"Kimsə bizdən 4 qol vurmağımızı gözləmirdi. Ancaq biz futbolda mümkünsüz deyə bir şeyin olmadığını göstərdik".
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un futbolçusu Corcinyo Veynaldum Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
O, matçda ehtiyat oyunçular skamyasında başladığı üçün baş məşqçi Yürgen Kloppa əsəbiləşdiyini söyləyib: "Əslində ehtiyatda olduğum üçün məyus və Kloppa əsəbi idim. Sonra məni oyuna daxil etdi. "Bir şeylər etməliyəm" deyə düşündüm və iki qol vurdum".
28 yaşlı yarımmüdafiəçi komandasının möhtəşəm oyun nümayiş etdirdiyini vurğulayıb: "Finala çıxacağımıza inanmışdıq. Qalib gələ biləcəyimizi hiss edirdik. Bu, bir ehtimal idi və bunu bacardıq".
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi