«Qarabağ» Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda sabah Makedoniyanın «Metallurq» klubu ilə qarşılaşacaq. Vacib oyun ərəfəsində Ağdam klubunun müdafiəçisi Rəşad Sadıqov Qol.Az-ın suallarını cavablandırıb.
- Türkiyədəki təlim-məşq toplanışının istədiyiniz kimi alınmadığını söyləmişdin. Komandanızda indi durum necədir?
- Bizdə məşq sistemi elə qurulub ki, hansısa çatışmazlıq oyun praktikamızda hiss olunmasın. İkitərəfli oyunlara daha çox yer ayırılıb ki, futbolçular bir-birilərini uyğunlaşa bilsinlər. Bütün bu prosesin nə dərəcədə yaxşı və pis olduğunu sabahkı oyun göstərəcək.
- Rəqibi öyrənə bilmisinizmi?
- «Metallurq» haqda çox az məlumatımız var. Onların oyunlarının videoyazısını da izləyə bilməmişik. Ötən il bütün rəqiblərimiz yaxşı təhlil edə bilirdik. Bu dəfə vəziyyət fərqlidir. Təkcə onu bilirik ki, rəqibin iki-üç təhlükəli oyunçusu var. Daha çox yarımmüdafiənin sol kənarında mübarizə aparan futbolçuları təhlükəlidir. Hücumameyilli yarımmüdafiəçiləri haqda da eyni sözü demək olar. Dayaq müdafiəçiləri də çox təcrübəlidir. Ağıllı oyun oynamağı xoşlayır və top saxlamağı bacarırlar. Bunlar onu deməyə əsas verir ki, rəqib sürətli futbola üstünlük verəcək, bizim oyunumuzu dağıtmağa və məğlub olmamağa çalışacaq.
- «Metallurq»la bağlı fikirlər haçalanıb. Kimisi onu zəif, kimisi güclü rəqib sayır. Sən bu haqda nə düşünürsən?
- Makedoniya çempionatı qətiyyən zəif deyil. Ən azı hər il bu çempionatdan iki futbolçu Avropaya transfer olunur. Bu komandada hər il inkişaf edir. Rəqib sabah çox istəkli olacaq. Biz də arxayınlaşmamalı, ağıllı və səbirli oynamalıyıq. Rəqibin zəif, ya güclü olduğunu indidən söyləyə bilmərəm. Bunu sabahkı matç zamanı görəcəyik. Birdə ki, gəlin, səmimi danışaq, biz axı, o qədər inkişaf eləməmişik ki, rəqiblərimizə zəif gözlə baxaq. Belə götürəndə, Avropada bir çox klub məhz Azərbaycan komandaları ilə düşmək istəyir ki, mərhələni rahatlıqla keçə bilsinlər.
- Amma komandanızın futbolçuları arasında da belə düşünənlər var ki, «Metallurq» «Qarabağ»ın ötən il mübarizədən kənarda qoyduğu Norveç «Rusenborq»u və Finlandiya «Honka»sından zəifdir.
- Bəli, belə fikirləri mən də tez-tez eşidirəm. Amma axı, «Qarabağ» da ötənilki «Qarabağ» deyil. Keçən il biz bir ay təlim-məşq toplanışında olduq və üç oyun keçirdik. Bu gün «Qarabağ» tam formada deyil. İndi futbolda adlar heç nəyi həll etmir. Dünya çempionatına baxın… Fransa və İtaliya kimi komandalar qrup səddini aşa bilmədilər. Ötən il «Rusenborq» bizimlə oyunda bütün oyuna nəzarət etdi, amma mərhələni «Qarabağ» adladı. Bir daha deyirəm, sabah «Metallurq» çox istəkli olacaq və bizə narahatlıq yaratmağa çalışacaq. Bu mənada, biz oyuna həm psixoloji, həm də taktiki tərəfdən çox ciddi hazırlaşmalıyıq.
- Avroliqa oyunlarında şəxsən sənin özündən gözləntilər çoxdur. Bu, sənə psixologi tərəfdən necə təsir edir?
- Bu haqda fikirləşmirəm. Sakit formada oyunu düşünür və matça hazırlaşıram. Rəqibi yaxından tanıyanda yaxşı olur, tanımayanda isə bu haqda çox düşünmürəm.
- «Qarabağ»ın yeni albaniyalı legioneri Ansi Aqolli haqda düşüncələrin necədir? Elnur Allahverdiyevi layiqincə əvəz etmək gücündədirmi?
- Onları müqayisə etmək istəməzdim. Hər ikisinin öz yeri var. Ansi komandaya tez uyğunlaşdı. Elnur «Qarabağ»ı tərk edəndən sonra bu futbolçuyla danışıqlar aparılırdı, düşərgəmizə bir az güc qoşulsa da, çox istəklidir. Albaniya millisinin futbolçudur, Ukraynada çıxış edib, təcrübəsi çoxdur, özü də yaxşı insandır. Biz də istəyirik ki, ona kömək edək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi