«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Komandanız hazırlıq prosesinə başlayıb. Futbolçularınızın durumu necədir?
- Hələ ki, başlanğıcdır. Hazırda hazırlıq prosesində daha çox gənclər və əsas komandanın 7-8 futbolçusu çıxış edir. Gəncləri yoxlayırıq. Onlar həvəslə çalışırlar. Millidə olan futbolçulara isə istirahət vermişik.
- «Qarabağ» ötən mövsüm gərgin oyunlar keçirdi. Futbolçularda yorğunluq qalıbmı?
- İnşallah, hər şey qaydasına düşəcək. İstirahətdən qayıtdıqdan sonra futbolçular tam hazır olmurlar. Onlar indi proqram əsasında çalışırlar. İstəyirəm ki, passiv olmasınlar.
- «Qarabağ»ın millidə çıxış edən futbolçularına istirahət verməyiniz onların gərgin məşq keçməsi ilə əlaqədardır?
- Bəli. Həmin futbolçular bir də komandamızın düşərgəsinə iyunun 10-da qoşulacaqlar və Türkiyədəki təlim-məşq toplanışında fəal məşqlərə başlayacaqlar.
- «Qarabağ»da məşq edən yeni gənc oyunçulardan hansınısa əsas komandaya götürəcəksiniz?
- Çempionatın gedişatı zamanı bəzi əsas futbolçularımız vərəqə aldıqlarına və ya zədəli olduqlarına görə oynaya bilmirlər. Biz bu gənc futbolçuları komandamıza cəlb edirik ki, onları daha yaxından tanıyaq və lazım olan məqamda imkanlarından istifadə edək.
- Bir neçə gün əvvəl demişdiniz ki, transferlərdə yerli futbolçulara üstün verəcəksiniz və yalnız danışıqlar alınmayacağı təqdirdə əcnəbi futbolçu variantını nəzərdən keçirəcəksiniz. Danışıqlar apardığınız futbolçularla bağlı müsbət irəliləyiş var?
- Təəssüf ki, bir o qədər yaxşı nəticə yoxdur.
- Onların komandanıza keçmək ehtimalı azalıb?
- Bəli.
- Kimlərlə maraqlandığınızı açıqlaya bilərsiniz?
- Onların adlarının gizli qalması daha yaxşıdır.
- Artıq əcnəbi futbolçularla danışıqlara başlamısınız?
- Bəlkə də. Biz ümumiyyətlə, komandamıza bahalı futbolçu götürməyəcəyik. Transfer üçün ayrılan büdcəyə uyğun hərəkət edəcəyik. Büdcə isə yüksək deyil.
- Transfer etmək istədiyiniz legionerlər Azərbaycanda çıxış edir, yoxsa ölkə xaricində?
- Hər bir variant ola bilər. Bəzi futbolçular Türkiyəyə baxışa gələcək. Həmin hazırlıq prosesində biz yekun qərarımızı verəcəyik.
- Bu gün Elnur Allahverdiyev verdiyi müsahibədə «Neftçi»yə qayıdacağını istisna etməyib, hətta onun bu klubun prezidenti Sadıq Sadıqovla görüşməsi haqda xəbər yayılıb. Bundan xəbəriniz var?
- Məlumat yoxdur. Elnur bu gün azad futbolçudur, «Qarabağ»la müqaviləsi başa çatıb. Biz bütün yerli futbolçular kimi, Elnura da komandamızda qalmağı təklif etmişdik. O isə vaxt istədi. Elnur bu gün azad agent kimi hər bir klubla danışıqlar apara bilər.
- Elnur Allahverdiyevlə sonuncu dəfə nə vaxt danışmısınız?
- 2-3 ay əvvəl ona yeni müqavilə bağlamağı təklif etmişik. Mövsüm bitəndən sonra bütün futbolçular istirahətə çıxdılar. Sonra mən millinin oyunçuları ilə danışdım. Elnur isə işi olduğunu söyləyərək görüşə gəlmədi.
- Konkret olaraq, siz Elnurun «Qarabağ»da qalmasını istəyirsiniz?
- «Qarabağ»dakı futbolçuların hamısını tanıyırıq və hər birinin komandamızda qalmasına tərəfdarıq. O cümlədən Elnurun da. Amma bütün bunlarla yanaşı, futbolçunun özünün də buna həvəsi olmalıdır. Biz heç kimi zorla komandamızda saxlaya bilmərik. Birdə ki, futbolçu sərbəst agentdirsə, onun qarşısına «Qarabağ»da qalması tələbini də qoymarıq. Biz təklifimizi irəli sürmüşük, bundan sonrası futbolçunun özündən asılıdır.
- Rəşad Sadıqovla bağlı məsələ nə yerdə qaldı? Bir neçə gün əvvəl bu futbolçuyla ilkin razılığa gəldiyinizi söyləmişdiniz.
- Rəşad millinin düşərgəsindən yeni qayıtdığına görə istirahət edir. Bəli, ilkin razılıq əldə olunub. Bu günlərdə hər şey dəqiq bilinəcək.
- Konkret olaraq, Sadıqov «Qarabağ»la birgə Türkiyədəki toplanışa gedəcək?
- Hər şey sabah dəqiqləşəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi