Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda «Qarabağ»la qarşılaşacaq «Visla»nın məşqçisi Anjey Baxrın müsahibəsi
- Siz Azərbaycanda «Qarabağ»la «Portadaun»un oyununu izləmisiniz. Bakıya gedib çıxmaq çətin oldu?
- Elə də yox. Mən əvvəlcə Vyanaya getdim, oradan isə Azərbaycan paytaxtına yola düşdüm. Qayıdanda isə çətinliklə üzləşdim. Frankfurtda və Münhendə enmək məcburiyyətində qaldım. Bakı ilə Krakov arasındakı məsafə üç min kilometrdir.
- Bəziləri hesab edir ki, Azərbaycan Asiyaya yaxın olduğundan UEFA yarışlarında iştirak etməməlidir.
- Bakıya oyundan üç saat əvvəl gəldim və matç bitəndən dərhal sonra oranı tərk etdim. Polşalılar Bakına Stevan Jeromskinin «İlk bahar» romanından tanıyırlar. Biz unutmamalıyıq ki, vaxt vardı, Azərbaycan komandalarını rahatlıqla keçirdik. Amma indi onların futbolu inkişaf edib. Onların oyununda təcrübəli məşqçilərin işini görmək mümkündür.
- Bakı sizi nə ilə təəccübləndirdi?
- Orada xeyli təzə bina var, eyni zamanda Sovet dönəmindən qalma tikililərə də rast gəlirik. Bakıda siz Şərq memarlığına da rast gələ bilərsiniz.
- Bakının havası sizdə necə təsir bağışladı? Bütün komandalar oradakı istidən şikayətlənirlər.
- «Portadaun»la oyun axşam başlasa da, hava çox bürkü idi. Amma əgər buna hazırsansa, problemlə üzləşməyəcəksən.
- Stadionda atmosfer necə idi?
- Mərkəzi arenanın 30 min tutumu var. Amma oyuna 14 minədək azarkeş baxırdı. Mən Azərbaycan publikasını Argentinayla müqayisə edərdim. Hətta «Qarabağ» öz qapısından qol buraxandan sonra bütün stadion bu komandanı ruhdan düşməyə qoymadı.
- Orada sizi necə qarşıladılar?
- Azərbaycan klubunun nümayəndələrinə çox minnətdəram. Məni aeroportda qarşıladılar və stadiona gətirdilər.
- «Qarabağ»ın təmsilçiləri «Visla»nın Krakovda «Şaulyay»la oyununu izləyiblər?
- Bildiyimə görə, bizim prezident Basalay püşkatmadan sonra oyunların videoyazısının bir-birinə təqdim edilməsilə bağlı razılığa gəlmişdi. Biz litvalılarla oyunun DVD-sini, onlarla isə mənim də stadiondan izlədiyim «Portadaun»la matçın videoyazısını bizə təqdim etdilər.
- «Qarabağ»ın oyunundan nə kimi qeydlər apardınız?
- Rəqib fiziki cəhətdən çoz hazırlıqlıdır və topu özündə saxlamağa bacarır. Bu, həmin bölgənin xarakterinə uyğundur. «Qarabağ»ın müdafiə xəttində zəif yerlər tapmaq olar.
- «Visla»nı bu cütlüyün favoriti hesab etmək olar?
- Əlbəttə, «Qarabağ» «Real» deyil. Biz daha təmkinli olmalı və oyuna köklənməliyik. Bizim «Levadiya»ya məğlubiyyət yadınıza gəlir? Bu oyuna hazır olmalıyıq. Elə düşünməliyik ki, rəqibimiz «Barselona», hakim isə Hovard Uebbdir.
- «Qarabağ»ın Bakı «İnter»i ilə hansı fərqliliqləri var?
- Onların oxşar imkanları var. Amma «Qarabağ»ın heyətini demək olar ki, bütünlükdə azarbaycanlı futbolçular təşkil edir. Onlar öz ölkələrində çox populyardılar. Onların üzərində məsuliyyət də çoxdur. Çünki «Qarabağ» hazırda ölkənin avrokuboklardakı yeganə təmsilçisidir. Bu isə onlara əlavə motivasiya verir.
Mənbə: sport.pl
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi