Avropa Liqasının birinci təsnifat mərhələsində «Xəzər Lənkəran»ın rəqibi olan Moldovanın «Olimpiya» klubunun vitse-prezidenti Sergey Kisilyevin müsahibəsi
- Püşk sizin üçün ciddi rəqib bəxş etdi. Dünənki püşkatmanın nəticəsini necə qiymətləndirisiniz?
- Güclü rəqiblə qarşılaşacağımıza çox sevinirik. Belə komandalara qarşı oynamağı xoşlayırıq. Bu, təkcə mənim deyil, eyni zamanda klubun baş məşqçisinin də fikridir.
- Vətənində «Xəzər Lənkəran»ı «Qafqazın «Çelsi»si» də adlandırırlar. Çünki klub çox varlıdır, keçmiş futbol ulduzlarını heyətinə cəlb edə bilir. Bu haqda nə deyə bilərsiniz?
- Hə, «Xəzər»in büdcəsi bizimkindən bəlkə də yüz dəfə çoxdur. Amma bu komandanı kimin necə adlandırmasının önəmi yoxdur. Biz heç kimdən zəif deyilik. «Olimpiya»nın büdcəsi onun ruhunda və komanda oyunundadır. «Xəzər»in büdcəsinə və futbolçularına baxmayaraq, biz onlara layiqli müqavimət göstərəcəyik.
- Necə düşünürsünüz, Azərbaycan futbolu Moldova futbolundan üstündür, yoxsa geridə qalır?
- Fikrimcə, səviyyə bərabərdir. Amma əlbəttə, Azərbaycan futbolunda pul çoxdur. Əgər bizdə də bu qədər pul olsaydı, Moldova çempionatı daha yüksək səviyyədə olardı. Şəxsən mən hər iki ölkənin çempionatının səviyyəsinin bərabər olduğunu düşünürəm. Çünki hər iki çempionatda beş-altı güclü komanda var, digərləri isə çox zəifdir.
- Kişinyov «Daçiya»sının prezidenti Adlan Şişxanov bildirib ki, püşkdə «Olimpiya»nın bəxti daha çox gətirməyib. Bu fikirlə razısınız?
- Yox. Dediyim kimi, biz güclü rəqiblərlə qarşılaşmaq istəyirik. Əgər biz «Xəzər Lənkəran» səddini keçməyəcəyimizi düşünsək, onda üçüncü mərhələyə qədər necə irəliləyə bilərik?
- Ümumiyyətlə, bu cütlükdə şansları necə dəyərləndirirsiniz?
- Bizim istəyimizə və «Xəzər»in büdcəsinə nəzər salanda, şansları 50-50-yə qiymətləndirirəm.
mənbə: sports.md
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi