Oyunçular və azarkeşlərimizlə fəxr edirəm. Futbolçularım əllərindən gələn hər şeyi etdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri Avropa Liqasının yarımfinalında "Valensiya"ya 4:2 hesabı ilə qalib gələrək finala yüksəldikləri oyundan sonra deyib.
"İlk qoldan sonra sakit olmalı və özümüzü ələ almalı idik. "Valensiya"ya 4 qol vurmaq asan deyil. Çünki onlar yaxşı komandadır" - deyə o bildirib.
"Sevilya" ilə 2014, 2015 və 2016-cı illərdə ardıcıl 3 dəfə Avroliqanın qalibi olan Emeri daha sonra vurğulayıb: "Finalda oynamaq çətinir. Amma əvvəlki uğurlarıma görə bu turnirdə çox təcrübəliyəm. Bundan istifadə edəcəyik. Hələ işimiz bitməyib. Bir final oyunumuz qalıb. Kuboku qazanmaq asan olmayacaq".
Qeyd edək ki, "Arsenal" finalda mayın 29-u Bakı Olimpiya Stadionunda "Çelsi" ilə qarşılaşacaq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video