Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Qol.az-ın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxıblar.
Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfində idi. Cavab matçında da Amsterdam təmsilçisi fasiləyə qədər üstün olub - 2:0. Lakin ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb. "Real", "Yuventus" kimi klubları mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qolla finaldan məhrum olub. Həlledici oyuna vəsiqəni "Tottenhem" əldə edib.
Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul"la üz-üzə gələcək. İngilis finalı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0
7 may
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
İlk oyun - 0:3
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır