçümüz də şahmatçı olaq, bir-birimizlə oynayaq, məşğul olaq, yarışlara birgə gedək. Bizdə isə belə şey azdır. Düşünürəm ki, heç məndə də alınmayacaq. Çünki oğlumun şahmat həvəsi var, qızım isə gimnastikanı sevir. Kiçik övladım isə balaca olduğu üçün nəyi sevdiyini bilmirəm. Məsələn, mən qızıma şahmat öyrədə bilmirəm. Amma oğlum öyrənir, hər gün deyir ki, gəl, şahmat oynayaq. Hətta, telefonda proqram var, orada oynamağı sevmir, şahmat taxtasında oynayaq deyir. Amma qızım şahmata heç yaxın da durmur.
- Sən necə, öz istəyinlə şahmatla məşğul olmağa başlamısan?
- Şahmata necə başladığım heç yadımda deyil. Amma 4-5 yaşımdan məşğul olmuşam. Bacım 6, qardaşım isə 4 yaş məndən böyükdür. Onlar şahmata başlayanda atam məni də onların yanında oturdurdu ki, öyrənim. Hətta, bacımgil deyir ki, mən ilk dəfə oynayanda e4 - e5, sonra Şah e2 gedişi etmişəm. Sevinirdilər ki, Türkan şahla oynaya bilir (gülür). Şahmat yəqin ki, öz seçimim olmayıb, atam yönləndirib.
- İlk pul mükafatı qazandığın turnir yadındadır?
- İlk pul mükafatımı 2002-ci ildə 13 yaşım olanda qazanmışam. Böyüklərin olimpiadasına ilk dəfə o vaxt getmişəm. Orada son oyunda Ermənistan üzərində qələbə qazandıq. Onda komandada 4 nəfər idik. Hərəmizə 100 dollar vermişdilər. Ondan qabaq Avropa çempionu olmuşdum. Həmin vaxt pul mükafatı olmadığından videomaqnitofon təqdim etmişdilər.
- Qardaşın Şəhriyar Məmmədyarovla şahmat oynayırsan?
- Şəhriyarla çox şahmat oynamıram. Amma daha çox birgə məşğul oluruq. Bu da daha çox ondan asılıdır. Çünki onun planları çox olur. O, mənim zəif cəhətlərimi hamıdan yaxşı bilir, ona görə oradan başlayır və məni tez udur (gülür). Onunla oynamaq çətin olur.
- Dünya kubokuna vəsiqə qazanmısan. Bu turnirə hazırlıqda Şəhriyar sənə kömək edəcək?
- Kubok məşqlərinə hələ başlamamışıq. Amma söz verib ki, mənə kömək edəcək. Çünki öz yarışları da var. Qarşıdan Qran Pri gəlir. Biz də Avropa çempionatından yeni qayıtmışıq, o da yarışda idi. Bir az yarışları çox idi. Amma söz verib ki, onunla hazırlaşacağam.
- Bacınız Zeynəb Məmmədyarova bələdiyyə sədrinin müavinidir. Sizə hansısa vəzifə təklifi olsa, qəbul edərsiniz?
-Sözün düzü, mənə belə rahatdır. Şahmatçı kimi yaxşı da oynayıram. Bakıda gözəl bir kolleclərin birində şahmat klubu işlədirəm. Bilmirəm, bəlkə də vaxt gələr hansısa vəzifədə işləyərəm. Açığı, özümü hansısa dövlət işində təsəvvür etmirəm.
- Hələ də unuda bilmədiyin turnir və ya oyun?
- Unuda bilmədiyim oyun 2002-ci ildə Avropa çempionatında olmuşdu. Həmin turnirdə bütün favoritlərlə oynamışdım. 9-cu turda türkiyəli zəif şahmatçı ilə düşmüşdüm. Amma oyunun ortasında çox pis vəziyyət aldım və bir piyadam əksik idi. Onda artıq mən düşündüm ki, uduzmuşam. Hətta oyun vaxtı göz yaşlarımı saxlaya bilməmişdim. Fikirləşirdim ki, artıq çempionluq əldən getdi. Açığı, sonda bəxtim gətirdi. Rəqibin böyük səhvindən istifadə edərək qalib gəldim. İlk olimpiada isə unudulmayan turnirdir. O zaman ilk dəfə böyüklərin olimpiadasında oynamışdım. Hətta belə deyim, o vaxt elita şahmatçıları ilk dəfə görmüşdüm, onlarla şəkildə çəkdirmişdim.
- Yaxşı ana, həyat yoldaşı, yoxsa şahmatçı olmaq çətindir?
- Düzü, bu sual haqda heç fikirləşməmişəm. Amma hər üçündə də əziyyət çəkməlisən. Açığı bilmirəm, yaxşı həyat yoldaşıyam, ya yox. Bunu yoldaşım deyə bilər. Amma hər üçü çətindir.
- Şahmat üzrə qadın millimizin üzvüsən. Millinin üzvlərinə verilən maaş səni qane edir?
- Düşünürəm ki, Azərbaycanın realllığını nəzərə alanda normal bir maaşdır. Amma qiymətlərin bahalığına görə qane etmir (gülür). Təbii ki daha yüksək ola bilərdi ki, şahmatla daha rahat məşğul olasan, başqa şeylər fikirləşməyəsən və əlavə işə də ehtiyac olmasın.
- Şahmatın faydaları haqda çoxlu sayda məlumat var. Bəs sənin həyatında şahmatın nə kimi rolu olub?
-Bilmirəm, bu, bütün şahmatçılara aiddir, ya yox. Amma mən çox səbirli insanam. Mənə şahmatın faydası kimi bunu göstərərdim. Çünki şahmatda sakitcə saatlarla oynayırıq. Eyni zamanda çox diqqətciləm. Gördüyüm çox şey beynimə yazılır.
- Şəhriyarı, yoxsa Teymuru daha güclü hesab edirsən?
- Mənim stilimə yaxın olduğu üçün qardaşımı deyərdim. Onun oyununu daha çox bəyənirəm. Şəhriyarın oyunları daha çox maraqlı olur.
- Bəs qadın şahmatçılarımızdan?
- Qadınlarda isə Günay Məmmədzadənin reytinq yüksəkdir. Ancaq onun digərlərindən seçilib-seçilmədiyini deyə bilmərəm. Onun debüt hazırlıqları güclü olduğu üçün üstünlükləri var. Amma oyun gücünə görə açığı deyə bilmərəm ki, bu dəqiqə millidə ən güclü kimdir.
Aysel BƏXTİYARLI
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi