Azərbaycan milli komandasının və «Neftçi»nin sabiq baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına müsahibəsində Avroliqada mübarizə aparan «Bakı» və «Qarabağ»ın dünənki parlaq qələbələrini şərh edib:
- Bu qələbə münasibətilə Azərbaycanın bütün futbolsevərlərini təbrik edirəm. Vallah, indi bizə sevinməkdən başqa bir şey qalmır. Hər iki komanda Avropada böyük uğurlara imza atmaqla Azərbaycan futbolunu tanıtdırır.
- «Bakı» komandası qələbə qazansa da, hiss olundu ki, yeni futbolçular bir-birinə hələ tam uyğunlaşmayıb.
- Bu gün biz bu komandada yeni sistem, yeni oyun üslubu, yeni taktiki gedişlər gördük. Komandaya səviyyəli futbolçular yığışıb. Bu mənada, «Bakı»nın tam formaya düşməsi üçün zamana ehtiyacı var. Mən çox sevinirəm ki, dünən «Bakı» bütün bu yeniliklərə baxmayaraq, 90 dəqiqə ərzində üstünlüyü qoruyub saxlaya bildi. Komanda çox səviyyəli oyun nümayiş etdirdi. «Qarabağ»da tam fərqli, artıq oturuşmuş bir sistem var. Azərbaycanın perspektivli və istedadlı futbolçuları «Qarabağ»a toplaşıb. Bütün bunlar isə «Portadaun»la oyunda öz bəhrəsini verdi.
«Bakı» isə bu oyunu ilə özünü həm də çempionluğa ən real namizədlərdən biri kimi göstərdi.
Hər iki klubumuz Avroliqada xoş təsir bağışlayırlar. «Qarabağ»ın uğurlarına artıq vərdiş etmişik. «Bakı» isə artıq tamamilə yeni formada üzə çıxdı. Ən vacibi odur ki, komandada çox səviyyəli məşqçi və futbolçular toplaşıblar.
- Cavab oyunları haqda nə deyə bilərsiniz?
- «Qarabağ» istər avrokuboklarda, istərsə də milli çempionatda sabit oyun nümayiş etdirməsinə, səfərdə 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, qətiyyən arxayınlaşmamalıdır. Unutmaq lazım deyil ki, «Portadaun» bundan əvvəl «Skonto»nu məhz rəqib meydanında məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib. Şimali İrlandiya klubu əks hücumlarda çox təhlükəlidir. Məncə, Qurban Qurbanov bunları yaxşı bilir. İnanıram ki, «Qarabağ» bu oyuna tam hazır olacaq və «Portadaun»un əks hücumlar yaratmasına, sürətlə oyun nümayiş etdirməsinə imkan verməyəcək.
«Bakı»ı səfər meydanında ağır oyun gözlədiyi haqda fikirlər var. «Budoçnost» təkrar oyunda hücuma daha çox üstünlük verəcək ki, nəticədə bu komandanın müdafiəsində boşluqlar yaranacaq. Səviyyəli hücumçulara malik «Bakı» bundan maksimum istifadə etməlidir. Bu gün futbolda nəyisə yüz faiz proqnozlaşdırmaq olmur. Artıq zəif-güclü komanda söhbətləri aradan qalxır. Bu mənada, hər iki komandamız oyunlara ciddi hazırlaşıb növbəti uğura imza atmalıdırlar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi