"Qorxulu gecə idi. Avropada möhtəşəm oyun nümayiş etdirdik. Bu gün futbolun amansız tərəfini gördük. Finala çox yaxın idik. Amma o son saniyə... Hesab 2:2 olarkən oyuna daha yaxşı nəzarət etməli idik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Ayaks"ın baş məşqçisi Erik Ten Haq Çempionlar Liqasının yarımfinalında "Tottenhem"ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Fasilədə oyunçulara demişdim ki, hələ heç nə bitməyib. "Tottenhem"in təslim olmadığı hiss edilirdi. Onlar uğur qazanacaqlarına inanırdılar. Əgər bir epizodda top dirəyə dəyməsəydi, oyunun taleyini həll etmiş ola bilərdik" - deyə o bildirib.
Ten Haq iyul ayından Avropada oynadıqlarını söyləyib: "Heç kimi günahlandıra bilmirəm. Çempionlar Liqasında möhtəşəm mövsüm keçirdik. Daha çox təcrübə qazandıq. 17 matç oynadıq və 10 qalibiyyət əldə etdik. Komandamla qürur duyuram".
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır