«Bakı»nın moldovalı futbolçusu Aleksey Savinov Moldova mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Moldova «Olimpiya»sı avroliqada «Xəzər Lənkəran»la qarşılaşacaq. Səncə, bu, uğurlu püşkdür?
- Düşünürəm ki, çox da yaxşı deyil. «Xəzər» yaxşı məşqçisi və futbolçuları olan güclü komandadır. Bu klub qarşısına həmişə yüksək vəzifələr qoyur. Bu mənada, «Olimpiya» üçün çox çətin olacaq. «Xəzər Lənkəran» xarici ölkələrdə təlim-məşq toplanışı keçirmək və «Şaxtyor» kimi komandayla yoldaşlıq matçı oynamaq imkanına malik komandadır.
- «Olimpiya»nın rəhbərliyi komandanın qarşısına «Xəzər Lənkəran» və «Dinamo» Buxarest səddini keçərək üçüncü mərhələyə çıxmaq vəzifəsi qoyub.
- Əgər komanda qarşısında yüksək vəzifələr qoyulmasa, o zaman avrokuboklarda oynamağın mənası yoxdur. Hesab edirəm ki, «Olimpiya» rəhbərliyi doğru addım atır. Bununla onlar öz komandalarına inandıqlarını ortaya qoyurlar.
- Rumınlar da «Xəzər Lənkəran»la oynamaqdan ehtiyatlanırlar, ona görə də «Olimpiya» ilə qarşılaşmaq istəyirlər.
- Ona görə ki, onlar «Xəzər Lənkəran»ın maddi imkanlarını yaxşı bilirlər. Bundan başqa, artıq bu komanda haqda ətraflı məlumat da toplaya biliblər.
- «Xəzər Lənkəran»ın özəlliyi nədədir?
- Onlar həmişə qələbəyə can atırlar. Hücum və texnikalı futbol nümayiş etdirirlər. Komandada yüksək səviyyəli və təcrübəli futbolçular az deyil. «Xəzər»in ən böyük özəlliyi isə onun azarkeşləridir. Güman edirəm ki, «Olimpiya»nın futbolçuları Lənkərandakı oyundan sonra mənim bu fikrimlə razılaşacaqlar.
- «Olimpiya» Azərbaycan təmsilçisini keçmək gücündədir?
- Hansı rəqiblə oynamağın önəmi yoxdur. Meydana çıxanda tabloda hesab 0:0-ı göstərir, ona görə də hər iki komandanın şansı olur. Mən «Olimpiya»nın vitse-prezidenti Sergey Kisilyevin müsahibəsini oxudum. O, Azərbaycandakı matça maksimum beş min azarkeşin toplaşacağını düşünməklə səhvə yol verir. «Olimpiya» stadiondakı anşlaqa indidən hazır olmalıdır.
- Səhv eləmirəmsə, sən «Olimpiya»da da oynamısan.
- Bu komandayla mənim ən yaxşı xatirələrim qalıb. «Olimpiya»da oynayanda mən evləndim, Kişinyovda keçirilən toyuma komandanın bütün futbolçuları gəlmişdi. «Olimpiya» mənə çox şey verib. Bu komanda mənim üçün böyük təcrübə oldu. Ona görə də «Xəzər»lə oyunda mən keçmiş klubuma uğurlar arzulayıram.
Mənbə: sports.md
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi