Avroliqanın 2-ci təsnifat mərhələsində Bakıda “Buduçnost”u məğlub edən “Bakı”nın baş meneceri Zeynal Məmmədovun müsahibəsi
- Zeynal müəllim, oyun haqda nə fikirdəsiniz?
- Rəqib komanda bir qol vəziyyəti yaratdı və bundan lazımınca istifadə etdi. Etiraf edim ki, bəzi səhvlərə yol verdik. Bunun əsas səbəbi yeni futbolçuların komandaya tam uyğunlaşmamasıdır. İnanıram ki, tezliklə bu çatışmazlıq aradan qalxacaq. Yəqin siz də məndən razı olarsınız ki, “Bakı” pis oynamadı. Mən deyərdim ki, meydanda oynayan yeganə komanda idik. Bəlkə də rəqib komandanın qapıçısı karyerasında ən gözəl oyununu keçirdi. Bir neçə dəfə komandasını yüz faizli qollardan xilas etdi. Futbolçularımızı təbrik edir və təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, onlar sona kimi mübarizə apardılar. Çalışacağıq ki, mərhələni adlayan tərəf komandamız olsun.
- Qol buraxdıqdan sonra bədbinlik yaranmadı ki?
- Qətiyyən. Komandamıza inamım böyük idi. Futbolçularımızda qələbə istəyi yüksək dərəcədəydi. Əmin idim ki, onlar belə oyunla buraxılan qolun əvəzini artıqlamasıyla çıxacaqlar. Digər tərəfdən, baş məşqçimiz təcrübəli olduğuna görə məndə belə inam vardı. Hətta hesab 3:0, 4:0 bizim xeyrimizə olmayılıydı. İlk hissədə bir neçə yüzfaizli qol vəziyyətindən istifadə edə bilmədik. Epizodlardan birində top qapı dirəyinə dəydi.
- Demək olarmı, rəqib meydana hücumçusuz çıxmışdı?
- Rəqib komandanın bir məqsədi vardı: topu qabağa vur, qol buraxma. Onlarda başqa nəsə görmədim. Komandamız öz səhvindən qapısında qol gördü.
- İki fərqli hissə izlədik. Razılaşın ki, ilk yarı ilə müqayisədə ikinci taymda komandanız daha sistemli, yaxşı oynadı...
- Yenə də deyim ki, futbolçular daha çox oynadıqca bir-birilərinə tez uyğunlaşırlar. Birinci hissədən fərqli olaraq ikinci hissədə komandamızda anlaşma daha yaxşı idi, ötürmələrin dəqiqliyi çoxaldı. İnanın ki, növbəti oyunda səhvlər daha az olacaq. Komandada 4-5 yeni oyunçu var. Tam anlaşma üçün bir qədər zamana ehtiyac var.
- Məqsədiniz qol buraxmadan qələbə qazanmaq idi. Ancaq bunun əksini gördük. Buraxılan qol başağrısı olmaz ki?
- Qətiyyən arxayınlaşmaq və əlləri aşağı salmaq olmaz. Oyun 1:1-lik heç-heçəylə başa çatsaydı, narahat olacaqdım. Bu halda cavab oyununda rəqib öz meydanında qapısı qarşısında oturacaqdı və 0:0 oynamağa çalışacaqdı. Ancaq biz qələbə qazandığımızdan onlar istər-istəməz irəli atılacaq və bundan lazımınca istifadə etməliyik. Komandamız cavab oyununda da sərfəli nəticə qazanaraq mərhələ adlamaq üçün əlindən gələni edəcək. Təbii ki, qalib gəlsək, çox yaxşı olar. Ona görə ki, qələbələr Azərbaycanın reytinqinə daha çox xal qazandırır.
- “Qarabağ”la “Bakı”nın həm də “Xəzər Lənkəran”la “İnter”in uğursuzluğunu unutdurmağa çalışdığını söyləmək olarmı?
- Vallah, mən çox istərdim ki, bütün komandalar nailiyyət əldə etsin. Avropa yarışlarında hamımız Azərbaycanı təmsil edirik. Mümkün qədər daha çox uğurlar qazanmalıyıq ki, reytinq xalımız artsın. “Xəzər Lənkəran”ın mərhələ adlaya bilməməsinə çox təəssüflənirəm. “İnter”ə gəlincə, son şansı qalıb. Bunun üçün komanda səfərdə sonadək döyüşüb uğurlu nəticə qazanmalıdır ki, mərhələ adlayan tərəf olsun. Əminəm ki, “İnter” bunun üçün əlindən gələni edəcək.
- Üçüncü mərhələnin püşkünün nəticəsi haqda nə düşünürsünüz?
- İlk növbədə “Brondbü” ilə deyil, “Buduçnost”la cavab oyununu düşünürük. Mərhələ adladıqdan sonra növbəti rəqib barədə rahat danışmaq olar. Ancaq bildirim ki, Danimarka klubu səviyyəli komandadır. Baş məşqçimiz Vinfrid Şafer “Brondbü”nü çox yaxşı tanıyır. Ən önəmli odur ki, rəqibin kimliyindən asılı olmayaraq, qarşılaşmalara ciddi hazırlaşmalı və öz oyunumuzu diqtə etmək lazımdır.
mənbə: supersport.az
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı