“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi
- Türkiyədə hazırlıq prosesi istədiyimiz kimi alınmadı. Bunun bir sıra səbəbləri vardı. İlk təlim-məşqdə komandamızla 8-10 futbolçu məşq edirdi. Digər tərəfdən, milli komandanın oyunçuları və zədəlilər üçün fərqli proqram icra olundu. Hələ ki, vaxtımız var. Çalışacağıq ki, hər oyunçunun hazırlıq səviyyəsi yüksəlsin və eyni olsun. Ancaq bu, bir az çətin olacaq. Türkiyədə 3 oyun planlaşdırmışdıq. Bir oyunda böyükhesablı qələbə qazandıq. Digər iki oyun bizdən asılı olmayan səbəbdən baş tutmadı. Əvvəlcə Türkiyənin aşağı liqa klubu oynamaqdan imtina etdiyi üçün ikitərəfli oyun keçirdik və hər şey yaxşı alındı. Sonra Rusiya Premyer Liqasında çıxış edən “Terek” klubu qarşılaşmadan boyun qaçırdı.
- Bunun səbəbi nə idi?
- Oyunun keçirilməsi üçün tərəflər arasında razılıq əldə olunmuşdu. Səhər oyuna çıxacaqdıq. Ancaq gecə xəbər gəldi ki, "Terek" matçdan imtina edib. Oyunun təşkilatçısı bunun klubun məşqçilərindən olan Şahin Diniyevin etdiyini bildirdi. Hətta Diniyevin razılıq vermiş klub prezidentini niyyətindən daşındırdığı deyildi. Gah da dedilər ki, məşqçilər arasında fikir ayrılığı olub. Bu qarışıq məsələ qaranlıq qaldı. Nəticədə bunun planımıza böyük mənfi təsiri oldu. Ancaq çox sağ olsun ki, “Olimpik-Şüvəlan” oynamağa razılıq verdi.
- Məsələ ilə bağlı Şahin Diniyevlə əlaqə saxlamadınız?
- Xeyr.
- “Olimpik-Şüvəlan”la yoxlama oyunu haqda nə fikirdəsiniz?
- Srağagün (söhbət dünən olub-red) iki ağır məşq keçdik. Dünən yol gəldik, bu gün də bir məşq oldu. Bu gün futbolçularımız yorğun idilər. Çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq. Oyuna kimi daha yaxşı hazırlaşacağıq.
- “Qarabağ”dan imtina edən “Terek” “Şerif”lə oynamağa üstünlük verib. Bunu komandanıza yuxarıdan aşağı baxmaq kimi dəyərləndirmək olarmı?
- Buna inanmıram. Biz onlara xəbər göndərəndə ürəklərincə olmuşdu.
- Avrolıqadakı rəqibinizə bələd ola bilmisiniz?
- Makedoniya klubu haqda az məlumat toplamışıq. Köməkçim Çudomir Çakarov “Metallurq”un oyununu izləmək istəsə də, rəqib buna imkan verməyib. Komandalar yoxlama oyunu keçirmək üçün meydana çıxsalar da, rəqibimiz gözlənilmədən qarşılaşmanın başlamasına 5 dəqiqə qalmış görüş keçirməmək qərarına gəlib. “Metallurq”un nümayəndələri bunun üçün müxtəlif bəhanələr gətiriblər. Ancaq Çakarov sonradan gizli olaraq rəqibin ikitərəfli oyununu izləyib. Qarışıq matç olub ki, heyət bilinməsin. Köməkçim az da olsa, məlumat toplaya bilib.
- Deməli, rəqib komandanızdan çəkinir. Bu, sevindirici deyilmi?
- Mən belə düşünmürəm. Əksinə, onlar bununla oyuna çox ciddi hazırlaşdıqlarını göstərirlər, futbolçularını tanıtmaq istəmirlər. Rəqibin gücünə bələd olmadığımızdan ilk oyunda ehtiyatlı oyuna üstünlük verəcəyik. Eşitdiyimə görə, “Metallurq” Makedoniyanın ən imkanlı komandasıdır, cavan, təcrübəli oyunçuları var. Rəqibin baş məşqçisi Haciyevskidən komandamız haqda məlumat alıb.
- Ancaq sizin Haciyevski ilə isti münasibətləriniz var.
- Nəzərdən qaçırmayaq ki, Haciyevski Makedoniyadandır.
- Razılaşın ki, ötən mövsüm “Rusenborq” kimi güclü komandanı kənarlaşdıran “Qarabağ” “Metallurq” səddini keçməyə borcludur...
- Bilirik ki, hamı bizdən daha böyük uğurlar gözləyir. İnşallah buna nail olarıq. Ən azı ötənilki nəticəni təkrarlamalıyıq. Ötən mövsüm komandamız daha hazırlıqlı idi: həm vaxtımız çoxuydu, həm də oyunçuların hamısı bir yerdəydi. Fikrimcə, mərhələ keçsək, qarşıdakı matçlarda daha yaxşı oynayacağıq.
- Əvvəlki uğuru təkrarlasanız, bu yenilik olmayacaq. Azarkeşlər sizdən qrup mərhələsinə düşməyi gözləyir...
- Azarkeşlərin buna haqqı var. Uğur qazanmağı hamımız istəyir və bunun üçün səylə çalışırıq. Məqsədimizə çatıb-çatmayacağımızı isə zaman göstərəcək.
- Ötən mövsüm komandanıza lider olaraq Rəşad Sadıqov gətirildi. Bu dəfə isə heç bir futbolçu transfer olunmayıb. Bunun mənfı təsiri olmayacaq?
- Əsla yox. Azarkeşlərin fikrinə uyğun yanaşsaq yana, məğlub ola bilərik. Səbirli olmaq lazımdır. Nəzərdən qaçırmayaq ki, çempionat ağır keçdi, üstəlik milli komandada oyunçularımız olduğundan stabil heyətlə məşqlər keçə bilmədik, istirahətimiz az oldu.
- Yeni oyunçular cəlb oluna bilərmi?
- İndi bu, olmayacaq. İstəyirik ki, yeni gələcək futboçular həm xasiyyət, həm intizam baxımından da komandamıza uyğun olsun. Doğru seçim etmək üçün tələsmirik.
- Görünür ki, Türkiyədə legionerləri bəyənməmisiniz.
- Bir neçə oyunçu baxışa dəvət olunmuşdu. Baldavaliyev xoşuma gəlsə də, tam hazır deyildi. Elə etmək lazım idi ki, yeni futbolçu ilk mərhələdə bizə kömək etsin.
- Razılaşın ki, komandanız ekstremal vəziyyətə hazır deyil. Hesabda geri düşsəniz, 3 hücumçu ilə oynamaq imkanınız yoxdur.
- Mən bu fikirlə razı deyiləm. Əslində biz həmişə 3 hücumçu ilə oynaya bilirik. İndi Raufu yetişdiririk. Oyundan-oyuna onda irəliləyiş hiss olunur. Bu gün yarım milyona hücumçu alıb, heyətə qoysaq, Raufu itirə bilərdik. O, daha soyuqqanlı olmalı, texniki çatışmazlıqları aradan qaldırmalıdır. Getdikcə hər şey daha yaxşı olacaq. Lazım olduqda Adamiya, Əfran, Vüqar hücumda mübarizə aparır. Ümumiyyətlə, futbolumuzda hücumçu problemi var.
- Avrokuboklardakı digər təmsilçilərimizdən nə gözləyə bilərik?
- Çox istərdim ki, bütün klublarımız uğurlar qazansın. İnşallah bu dəfə qələbələrin sayı çox olacaq.
- Püşkatmada ən güclü və zəif rəqib hansı komandamıza düşüb?
- Ada görə “İnter”in rəqibi “Lex” güclüdür. Ancaq ötən il “Qarabağ”ın qarşılaşdığı “Rusenborq” da qüvvətli komanda idi. Dünya çempionatında bəzi güclü komandaların hansı aqibətlə üzləşdiyini görürsünüz. İndi futbol elə inkişafdadır ki, hər bir komanda rəqibinə qarşı lazımı oyun qurur, göstərir. İnanıram ki, “İnter” “Lex” səddini keçəcək.
mənbə: supersport.az
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi