Avrokubokların cari mövsümündə təmsilçilərimizdən biri növbəti mərhələyə vəsiqə qazansa da, digəri mübarizədən kənarda qaldı. Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ” Makedoniya “Metallurq”unu mübarizədən kənarlaşdırdığı halda, Moldova “Olimpiya”sıyla qarşılaşan “Xəzər Lənkəran” bunu bacarmadı. Bəs, vaxtilə yığmamızın da baş məşqçisi olmuş, bir sıra klublarda çalışmış işsiz mütəxəssislərdən Vaqif Sadıqov klublarımızın qitə miqyaslı yarışlardakı bu ilk çıxışı haqda nə düşünür? Onun Qol.Az-a müsahibəsi ilə sizi də tanış edirik:
- Vaqif müəllim, öncə “Qarabağ”ın ikinci təsnifat mərhələsinə vəsiqə qazanmasına münasibətinizi bilmək istərdik…
- Bu cütün taleyi hələ ilk oyundan sonra bəlli idi. Yəni təmsilçimiz elə ilk oyunda 4:1 hesablı qələbə qazanmaqla, növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətirmişdi. Sevindirici haldır ki, Ağdam klubu səfər oyununda da hesabı açan tərəf oldu. Düzdü, sonda bir qol buraxsalar da, hər halda uduzmadılar və bir daha Makedoniya təmsilçisindən səviyyəli komanda olduğunu isbatladılar. Düşünürəm ki, “Qarabağ” belə uğurlu startla yenə ötən ilki nailiyyətini təkrarlaya bilər.
- Bəs, “Xəzər Lənkəran”ın yenə elə ilk mərhələdəcə mübarizəni dayandırması nə dərəcədə gözlənilən oldu?
- Açığını deyim ki, cənub klubunun da ikinci mərhələyə vəsiqə qazanacağına çox inanırdım. Amma göründüyü kimi, bu, baş tutmadı. Halbuki, rəqib “Xəzər Lənkəran”dan səviyyəcə qat-qat zəif komanda idi. Amma, görünür, rəqib komandanın baş məşqçisinin də oyundan sonra dediyi kimi, onların qələbə qazanmaq istəyi daha böyük imiş. Bilirsiz, ümumiyyətlə, bizdə Moldova klublarına qarşı bir sindrom var. Nədənsə, son illərdə bu ölkə təmsilçiləriylə mübarizə aparan komandalarımız bir qayda olaraq, növbəti mərhələyə keçə bilmir. Halbuki klublarımızın onlarla müqayisədə imkanları, şəraitləri daha yüksəkdir.
- Sizcə, “Xəzər Lənkəran”ın mərhələ adlaya bilməməsinə əsas nə mane oldu?
- Mən bu oyuna baxdım və hiss olunurdu ki, heyətdəki oyunçuların uyğunlaşma problemi var. Bildiyiniz kimi, Ağasəlim Mircavadov bu komandanı iki həftəyə formalaşdırmışdı, yeni oyunçular cəlb olunmuşdu, yeni oyun üslubundan, taktikadan istifadə olunurdu. Bütün bunlar üçün müəyyən vaxt lazımdır. Görünür, onlar qısa zaman kəsiyində bütün problemlərini aradan qaldıra bilmədi.
- Klublarımızın moldovalılara qarşı sindromu olduğu kimi, “Xəzər Lənkəran”ın da avrokuboklarda uğursuz seriyası var idi. Yəni bu klub hələ qitə miqyaslı yarışlarda mərhələ adlaya bilməmişdi. Sizcə, bu amil də psixoloji gərginlik kimi vurğulana bilərmi?
- Çox amilləri vurğulamaq olar. Təbii ki, bu da uğura aparan yolda müəyyən inamsızlıq yaradan faktlardandır. Elə lənkəranlıların avrokuboklardakı ilk rəqibi də Moldova təmsilçisi olmuşdu və o vaxt “Nistru”ya da gözlənilməz şəkildə hər iki oyunda uduzmuşdular. Çünki “Xəzər Lənkəran”ın imkanları həm o vaxtkı “Nistru”dan, həm də bu dəfə ülişdiyi “Olimpiya” səddindən xeyli yaxşı idi. Amma görünür, nəsə çatışmır. Ümumiyyətlə, çox təəssüfləndirici haldır ki, avrokubok təcrübəsi olmayan bir komandayla iki oyunda heç-heçə oynayıb, mübarizəni dayandırdılar. Halbuki bu komanda asanlıqla keçiləsi bir rəqib idi.
- İndi “Xəzər Lənkəran”dan fərqli “Qarabağ” ikinci mərhələdə mübarizə aparmaq şansı qazandı və təmsilçimizi Şimali İrlandiya “Portadaun”u ilə ciddi sınaq gözləyir. Sizcə, Qurban Qurbanovun komandası bu rəqibi də keçməyə qadirdirmi?
- Mən “Qarabağ”ın Şimali İrlandiya komandası ilə görüşlərdə də eyni uğuru təkrarlayacağına inanıram. Çünki Qurbanovun əlinin altında uzun müddət bir yerdə top qovan, komplektləşmiş, gənclərdən ibarət mübariz, döyüşkən bir heyət var. Onlar bundan daha yüksək nailiyyətlər qazana bilər.
- Şimali İrlandiya futbolu bizim üçün o qədər tanış deyil. Sizcə, onlarla oyunlarda komandamız hansısa ciddi çətinliklərlə üzləşməyəcək ki?
- Bu futboldu və futbolda asan oyun olmur. Amma “Qarabağ” Norveç “Rusenborq”u, Finlandiya “Honka”sı kimi komandaları mübarizədən kənarlaşdırmağı bacarıbsa, deməli, Şimali İrlandiya klubuyla da layiqli mübarizə aparıb, onu keçə bilər. Mən bilən indiyə qədər hələ bu ölkə təmsilçisiylə qarşılaşmamaşıq. Hər halda “Qarabağ” bu baxımdan da bir siftə etməyə və tarix yazmağa yaxındır, buna qadirdir.
- Artıq avrokuboklardakı digər təmsilçilərimizin də mübarizəyə qoşulmaq vaxtı yaxınlaşır. Bəs “İnter”lə “Bakı”dan nə gözləyirsiniz?
- “Bakı” haqda onu deyə bilərəm ki, rəqibi nə qədər güclü olsa da, hər halda paytaxt klubu da hazırda transfer bazarında ən fəallardandır. Yeni baş məşqçinin gəlişindən sonra bir neçə əcnəbi oyunçunu heyətinə qatan “Bakı”nı heyətinə görə hazırda bəlkə bütün yerli klublardan güclü hesab etmək olar. Ancaq bu işlərin nəticəsini “Buduçnost”la oyun göstərəcək. Yenə deyirəm, rəqib güclü komandadır və ciddi hazırlaşmaq gərəkdir. Ancaq komandamızın da güclü potensialı var ki, nəinki “Buduçnost”u, hətta növbəti mərhələdəki rəqibini də keçsin.
- Bəs “İnter”ə nə dərəcədə böyük ümidlər bəsləyirsiniz?
- “İnter” də bu yay transfer bazarında fəallıq nümayiş etdirən komandalarımızdandır. Amma bu qədər dəyişikliyin nə dərəcədə uğurlu nəticə qazanmağa mane olub-olmayacağını indidən söyləmək çətindir. Baş məşqçi Kaxaber Sxadadze hələ ötən mövsüm avrokubokların startı ərəfəsində komandaya dəvət olunmuşdu və onda da yeni yaradılan komandayla elə ilk cəhddəcə mübarizəni dayandırdı. Bu il də heyətdəki dəyişiklər az deyil. Amma baş məşqçi uzun müddətdir bu postdadır və heyətdəki müəyyən futbolçulara da yaxından bələddir. “İnter”də əsas məqam kimi bu komandanın rəqibini vurğulamaq lazımdır. “Lex” bizim üçün çox yaxşı tanış olan bir rəqibdir. Bu komandanı indiyə kimi təmsilçilərimizdən heç biri mübarizədən kənarlaşdıra bilməyib. Polşa futbolunun, klublarının səviyyəsinə də az-çox bələdik. Amma düşünürəm ki, “İnter”də növbəti mərhələyə vəsiqə qazanmaq istəyi, rəqibinkindən daha çox olsa, onda hər şey istədiyimiz kimi alınar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi