Makedoniyanın «Metallurq» klubunu avroliqadan kənarda qoyaraq turnirin ikinci mərhələsinə vəsiqə qazanan «Qarabağ» dünən gecə Bakıya qayıdıb. Klubun direktoru Əmrah Çəlikəl Qol.Az-ın müxbiri ilə söhbətində Skopyedəki qarşılaşma və Şimali İrlandiyanın «Portadaun» klubu ilə qarşıdakı matçdan danışıb.
- Əvvəlcə növbəti mərhələyə çıxmağınız münasibətilə sizi təbrik edirik. Azərbaycanda bu oyunu izləyə bilmədilər, ona görə də matçın hansı səviyyədə keçməsindən hamı məlumatsızdır. İlk öncə oyun haqda danışmağınızı istərdik.
- Çox maraqlı oyun alındı. Rəqib bütün oyun boyu hücum edirdi, biz isə müdafiəyə çəkilib əks hücuma üstünlük verirdik. Hücumlarımız çox təhlükəli alınırdı. Təkrar oyunda rəqib Bakıdakı matçla müqayisədə daha güclü və inamlı təsir bağışladı. Amma ilk oyunda «Metallurq» böyük hesabla uduzduğundan Makedoniyadakı matça maraq çox az idi.
- Görüşün Azərbaycanda yayımlanmaması narazılıqla qarşılanıb. Bu məsələylə bağlı telekanallardan sizə müraciət olmuşdu?
- Bakıdakı matçlar zamanı çətinliklə üzləşmirik. AzTV bu məsələdə bizə kömək edir, eyni zamanda oyunun xarici ölkəyə transilasiyasında da problemlər yaranmır. Biz Makedoniyadakı qarşılaşmanın da canlı yayımlanmasını istəyirdik. Amma orada yerli telekanallar bu oyuna maraq göstərmirlər. Bilirsiniz, həm də Makedoniya iqtisadi tərəfdən inkişaf etməyib. Onlarda fərqli durumdur. Oyunun yayımlanmaması nə rəqibdən, nə də bizdən asılı idi. Biz hansı şərtlərlə olursa-olsun matçın Azərbaycana yayımlanmasını istəyirdik. Təəssüf ki, yerli telekanallar bundan imtina etdilər.
- Bəs, Şimali İrlandiyadakı oyununuz necə, Azərbaycana yayımlanacaqmı?
- Əlbəttə. Biz bununla bağlı öz tərəfimizdən nə lazımdırsa, edəcəyik.
- Komanadanız Bakıya dünən gecə qayıdıb. Bəs, Şimali İrlandiyaya nə vaxt gedirsiz?
- Oyuna iki gün qalmış, yəni çərşənbə axşamı Şimali İrlandiyaya getmək istəyirik. Bu gün bununla bağlı iclasımız olacaq. Futbolçulara hansı marşrut daha rahatdırsa, o yolu seçəcəyik.
- Rəqibinizi necə dəyərləndirirsiniz?
- «Portadaun» haqda tam məlumatsızam. Amma biz onların Riqa «Skonto»su ilə oyunlarının videoyazısını əldə etməyə çalışırıq. Düşünürəm ki, Qurban müəllim rəqibi yaxşı təhlil edib lazımi tədbirlər görəcək. Biz heç bir rəqibdən qorxmuruq.
- Komandanızda ab-hava necədir?
- Çox yaxşı.
- Siz hələ «Metallurq»la ilk oyundan əvvəldən «Qarabağ»ın mərhələni keçəcəyini demişdiniz. Növbəti oyunla bağlı da belə düşünürsünüz.
- Dediyim kimi, heç bir rəqibdən çəkinmirik. Ən azı ötənilki uğurumuzu təkrarlamaq istəyirik. Biz növbəti rəqibimizi də keçmək iqtidarındayıq. İnşallah, «Qarabağ» «Portadaun» səddini də adlayacaq. Düzdür, rəqibi görmədən danışıram. Amma hədəfimizi bilirik, futbolçularımıza və texniki heyətimizə inamımız böyükdür.
Növbəti mərhələ çıxmaq üçün meydanda canımızı da qoymağa hazırıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi