“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Qurban müəllim, Makedoniya “Metallurq”u ilə cavab oyunu ərəfəsində daha bir ciddi itki ilə üzləşdiniz. Admir Telinini ardınca digər albaniyalı müdafiəçiniz Ansi Aqolli də cavab matçında iştirak edə bilməyəcək. Sizcə, itkilərin getdikcə çoxalması komandamız üçün ciddi problemlərə yol açmaz ki?
- Təbii ki, çətin olacaq. Özünüz də, gördünüz ki, “Metallurq” çətin rəqib idi. İlk oyunda Admir Telini itirmişdik ki, bu, onsuz da bizim işimizi çətinə salmışdı. Telinin ardınca Ansi Aqollinin də sıradan çıxması bizim üçün çox ciddi problemlərə yol aça bilər. Çünki hər ikisi əsas heyətin oyunçuları idi. Teli Rəşad Sadıqovla birgə uzun müddətdi müdafiənin mərkəzində yer alırdı, artıq alışmışdılar. Aqolli isə yeni transfer olmasına baxmayaraq, sol cinahda əsas oyunçumuz idi və ilk “Metallurq”la Bakıdakı oyunda da sübut etdi ki, həqiqətən də “Qarabağ”ın əsas heyətində çıxış etməyə layiqdi. Hər halda çalışırıq ki, bu itkilər bizə baha başa gəlməsin. Digər oyunçuları yoxlayırıq, nəzərdən keçiririk, zədəliləri mümkün qədər tez sağaltmağa çalışırıq ki, problemlərdən mümkün qədər yaxa qurtaraq.
- Telinin yerini doldura biləcək bir neçə namizədiniz var. Məsələn, Zaur Həşimov, Samir Abbasov kimi futbolçular onun yoxluğunu hiss etdirməyə bilər. Bəs Aqollinin yerində kimi oynatmağı düşünürsünüz?
- Hələlik müdafiənin sol cinahında Qara Qarayevi oynatmağı düşünürəm. Düzdü, digər oyunçuları da nəzərdən keçirsək də, əsas namizədimiz məhz Qaradır. Çalışırıq, əlimizdən gələni edirik ki, hansısa oyunçumuzun yoxluğu oyunumuza ciddi təsir göstərməsin.
- İlk oyunu buraxan Maksim Medvedyevi cavab görüşündə görə biləcəyikmi?
- O artıq sağalıb və məşqlərimizdə iştirak edir. Çox güman ki, Makedoniyadakı qarşılaşmada forma geyə biləcək.
- Bəs Samir Abbasovun vəziyyəti nə yerdədir?
- Samir də komandayla ümumi hazırlıqlarda iştirak edir. Ancaq onun ayağında hələ ağrılar qalmaqdadır. İlk oyunda məcburi meydana buraxmağımız onun daha tez bərpa olunmasına müəyyən qədər təsir göstərdi. Amma ümid edirəm ki, cavab matçında Samirin də xidmətindən yararlana biləcəyik.
- Digər oyunçuların sağlıq durumu tam qaydasındadırmı?
- Digər oyunçularla bağlı ciddi problemimiz yoxdur. Hər biri hazırlıqlarda fəal iştirak edirlər.
- Siz ilk oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdiniz ki, biz bu rəqibi tanımırdıq. Amma bu oyundan sonra işimiz daha asan olacaq. Çünki rəqibi daha yaxından analiz etmək, öyrənmək imkanımız olacaq. “Metallurq”u istədiyiniz kimi analiz edə, öyrənə bilmisinizmi?
- Təbii ki, bu şansdan maksimum yararlanmağa çalışırıq. İlk oyunla bağlı analizlər aparmışıq, yenə iş gedir, onların bütün zəif və güclü nöqtələrini, öz səhvlərimizi araşdırmaqda davam edirik. Ancaq dediyim kimi, düşərgəmizdəki itkilərin çoxalması bizim üçün əlavə problemlər yaratmaqdadır. Həmin itkilər olmasaydı, daha rahat olardı.
- Amma həmin itkilərə rəğmən, hər bir “Qarabağ”lı, azərbaycanlı azarkeş növbəti mərhələ ilə bağlı nikbinliyini itirmək istəmir. Bəs siz necə, hər şeyin bizim üçün arzuolunan sonluqla başa çatacağına söz verirsinizmi?
- Yox, mən belə söz vermirəm. Çünki heç bir oyundan qabaq qələbəyə söz verməmişəm və bunu xoşlamıram. Bu, futboldu, hər şey ola bilər. Onu söz verə bilərəm ki, cavab oyununda lazımı nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik, sona kimi mübarizə aparacağıq ki, tərəfdarlarımızı üzməyək. Nə qədər çətin olsa da, bizə lazım olan nəticəni qazanmaq məcburiyyətindəyik.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı