Azərbaycan milli komandasının və Hollandiyanın «Tvente» klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Hollandiyadan qayıtdıqdan sonra formanı itirməmək üçün «Qarabağ»la birgə məşq edirdin. Hazırda yenə keçmiş klubunun düşərgəsindəsən?
- Yox, özüm fərdi məşq edirəm. Trenajora və basseynə gedirəm. Bu, Berti Foqtsun son məşq prosesinin davamıdır.
- Millinin son oyunlarında meydana çıxmamağının səbəbi nə idi?
- Dizimdəki zədə tam düzəlməyib. Ayağımda oynamaq üçün tam güc yoxdur. Ona görə də Foqts belə məsləhət gördü ki, zədəmin şiddətlənməməsi üçün oyunlara çıxmayım. Düşünürəm ki, çox normal bir qərar idi.
- Ümumilikdə, təlim-məşq prosesini necə dəyərləndirirsən?
- Hər şey yaxşı keçdi. Komandada yeni gənc oyunçular vardı. Həm də çoxdan idi bir yerdə deyildik.
- Amma üç oyunun heç birində qələbə qazana bilmədik.
- Əlbəttə, istərdik ki, qələbə qazanaq. Bununla belə, nəticəni pis saymıram. Bizim əsas hədəfimiz seçmə mərhələdə uğurla çıxış etməkdir. Ona görə də bu təlim-məşq toplanışının bizə xeyiri dəydi.
- Avroliqanın püşkatmasına çox az qalıb. Keçmiş klubun «Qarabağ»ın hansı komandayla düşməsini istərdin? Nəzərə alaq ki, mümkün rəqiblər sırasında ermənilər də var.
- «Qarabağ»ın ermənilərlə qarşııaşması daha yaxşı olardı. Amma məncə, onlarla qarşılaşsaq, UEFA bu matçların keçirilməsinə razı olmayacaq. Necə ki, milli komandalar bir qrupa düşəndə eyni hal baş vermişdi. Bütün hallarda düşünürəm ki, «Qarabağ» hansı rəqiblə düşsə, mərhələni adlaya biləcək. Mən də keçmiş komandama uğurlar arzulayıram. İnanıram ki, «Qarabağ» ən azı ötən ilki nəticəni təkrarlayacaq. Mən də harada olmağımdan asılı olmayaraq, «Qarabağ»a azarkeşlik edəcəyəm.
- «Qarabağ»ın çempionatı üçüncü pillədə başa vurmasını uğur kimi dəyərləndirmək olar?
- Əlbəttə, onların birinci yeri tutmasını çox istəyirdim. Amma hələ çempionatın gedişatı zamanı keçmiş komandamın ilk üç yerdən birini tutacağını demişdim. «Neftçi»ylə oyun bərabərə qalmasaydı, «qızıl oyun» da olacaqdı. Amma görünür, qismət belə imiş. Əminəm ki, «Qarabağ» növbəti çempionatda daha yaxşı nəticə qazanacaq. Bundan əvvəlki mövsümdə komanda beşinci, son mövsümdə isə üçüncü yeri tutdu. Düşünürəm ki, daha yaxşı günlər hələ qabaqdadır. - «Tvente»nin düşərgəsinə nə zəman qayıdırsan?
- İyunun 13-də Hollandiyada olmalıyam.
- Yeni baş məşqçi Mişel Prüdium səninlə maraqlanıbmı?
- Təbii ki, «Tvente» rəsmiləri tez-tez mənə zəng edib maraqlanırlar. Ayın 13-də Hollandiyada təlim-məşq toplanışı başlamalıdır.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi