Suares 6 həftə oynamayacaq

Suares 6 həftə oynamayacaq
DÜNYA FUTBOLU 10 May 2019 / 17:00 1749
-  A +

Dizindən əməliyyat olunan "Barselona"nın futbolçusu Luis Suaresin son durumu açıqlanıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu 4-6 həftə meydana çıxa bilməyəcək.

Onun İspaniya kubokunun finalında "Valensiya" ilə görüşdə və iyun - iyul aylarında Braziliyada keçiriləcək Amerika kubokunda oynaya bilməyəcəyi məlum olub.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində 49 oyuna 25 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner