Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən başa çatan dünya çempionatı, klublarımızın avroliqadakı çıxışları və qarşıdan gələn ölkə çempionatıyla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Dünya çempionatında kimi azarkeşlik edirdiniz?
- Əgər çempionatdan əvvəl mənim müsahibəmi oxumamaşdınızsa, indi bu haqda nəsə deməyim düz çıxmaz.
- Doğrusu, sizin fikirlərinizlə tanış deyilik...
- Mən İspaniyanın çempion olacağını söyləmişdim.
- O zaman sizi təbrik etmək olar..
- Yüz faiz. Gecə saat 2-yə qədər zəng edib təbrik ediblər məni.
- Bəs, çempionatda nə yaxşı getməmişdiniz? Axı, bir çox ölkənin futbol qurumlarının rəhbərləri ora toplaşmışdı.
- İşlərimin çoxluğuyla əlaqədar mundialın oyunlarını stadiondan izləyə bilmədim. Amma açılış mərasimində AFFA-nın rəhbərliyi iştirak etmişdi.
- Sizcə, çempionat necə keçdi?
- Mənim üçün son iki-üç oyun maraqlı oldu. Siz deyən bu çempionatda oyunlarla bağlı diqqətimi möhkəm cəlb edə bir şey olmadı.
- Bəs, mundialda bəyəndiniz nəsə olmadı?
- Niyə ki? Dünənki final oyunu, matçdan öncə və sonrakı tədbirlər çempionatdakı bütün nöqsanları örtdü. Təşkilatçılıq çox yüksək səviyyədə idi.
- «Qarabağ»ın futbolçuları ilə görüşdə demişdiniz ki, dünya çempionatındakı hakimliyi görəndən sonra bizim hakimlərə rəğbətiniz artacaq. Hesab edirsiniz ki, mundialda hakimlik bərbad halda olub?
- Bərbad deyəndə ki… Bizim 18-ci çempionatdakı hakimliyinin səviyyəsi mundialdakı hakimlikdən qat-qat güclüydü.
- Bizim hakimliyin güclü tərəfini nədə görürsünüz?
- Söhbət hakimlərindən səhvlərindən gedir. Bu cür hərəkətləri bizim hakimlər etsəydi, onları evlərinə sağ-salamat buraxmazdılar.
- Amma FİFA-nın Hakimlər Komitəsinin sədri deyir ki, hakimlərin qərarlarının 96 faizi doğru olub.
- Onun nə deməsindən xəbərim yoxdur. Hərçənd, bizim də futboldan və hakimlikdən anlayışımız var. Oyunları izlədik və xeyli səhv gördük.
- Xaqani Məmmədov deyir ki, bizim hakimlər «Avro-2016»nın final mərhələsində hakimlik edə bilərlər. Bu fikrə münasibətiniz necədir?
- Mən də bunu ehtimal edirəm. Necə deyərlər, «general olmaq istəməyən əsgər, əsgər deyil». Başda Rövnəq Abdullayev, Elxan Məmmədov olmaqla, AFFA rəhbərliyinin hakimlərə göstərdiyi diqqət və qayğısına cavab kimi bizim referilər ən azı 2016-cı ildə keçiriləcək Avropa çempionatında hakimlik etməyə borcludurlar.
- Bir az da öz futbolumuzdan danışaq. Avrokuboklarda mübarizə aparan iki klubumuzdan biri - «Qarabağ» növbəti mərhələyə vəsiqə qazandı. «Xəzər Lənkəran» isə yenə ilkin mərhələdə mübarizəni dayandırdı.
- Bilirsiniz, futbolda belə hallar ola bilər. Hələ avrokubokların püşkü yeni atılanda hamımız fikirləşirdik ki, mərhələ keçməyə ən çox yaxın olan klub «Xəzər Lənkəran»dır. Amma futbolda sürprizlərin olacağını unutduq. Düzdür, bu gün qəzetlərdə «Xəzər Lənkəran»ı çox tənqid edirlər. Mən hesab edirəm ki, onların bəxti gətirmədi. Əslində, «Xəzər Lənkəran» heç də zəif təsir bağışlamadı.
- Uğursuzluğu bəxt amili ilə əlaqələndirmək nə dərəcədə doğrudu? Siz o fikirlə razı deyilsiniz ki, «Xəzər Lənkəran» həm də yanlış transfer siyasətinə görə ilkin mərhələni adlaya bilmədi?
- Mən yenə öz fikrimdə qalıram ki, onların bəxti gətirmədi. Moldovadakı oyunlara baxmasaq da, orada yaşayan tanışlarım söylədi ki, komandamız daha yaxşı oynayıb.
- Amma ortadakı nəticə bunu söyləməyə əsas vermir..
- Vallah, oyun alınmayanda, alınmır. Bütün jurnalistlər «Xəzər Lənkəran»ı və onun yeni transferlərini tənqid edir. Amma əgər «Xəzər Lənkəran» növbəti mərhələni keçsəydi, axı, hamı Zaur Ramazanovu, Xaqani Məmmədovu göylərə qaldıracaqdı…
- Fakt budur ki, «Xəzər» növbəti mərhələyə adlaya bilmədi, adları çəkdiniz oyunçular da xüsusi nəyləsə yadda qalmadı.
- Gəlin, Zaurun və Xaqaninin Azərbaycan futbolu üçün zəhmətlərini yerə vurmayaq. Zaurun MDB kubokunun finalında vurduğu möhtəşəm qola görə Mişel Platini kimi adam ayağa qalxıb alqışlar etdi. Xaqani Məmmədov Unibank Premyer Liqasında ayın ən yaxşı futbolçusu seçildi. Onlar sıradan futbolçu deyillər. Sadəcə, yeni futbolçuların «Xəzər Lənkəran»da bir-birilərinə uyğunlaşmaları üçün vaxt lazım idi.
- Bəs, «Qarabağ»ın çıxışları haqda nə deyə bilərsiniz?
- Ağdam klubunun futbolçularının əksəriyyəti millinin oyunçularıdır, Qurban Qurbanov gənc məşqçidir. Sağ olsunlar ki, bizə sevinc bəxş etdilər. Biz «Qarabağ»ın bu uğurlarının davamını sabah «İnter»dən, iyulun 15-də isə «Bakı»dan da gözləyirik. Ümid edirəm ki, bu il avrokuboklarda biz komandalarımızla bağlı böyük bir dönüşün şahidi olacağıq.
- Növbəti Premyer Liqanın formatı bəllidir. Qarşadakı çempionatda daha hansı yeniliklər gözlənilir?
- Elə bir yenilik yoxdur. Çalışırıq ki, birinci divizionda komandaların sayını artıraq. Çalışırıq ki, Premyer Liqada oyunların sayı daha çox olsun. Bir-iki başqa yenilik də var ki, bunları klubların baş məşqçiləriylə müzakirə etməliyik. Lakin bu, uzun söhbətdir. Bu məsələni telefonla sizə çatdıra bilmərəm.
- Sonuncu Premyer Liqanın qaliblərinin mükafatlandırma mərasimi nə vaxt olacaq?
- Həm dünya çempionatı, həm də klublarımızın avrokuboklardakı iştirakına görə bu məsələ ləngiyirdi. Təqdimatımız gecikir, amma gec, ya tez, bu mükafatlar sahiblərinə təqdim olunacaq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi