“Qarabağ”ın “Metallurq”la oyununun qəhrəmanlarından olan qapıçı Fərhad Vəliyevin Qol.Az saytına müsahibəsi
- Fərhad, dünənki oyunda belə böyükhesablı qələbə qazanacağınızı gözləyirdinmi?
- Qələbə qazanacağımıza inanırdım və bunu gözləyirdim. Amma etiraf edim ki, hesab baxımından bir qədər gözlənilməz oldu. Yəni çoxları belə böyükhesabla qalib gələcəyimizi gözləmirdi. Hər halda belə qələbə qazanmağımız çox xoş oldu. Baxmayaraq ki, birinci oyun idi, rəqibi yaxşı tanımırdıq, lazımı qədər analiz edə bilməmişdik. Bilirdik ki, çətin keçəcək. Gözlədiyimiz kimi də oldu. Özünüz də gördünüz ki, ilk 10 dəqiqə gərgin keçdi. Onlar təhlükəli hücumlar təşkil etməklə erkən səfər qoluna imza atmaq istəyirdilər. Ancaq yaxşı ki, özümüzdə güc tapıb, tezliklə oyunda tarazlıq yaratmağı bacardıq. Hesabı açmağımız isə tam yerinə düşdü. Məhz bu qoldan sonra özümüzə gəldik və istədiyimiz kimi oynamağa başladıq.
- Amma ikinci hissədə azlıqda qalandan sonra yenə qoruduğun qapı qarşısında təhlükəli vəziyyətlər çoxalmağa başladı…
- Buna daha çox azlıqda qalmağımız səbəb oldu. Məncə, Admir Teli sonadək meydanda qalsaydı, tam fərqli oyun sərgiləyəcəkdik. Lakin azlıqda qalmağımızdan istifadə edən rəqib təzyiqi daha da artıırdığından artıq sırf əks-hücum taktikasına üstünlük vermək məcburiyyətində qaldıq. Sonda bir qol da buraxdıq ki, bu da daha çox oyunun sonu olduğundan uşaqlarda yaranan boşalmanın nəticəsiydi. Hamımız artıq matçın final fitininin səslənməsini gözləyirdik. Amma səfər qoluna imza atmaq üçün əlindən gələni edən makedoniyalılar bizim yeganə səhvimizdən maksimum yararlanmağı bacardılar. Hər halda qələbə qazandıq və buna görə şadam. Düşünürəm ki, bu hesab arxayınçılığa əsas verməməlidir. Cavab oyununa daha ciddi hazırlaşmalıyıq. Uduzmasına baxmayaraq, “Metallurq” çətin komandadır. Səfərdə daha çətin olacaq. Düşünürəm ki, müdafiəyə daha çox diqqət yetirib, əks-hücumlara bel bağlasaq, mərhələni keçməyimizdə hansısa problem yaranmaz.
- Böyükhesablı qələbədə ən böyük pay sahiblərindən də biri sən oldun. İkinci hissədə bir neçə epizodda komandanı real qoldan xilas etdin…
- Bu, bütün komandamızın qələbəsidir. Yəni təkcə mənim gördüyüm işi qabartmaq bir qədər düz çıxmazdı. Düzdü, ikinci hissədə bəzi epizodlarda yaxşı oynadım. Amma mən qapıçıyam və üzərimə düşən iş də qapımın təhlükəsizliyini təmin etməkdir. Hər bir oyunda çalışıram ki, qol buraxmayım, komanda yoldaşlarımın əziyyətini yerə vurmayım. “Metallurq” üzərində qələbənin təkcə mənim yox, komandamızın, bu qələbədə əziyyəti olan hər bir kəsin, bizi dəstəyənlərin hamısının qələbəsi olduğunu düşünürəm.
- Sonda buraxılan qolu zərərsizləşdirməkdə nə problem oldu?
- Əlbəttə, bu, futboldu. Hər istədiyini reallaşdıra bilmirsən. Çox istəsək də, sona qədər qol buraxmamaq vəzifəsinin öhdəsindən gələ bilmədik. Yenə deyirəm, son saniyələr gedirdi, uşaqlarda boşalma hiss olunurdu. Cərimə meydançasında qarışıqlıq yarandı və cinahda göndərilən topa daha tez çatan rəqib oyunçu hesabı açdı. Buraxmaya bilərdik. Amma buna görə ruhdan düşmək lazım deyil. İnşallah biz də səfərdə qol vurarıq.
- Çoxları həmin epizoda Samir Abbasovu günahlandırır. Razısan bu fikirlərlə?
- Xeyr, mən elə düşünmürəm. Yəqin ki, o da istəməzdi ki, 4 qol vurduğumuz bir komandadan qol buraxaq. Sadəcə, həmin qolun ötürməsi verilərkən, hücumçu çox cəld tərpəndi. Bir daha vurğulamaq istərdim ki, bu qola görə üzülməyə dəyməz. İnşallah, cavab görüşündə belə səhvləri təkrarlamamalıyıq. Bunu bacarsaq, mərhələni keçəcəyimizə şübhəniz olmasın.
- Telinin qırmızı vərəqə ilə cəzalanmasını nə dərəcədə ədalətli hesab edirsən? Yəni o, həqiqətən elə cəzaya layiq idi?
- Hakim onu meydandan qova bilərdi. Ancaq Telinin birbaşa qırmızı vərəqə ilə cəzalandırılması gözlənilməz oldu. Şəxsən mən hakimin birbaşa qırmızı vərəqə göstərəcəyini gözləmirdim. Düzdü, oyundan sonra bəzi uşaqlar danışırdı ki, guya ikinci sarı vərəqədən sonra göstərib. Amma mən həmin anda referinin birbaşa qırmızı vərəqə çıxardığını gördüm. Hər halda arzu edək ki, Telinin cəzası uzun müddətli olmayacaq. Heç olmasa, belə ədalətsiz cəzaya görə, onu bir oyunluq diskvalifikasiya etsələr, yaxşı olardı. Çünki Teli komandanın aparıcı müdafiəçilərindən biridir. Nə qədər sıralarımıza tez qayıtsa, bir o qədər xeyrimizə olacaq.
- Dünənki oyunda Samirlə yanaşı yeni transferlərinizdən Ansi Aqolli də rəsmi oyunda debüt etdi. Onun oyununu necə dəyərləndirərdin?
- Samir əvvəllər də “Qarabağ”ın şərəfini qoruyub. Uşaqların da çoxunu tanıdığından onunla anlaşmaq baxımından problem yox idi. O, sadəcə zədəli olduğundan və tam hazır olmadığından istədiyi oyunu sərgiləyə bilmədi. Aqolliyə gəlincə, onun sərgilədiyi oyun göz qabağındaydı. Albaniya yığmasının oyunçusudur və hiss olunurdu ki, komandaya fayda verəcək gücdədir. İnşallah, onun həm avroliqadakı, həm də ölkə miqyaslı yarışlarda komandamıza uğur gətirəcəyinə inanıram.
- 4:1 hesablı qələbədən sonra artıq “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazandığını söyləyə bilərik?
- Qarşıda hələ cavab oyunu var. Təbii ki, biz ora məğlub olmağa getmirik. Məşqçilərimiz də müəyyən analizlər aparıb bizə lazımı tapşırıqlar verəcəklər. Onların dediyinin 70-80 faizini həyata keçirə bilsək, növbəti mərhələdəyik.
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video