«Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi
- Klubunuzun rəhbərliyi Avropa Liqasında Moldova «Olimpiya»sına uğursuzluğun səbəbini nədə görür?
- Biz kimisə günahlandırmaq istəməzdik. Sadəcə, etiraf etmək lazımdır ki, oyunumuz alınmadı, vəssalam! Əgər uğursuzluq olubsa, içi mən daxil hamının günahı var: rəhbərliyin də, məşqçilərin də, futbolçuların da.
- Hər halda, yəqin ki, uğursuzluğun səbəbini arışdırmısınız…
- Əlbəttə. Amma artıq hər şey arxada qalıb. Bir ona üzülürük ki, «Xəzər Lənkəran» sıravi bir komandanı keçə bilmədi.
- Komandanıza nə çatmadı?
- Matçı siz də canlı izləmisiniz. Özünüz də gördünüz ki, çox bərbad oyun nümayiş etdirdik
- Uğursuzluğa görə keçmiş baş məşqçiniz Ağasəlim Mircavadov daha çox təqirləndirilir.
- Əgər Mircavadov pis məşqçi olsaydı, onu komandaya dəvət etməzdik. Ağasəlim müəllimin rəhbərliyi altında biz çempionluğu və iki dəfə kuboku qazanmışıq. Komanda məhz onun başçılığı altında bu mövsüm avrokuboklarda oynamaq hüququ əldə etdi. Bu mənada, günahı konkret baş məşqçinin üzərinə atmaq doğru deyil. İlk növbədə futbolçu heyəti tam əzmkarlıq nümayiş etdirmədi. Bəziləri yüksək səviyyədə çıxış etdi, bəziləri isə imkanlarından aşağı səviyyədə oynadı və baş məşqçinin tapşırıqlarına əməl edə bilmədi.
- «Xəzər»in uğursuzluğuna görə komandanızın yanlış transferlər heyətə keçirməsi də göstərilir.
- Mən bu fikirlərlə qətiyyən razılaşa bilmirəm. «Olimpiya» bizim əvəzedici heyətimizlə oynamağa layiq bir komanda idi. Moldova təmsilçisi o dərəcədə səviyyəli komanda deyildi. Təkrar edirəm, «Xəzər Lənkəran» bu mərhələni adlamalıydı. Transferlər doğrudur, ya yox… Bu, artıq ayrı söhbətin mövzusudur. Çünki «Xəzər» indiki heyətilə də «Olimpiya» səddini keçməyə borcluydu. Əgər bu mərhələni keçsəydik, növbəti rəqimiz olan Buxarest «Dinamo»suyla görüşə qədər heyətimizi daha da gücləndirəcəkdik. Özü də səviyyəli futbolçuyla. Axı, biz bir milyon dollarlıq futbolçunun qarşısına 500 dollarlıq oyunçu çıxarası deyildik ki.
Futbolda uğursuzluqdan kimsə sığortalanmayıb. Məşqçinin də işinə qarışmırıq. Amma bir daha təkrar edirəm, biz «Olimpiya»ya böyük hesabla qalib gəlib ikinci tura vəsiqə əldə etməliydik.
- Mircavadovun istefasını gözləyirdinizmi?
- Açığı, yox. Ağasəlim müəllim gedəndən sonra biz çətin vəziyyətə düşdük.
- Uğursuzluğa görə futbolçulara hansısa cəza tədbiq edilib?
- Yox. Onlar öz maaşlarını alırlar. Mərhələni keçsəydilər, mükafat veriləcəkdi, amma keçə bilmədilər. Başqa sözlə, özləri özlərini cəzalandırdılar.
- Artıq «Xəzər Lənkəran» bütün diqqəti ölkə çempionatına yönəlib. Premyer Liqa başlayana qədər yeni transferləriniz olacaq?
- Bunu istisna etmirəm. Amma hər şey yeni baş məşqçi gələndən sonra müəyyənləşəcək. Klubumuzun prezidentinin razılığından sonra baş məşqçinin istədiyi futbolçu komandamıza transfer ediləcək. Transferə görə məhdudiyyət tətbiq edilməyib. Biz 10 minlik də, 500 minlik də futbolçu ala bilərik.
- Yəqin ki, artıq baş məşqçi axtarışlarına çıxmısınız.
- Bu məsələ klubumuzun prezidentinin nəzarətindədir. Təbii ki, təkliflər var.
- «Xəzər Lənkəran»a əcnəbi məşqçinin gətiriləcəyi bildirilir…
- Bu, klubun prezidentinin qərarından asılıdır. Amma bizə təklif olunan baş məşqçilərin əksəriyyəti əcnəbidir.
- Təxminən hansı müddətə qədər «Xəzər Lənkəran»a yeni çalışdırıcı gələcək?
- Qarşıdakı bir həftə ərzində komandamıza yeni baş məşqçi təyin olunacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi