“Fənərbaxça”dan 39 yaşlı Əmrəyə təklif

“Fənərbaxça”dan 39 yaşlı Əmrəyə təklif
DÜNYA FUTBOLU 11 May 2019 / 12:44 4371
-  A +

Yeni mövsüm üçün transfer çalışmalarına başlayan “Fənərbaxça” heyətinə gənclərlə yanaşı təcrübəli futbolçular da cəlb etməyi planlaşdırır.

Qol.az “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul klubu “Başakşəhər”in kapitanı Əmrə Bəlözoğluna rəsmi təklif göndərib.

“Sarı lacivərdlilər” sabiq futbolçusunun liderliyindən yararlanmaq istəyir. Ona bir mövsümlük müqavilə təklif olunduğu bildirilir. Klub daha sonra 39 yaşlı yarımmüdafiəçiyə vəzifə verməyi qərara alıb.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2008-2012 və 2013-2015-ci illərdə “Fənərbaxça”da oynayıb.

Son xəbərlər