"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov klubun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibəni olduğu kimi, diqqətinizə çatdırır
- Premyer Liqanın yekunlarını "Neftçi" üçün necə dəyərləndirirsiniz?
- Bilirsiniz ki, "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Bu komandanın azarkeş kütləsi ölkəmizin digər klubları ilə müqayisədə daha çoxdur. Bu da onunla əlaqədardır ki, "Neftçi" keçmiş SSRİ çempionatının yüksək liqasında mübarizə aparan Azərbaycanın yeganə komandası olub. SSRİ çempionatında bir sıra nailiyyətlər əldə edən flaqmanın heyətində həmişə güclü futbolçular çıxış edib. "Neftçi"nin uğurlarına sevinmişik, məğlubiyyətlərinə üzülmüşük. Ona görə də belə bir klub hansı yarışda iştirak edirsə, ondan yalnız uğurlar gözlənilir. Mən "Neftçi"yə ötən ilin dekabrından rəhbərlik edirəm,həmin vaxt komandanın ilk "altılığ"a düşmək şansı çox deyildi. Təsnifat mərhələsində 5 oyunumuz qalmışdı ki, bunlardan da 4-ü ilk "altılıq"da yer alan klublara qarşı idi. Buna baxmayaraq, "Neftçi" ilk "altılığ"a vəsiqə qazandı və Premyer Liqanın sonuna bir tur qalmışa qədər medallar uğrunda mübarizə apardı. Təəssüf ki, avrokuboklardan kənarda qaldıq, ancaq biz rəhbərliyə gələndə gələcəyin komandasını yaradacağımızı bildirmişdik. Çempionatın axırıncı turu çərçivəsində "Qarabağ"la görüşdə start heyətdə yer alan bütün 11 futbolçu azərbaycanlı idi. Bu da Azərbaycan futbolunun inkişafı deməkdir. Həmin oyunçuların bir neçəsi yığmamızın formasını geyinir, bir neçəsi isə milli komandamıza namizəddir. Fikrimcə, klublar bu yolla Azərbaycan futboluna xidmət etməlidirlər. "Neftçi"nin böyük potensialı var, aşağı yaş qruplarında oynayan futbolçularımız parlaq gələcəyə malikdir. Klub rəhbərliyi də, məşqçilər korpusu da çalışır ki, perspektivli və istedadlı oyunçuları üzə çıxarsın və əsas komandaya cəlb etsin.
- Çempionatın yekununa əsasən, komandadan 9 legioner uzaqlaşdırıldı. Onların kənarlaşdırılması nə ilə bağlı idi?
- Heyətdən 9 legionerin uzaqlaşdırılması bir sıra söz-söhbətlərə səbəb oldu. Amma bir məqamı unutmaq lazım deyil ki, bu futbolçular son iki ildə "Neftçi"yə heç bir titul qazandırmayıblar. Flaqman ötən il 8-cu, bu il isə 5-ci yeri tutdu. Təbii ki, nəticə verə bilməyən futbolçu komandada qala bilməz. Legioner yerli futbolçudan üstün olmalıdır ki, yerli futbolçularımız onlardan nə isə götürsün. Siyasətimiz belədir: bundan sonra "Neftçi"yə ancaq səviyyəli legionerlər transfer olunacaq.
- Premyer Liqanın gedişini yaxından izlədiniz. Yarışın təşkilatçılığı, səviyyəsi barədə nə deyə bilərsiniz?
- Premyer Liqa çox maraqlı idman mübarizəsi şəraitində keçdi. Son turda 4 komandaların bir çoxunun çempionluq şansı var idi. Hətta deyərdim ki, dəqiqələr, saniyələr belə, qızıl medalların taleyinə təsir göstərdi. Bu, "altılıq" sisteminin özünü doğrultduğunu göstərir. Futbolumuzun inkişafı istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi mühüm işlər görür göstərir. Həm milli komanda, həm də klublar səviyyəsində bir çox işlər aparılır. Assosiasiya prezidenti Rövnəq Abdullayevin də bu yöndə gördüyü işlər göz qabağındadır. Artıq AFFA beynəlxalq futbol qurumlarında çox yüksək səviyyədə tanınır və tam əminliklə demək olar ki, futbolumuz etibarlı əllərdədir. Bildiyiniz kimi, mən həm də Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüyəm. Ölkəmizdə təkcə futbola deyil, idmanın bütün növlərinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçımız İlham Əliyev idmanın, olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Onun məqsədyönlü fəaliyyəti nüfuzlu beynəlxalq idman təşkilatları tərəfindən dəfələrlə yüksək qiymətləndirilib və təsadüfi deyil ki, bu xidmətlərinə görə cənab prezidentimizə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Olimpiya ordeni təqdim olunub. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Onu da qeyd edim ki, AFFA rəhbərliyi futbolun inkişafı ilə bağlı Dövlət Proqramının müddəalarını uğurla həyata keçirir. İnanıram ki, klublarımız Avropa miqyaslı yarışda uğurla çıxış edəcək, eyni zamanda yığmamız öz gözəl qələbələri ilə bizləri sevindirəcək. "Neftçi"nin adı Azərbaycan futbolunda daim öndə gedir. Buna görə də, "Neftçi" klubunun Xalq Şurası İctimai Birliyini yaratmaq qərarına gəldik. Şuranın tərkibinə Azərbaycanın veteran futbolçuları, millət vəkilləri, ziyalılar və jurnalistlər daxil ediləcək. Xalq Şurasının üzvləri tez-tez bir araya gələcəklər, "Neftçi"nin problemlərini, çatışmazlıqlarını müzakirə edəcəklər, öz məsləhətlərini verəcəklər. Hesab edirəm ki, flaqmanın inkişafında, gələcək uğurlarında Xalq Şurasının böyük rolu olacaq. Xalq Şurasının ilk yığıncağını iyunun əvvəllərində keçirməyi nəzərdə tutmuşuq.
- Sadıq müəllim, aşağı yaş qrupları üzrə komandalarda da islahatlar aparılır. Bilmək istərdik ki, bu islahatlar nəyə hesablanıb?
- Futbolun inkişafı uşaq futbolundan başlayır, bu sahənin tərəqqisi vacib şərtdir. Biz "Neftçi"yə gələn gündən uşaq futbolunu prioritet məsələ kimi qəbul etmişik, uşaq, yeniyetmə və gənclər futboluna böyük diqqət ayırırıq. Əsas komandamızda əvəzedici heyətin üzvləri də yer alır."Neftçi"nin digər aşağı yaş qrupları üzrə komandaları var və onlar müxtəlif yarışlarda qüvvələrini sınayırlar, AFFA-nın keçirdiyi liqalarda, "Sabahın ulduzları" turnirində uğurlar qazanırlar. Bu sahənin inkişafı ilə bağlı klubmuzda yeni təyinatlar olub.Flaqmanın uğurunda əməyi keçən hər bir şəxsin zəhməti qiymətləndirilir və qiymətləndiriləcək.
- 17 yaşlılardan ibarət "Neftçi" komandası 25-30 may aralığında İtaliyada keçiriləcək "Ciociaria World Cup-4" turnirində iştirak edəcək. Bu yarışda komandamızdan hansı nəticəni gözləyirsiniz?
- Bu turnir "kiçik dünya çempionatı" adlandırılır. Çox fərəhli haldır ki, təşkilatçılar bu nüfuzlu yarışa Azərbaycan futbolunun flaqmanı olan "Neftçi"nin 17 yaşlılardan ibarət yığmasını dəvət ediblər.Həmin turnirə İtaliya, İngiltərə, Fransa, hətta ABŞ komandaları da qatılacaqlar. 17 yaş Avropa və dünya futbolunda peşəkar oyunçu üçün gözəl dövrdür. Vaxtilə Pele 17 yaşında dünya çempionu olub, Dieqo Maradona gənc yaşlarında parlamağa başlayıb. Yəni, bu yaşda olan futbolçular artıq peşəkar sayılırlar. "Neftçi"nin "Ciociaria World Cup-4" turnirində iştirakı böyük hadisədir. Nümayəndə heyətinin tərkibində klubumuzun icraçı direktoru Mübariz Xudiyevdə var.Ümidvaram ki, gənc futbolçularımız yarışda ilk dəfə oynamalarına baxmayaraq, layiqli çıxış edərək, Vətənə uğurlu nəticə ilə dönəcəklər.
- Flaqmanın bir neçə üzvü milli komandanın heyətində təlim-məşq toplanışlarında və yoldaşlıq görüşlərində iştirak edir. "Neftçi"nin nümayəndələrinin hazırlıq prosesi və yoldaşlıq matçları zamanı oyunçularımızı izləməsi nəzərdə tutulubmu?
- Həm əsas milli komandaya, həm də 21 yaşlılardan ibarət yığmamızda "Neftçi"nin 10-a yaxın futbolçusu var. Flaqman üzvlərinin çıxışını izləmək üçün "Neftçi"nin baş məşqçisi Arif Əsədov və Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu Avstriyaya ezam olunacaqlar. Onlar milil komandamızın iştirakı ilə keçiriləcək oyunları izləməklə yanaşı, həm də rəqiblərin oyunlarına baxacaq. Bilirsiniz ki, "Neftçi" nümayəndələri hazırda ciddi seleksiya işi ilə məşğuldurlar. Komandaya daha güclü, daha səviyyəli legioner futbolçular gətirmək niyyətindəyik. Bununla əlaqədar, Avstriyaya ezam olunacaq təmsilçilərimiz orada təlim-məşq toplanışı keçən dünya çempionatı iştirakçılarının da yoxlama matçlarını izləyəcək.
- Araz Abdullayev Avropa klublarının diqqət mərkəzindədir. İngiltərənin "Everton", Rusiyanın "Rubin" və digər komandalar Abdullayevi transfer etmək istəyirlər. Bu məsələ ilə bağlı nə yenilik var?
- Hər bir həmyerlimizin xarici kluba transferi bizim fəxrimizdir. Futbolçularımızın əcnəbi komandalara keçidi Azərbaycan futboluna başıucalığı gətirən hallardandır. Buna görə də, "Neftçi" rəhbərliyi də gənc və perspektivli oyuçularının güclü xarici klublara keçidinə şərait yaradır. Artıq Araz Abdullayev məsələsi ilə əlaqədar "Everton"la ilkin müqavilə bağlanılıb. Bununla bağlı danışıqlar davam etdirilir.
- Braziliyada aparılan seleksiya işləri nə yerdədir? Ümumiyyətlə, gələcəklə bağlı planlarınız nədən ibarətdir?
- Artıq bir aya yaxındır ki, "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov və seleksiyaçı-məşqçi Bəxtiyar Musayev Braziliyadadır. Onlar Braziliya çempionatında "Flamenqo", "Botafoqo", "San-Paulo", "Santos" klublarının görüşlərini izləyirlər. Həm ön, həm orta, həm də arxa xətt oyunçusu ilə bağlı seçim aparılır. Hazırda "Neftçi"nin üzvləri istirahətdədir. İyunun 20-də futbolçularımız bir araya gələcəklər və yeni mövsümün hazırlığına start veriləcək. Məqsədimiz növbəti çempionata ciddi hazırlaşıb, uğurlu oyun göstərmək, azarkeşlərimizə qələbə sevincləri yaşatmaqdır. İnanıram ki, komandamız yeni mövsümdə adına layiq çıxış edəcək və çempion titulunu qazanacaq.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı