«Qarabağ»ın Avropa Liqasında Makedoniya «Metallurq»u ilə hər iki qarşılaşmada qol vuran yarımmüdafiəçi Emin İmaməliyev Qol.Az saytının suallarını cavablandırıb.
- Dalbadal iki oyunda qol vurursan. Oyundan əvvəl özündə buna inam var idimi?
- Bəli, həm Bakıdakı, həm də səfərdəki oyunlarda qol vuracağımı hiss etmişdim. Ümumiyyətlə, hücumameylli yarımmüdafiəçilər qol vurmağa çalışmalıdırlar. Sevinirəm ki, istəyimə nail ola bildim.
- «Qarabağ» artıq növbəti mərhələdə Şimali İrlandiyanın «Portadaun» klubu ilə qarşılaşacaq. Bu mərhələni keçmək şansınızı necə dəyərləndirirsən?
- Rəqibimiz haqda məlumatım yoxdur. Yalnız İnternet vasitəsilə onlar haqda bilgi toplamağa çalışıram. Mən bilən səviyyəli komandadır. İnşallah, çalışacağıq ki, yaxşı, səviyyəli oyun göstərək. Rəqibin oyunlarının videoyazısını əldə edəndən sonra konkret nəsə demək olacaq. İndidən onu söyləyə bilərəm ki, bizi maraqlı və çətin oyun gözləyir.
- «Qarabağ»da hansısa problemlər varmı?
- Problem ondadır ki, komandamız avroliqanın oyunlarına hələ 60-70 faiz hazırdır. Heyətimizdə zədəli futbolçular var, millidən qayıdan futbolçularda yorğunluq qalmaqdadır. Məşqçilər heyəti çalışır ki, bu problemləri aradan qaldırsın və hamı bərabər səviyyədə olsun.
- Şablon səslənsə də, bilmək istərdik, səndə «Portadaun»la oyunlarda da qol vuracağına əminlik var?
- Mən bundan əvvəlki müsahibələrimdə də demişdim ki, hər qol vurduqca futbolçuya əlavə ruh gəlir. İstəyirsən ki, hər oyunda fərqlənəsən. Futbolçuda qol vurmaq vərdiş halını almalıdır. Mən də komandama çox fayda verməyim üçün bacardığımı edirəm.
- Vurduğun qolları kimə həsr elədin?
- Bunda tək mənim yox, bütün komandanın əməyi oldu. Xüsusilə Adamiya və Rəşadı qeyd edərdim. Biz meydana çıxanda özümüz deyil, komandamız üçün oynayırıq. Elə ona görə də bu qolları «Qarabağ»a və komanda yoldaşlarıma həsr edirəm.
- İki oyunda fərqlənməyin əsas heyətdə yerini möhkəmlətmək baxımından nə dərəcə rol oynayır?
- Bilirsiniz, futbolçu hər zaman hazır vəziyyətdə olmalıdır. O, gərək məşqçinin qərarına hörmətlə yanaşa və öz vaxtını gözləyə. Fərqi yoxdur, əsas heyətdə də oynayanda, ehtiyatda oturanda da komandana xeyir vermək gücündə olmalısan.
- Belə görsənir ki, Adamiya ilə oyunun daha yaxşı alınır. İlk oyunda məhz sənin gözəl ötürməndən sonra gürcüstanlı futbolçu qol vurdu. Təkrar oyunda isə onun ötürməsi sayəsində sən fərqlənə bildin.
- Adamiya yüksək texnikaya malik futbolçudur. Topla davranışı çox yaxşı və rahatdır. Hər imkandan istifadə edə bilir. Amma ümumilikdə, mən təkcə Adamiya ilə deyil, komandamızın bütün üzvləri ilə yaxşı anlaşıram. Çünki neçə ildir ki, bir komandadayıq, bir-birimizə bələdik. Ona görə də oyunumuz yaxşı alınır. Ən əsası isə budur ki, bizdə mehriban kollektiv var. Mehribançılıq olan yerdə isə yaxşı nəticə də olur.
- «Qarabağ» rəhbərliyi avrokuboklarda ən azı ötənilki uğurları təkrarlamağı qarşısına hədəf qoyub.
- Bizdə elə bir kollektiv yığılıb ki, bütün oyunlarda yalnız qələbə haqda düşünürük. Daha nəinki məğlubiyyət, heç-heçə haqda da fikirləşmirik. Beynimizdə bir fikir var - qələbə qazanıb xalqımızı, qaçqınlarımızı sevindirmək. «Qarabağ»ın adı isə bizə əlavə stimul verir. Bəli, biz ən pis halda ötənilki uğurları təkrarlamaq istəyirik. Amma yaxşı olardı ki, ilk olaraq «Qarabağ» avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla tarixə düşsün.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi