Avropa Liqasının ikinci təsnifat mərhələsində «Bakı» Çernoqoriyanın «Budoçnost» klubuna hər iki oyunda qalib gəlsə də, UEFA-nın verdiyi texniki məğlubiyyətə görə yarışlardan kənarda qaldı. Bundan sonra klub prezidenti Hafiz Məmmədov hadisədə günahkar olan şəxsləri istefa verməyə çağırdı. H.Məmmədovun bu çağırışına ilk olaraq klubun türkiyəli vitse-prezidenti Tunc Avşar əməl etdi.
Elə bu məqsədlə Qol.Az-ın müxbiri hazırda İstanbulda olan Tunc Avşarla əlaqə saxlayaraq onun baş verən olaylara münasibətini öyrənib.
- Ötən şənbə günü klubdan ayrıldığınızı açıqladınız. Klub prezidenti tərəfindən sizin istefanıza münasibət bildirilib?
- Vallah, bu haqda heç bir məlumatım yoxdur. Bildiyimə görə, Hafiz bəy hələ ölkə xaricindədir. O, hələ Çernoqoriyada, «Budosnost»la oyundan sonra dedi ki, klubun bütün üzvləri istefa ərizəsini yazsın. Mən də onun tapşırığına əməl edib tutduğum vəzifədən ayrıldım.
- İstefa verməyiniz o anlama gəlmirmi ki, baş verən olaylara görə bütün məsuliyyəti öz üzərinizə götürürsünüz?
- Xeyr. Mənim bu işdə günahım yoxdur. Sadəcə, Hafiz müəllim araşdırma aparılacağını bildirdi və dedi ki, kimin təqsiri üzə çıxsa, komandadan yola salınacaq.
- Amma mediada Hafiz Məmmədov günahkar şəxslərin kimlər olduğunu bildiyini və onların istefasını gözlədiyini söyləyib.
- Mətbuatda onun fikri düzgün anlaşılmayıb. Hafiz bəy deyib ki, araşdırma başa çatana qədər klubun bütün üzvləri istefa verməlidir. İşin gerçək tərəfi belədir. Dediyim kimi, mən də onun tapşırığına yerinə yetirdim. Yəqin ki, hazırda araşdırma gedir. Hafiz bəy nə qərar versə, ona əməl edəcəyəm.
- Belə başa düşdük ki, istefanız qəbul olunmasa, klubda qalacaqsınız?
- Əgər Hafiz Məmmədov desə ki, bu işdə Tunc Avşarın günahı var, bir daha «Bakı»da işləməyəcəyəm. Yox, əksinə olsa, komandada qalacağam.
- Araşdırmaların nə zaman başa çatacağı haqda sizdə məlumat var?
- Xeyr.
- Şəxsən siz özünüz bu olaya görə məsuliyyəti kimin üzərinə qoyursunuz?
- Biz bütün transfer məsələsində yeni baş məşqçimiz Vinfred Şeferlə birgə hərəkət etmişdik. Onun təlimatlarına uyğun olaraq, futbolçularla əlaqə saxlamışam, klub adına yeni futbolçularla danışıqlar aparmışam. Yoxsa, mən heç bir futbolçunu şəxsi istəyimlə «Bakı»ya gətirməmişəm.
- Amma mətbuatda belə məlumat yayılıb ki, hadisədə ən çox təqsiri olan Joel Epalleni «Bakı»ya məhz siz gətirmisiniz.
- Xeyr. Sadəcə, Epallenin «Bakı»ya transferi Şeferin istəyilə baş tutub. Bir daha deyirəm, o, mənim istəyim və təkidimlə «Bakı»ya gəlməyib.
- Siz məsuliyyəti Şeferin üzərinə atırsınız?
- Yox, qətiyyən. Bu məsələlərin baş məşqçiylə heç bir bağlılığı yoxdur. Sadəcə, onu demək istəyirəm ki, biz baş məşqçinin istəyinə uyğun olaraq və klubun transfer siyasətinə cavabdeh şəxslər kimi futbolçularla danışıqlar aparmışıq.
- Epalleyə hansısa cəza veriləcəyi gözlənilirmi?
- Yox. Çünki o, bu hərəkətilə özü-özünə cəza vermiş oldu. Epalle özünü psixoloji tərəfdən çox pis hiss edirdi. Bu hadisədən sonra mənə dedi ki, mətbuata çıxıb danışmaq istəmir. Bildirdi ki, yeni mövsümdə həm ölkə çempionluğunu, həm də kuboku qazanmaqla klub prezidentindən və azarkeşlərdən üzr istəyəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi