“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Rəşad, “Portadaun”la səfər oyunu ərəfəsində belində ağrıların olduğu bildirilsə də, həmin matçda iştirak etdin. Bəs hazırda zədən nə yerdədir?
- İndi əvvəlkinə nisbətən bir az yaxşıdır. Həm müəyyən qədər vaxt keçib, həm də həkimlər tərəfindən müalicə alıram. Ümidvaram ki, tezliklə hər şey yoluna düşəcək.
- Şimali irlandiyalılarla cavab qarşılaşmasında iştirak edə biləcəksən?
- İnşallah, belə davam etsə, həmin oyunda meydana çıxacağam. Əsas odur ki, pisləşməsin. Həkimlər də çalışır ki, qarşıdakı oyunda komandama kömək edə bilim.
- Ola bilər ki, ilk görüşdə səfərdə 2:1 hesablı qələbədən sonra Qurban Qurbanov sənə ev oyununda istirahət versin?
- Yox, bunu heç ağlımıza da gətirmirik. Çünki hələ arxayınlaşmaq üçün heç bir əsasımız yoxdur. Səfərdə qələbə qazanmaq hələ mərhələ adlamaq anlamına gəlmir. Cavab oyununa da ciddi yanaşıb, istədiyimiz nəticəni qazanmalıyıq. Belə vacib oyunda komandadan ayrı qalmağı ağlıma da gətirmirəm. Ağrılarım olsa belə, bu oyunda iştirak edəcəyəm.
- “Portadaun”la səfər oyununda qələbə qazanmağınız nə dərəcədə gözlənilən oldu?
- Əslində biz həmin oyuna elə qələbə üçün çıxmışdıq. Bildiyiniz kimi, avrokubok oyunları pley-off sistemiylə keçirilir, iki oyundan ibarətdir. İlk oyundan çox şey asılı olur. Səfər oyunları isə xüsusi əhəmiyyət daşıyır. Biz də çalışırdıq ki, səfərdə sərfəli nəticə qazanaq, mümkün qədər qollar vuraq. Sevindirici haldır ki, bu istəyimizə nail olduq və Əfran İsmayılovun vurduğu qollar komandamıza qələbə qazandırdı. Düzdü,r hesabda geri düşdük. Amma bu oyun ərəfəsində üzləşdiyimiz problemlərə görə uşaqlarda bir hirs yarandı, daha həvəslə, istəkli oynamağa başladıq. Elə bunun sayəsində də səfərdən sərfəli nəticəylə dönməyimizdə problem yaranmadı.
- Səfər oyunundan belə qələbəylə dönmənizdən sonra “Qarabağ”ın növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll etdiyini əminliklə vurğulamaq olarmı?
- Xeyr, mən belə düşünmürəm. Çünki “Portadaun” ilk oyunda məğlub olsa da, güclü rəqibdir. Çox güman ki, uğurlu çıxışlarını davam etdirmək üçün Bakıdakı oyuna ciddi hazırlaşacaqlar. Həm də onlar da səfərdə daha yaxşı oyun sərgiləyirlər. Elə birinci mərhələdə “Skonto” ilə də evdə heç-heçə etmişdilər, amma səfər oyununda qalib gəlməklə, növbəti mərhələyə vəsiqə qazandılar. Bizim arxayınlaşmağa qətiyyən haqqımız yoxdur. Çünki ötən il Finlandiya “Honka”sını da səfərdə udandan sonra çoxları düşünürdü ki, biz artıq asanlıqla növbəti mərhələyə yüksələcəyik. Amma xatirinizdədirsə, Bakıdakı oyunda “Honka” bizə çoxlu çətin anlar yaşatdı. Biz ötən il olduğu kimi, bu il də səfər oyunlarında uğur qazanmağa daha çox önəm veririk. Amma bu o demək deyil ki, cavab oyununda, evdə rahatlaşıb, üstünlüyümüzü əldən verməliyik. Mübarizəni sonadək davam etdirməliyik ki, hansısa problemlə üzləşməyək.
- “Portadaun”la cavab oyunu ərəfəsində komandanızın əsas heyət oyunçularından sayılan Admir Teli ilə Ansi Aqolli də sıraya dönüb. Bunları nə dərəcədə böyük üstünlük hesab edirsən?
- Təbii ki, komandanın tam heyətlə oyuna hazırlaşması daha sevindirici amildir. Amma deməliyəm ki, son iki oyunda onların yoxluğunu o qədər də hiss etmədik. Həm Qara Qarayev, həm də Zaur Həşimov hər iki oyunçunu layiqincə əvəz edə bildiklərini isbatladılar. İndi onlar da heyətə dönüb. Yəqin ki, məşqçilər korpusu kimin daha hazırlıqlı olduğuna baxıb, lazımı qərarı verərlər.
- Növbəti mərhələdə “Qarabağ”ı daha ciddi rəqib gözləyir. Səncə, Polşa “Visla”sını keçmək mümkün olacaq?
- Açığını deyim ki, hələ o haqda qətiyyən fikirləşmirəm. Nə püşk, nə növbəti mərhələ, nə də növbəti mərhələdəki rəqibimiz haqda düşünmək yaxşı olmazdı. Hər halda bizim hazırkı vəzifəmiz “Portadaun” səddini keçməkdir. Bu rəqibi mübarizədən kənarlaşdırandan sonra onlar haqda rahat danışarıq.
- Səni növbəti mövsümdə də “Qarabağ”da görəcəyik, yoxsa karyeranı ölkə xaricində davam etdirmək varıantın hələ də qüvvədədir?
- “Qarabağ”da günlərim çox xoş keçir. Rəhbərlik, futbolçular, məşqçilər korpusu tərəfindən əla münasibət var. Kollektivdəki mehribanlığa söz ola bilməz. Bir sözlə, hər şey ideal səviyyədədir, mənə burda qalmaq rahatdır. Amma xaricdən sərfəli təklif alsam, çox güman ki, gedəcəyəm. Hazırda da dəvətlər var. Sadəcə ürəyimcə olan təkliflər deyil. Ona görə də, bütün fikrimi “Qarabağ”ın avrokuboklarda uğur qazanmasına yönəltmişəm.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı