Topaz Premyer Liqasında bu həftə start götürəcək 2018/19 mövsümü “Qəbələ”nin tarixində 13-cü olacaq.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” indiyədək Azərbaycan çempionatının yüksək liqasında 12 dəfə çıxış edib. Güclülər dəstəsində 12 il öncə - 2006-cı ildə debüt edən komanda arxada qoyduğu müddətdə 5 dəfə mükafatçılar sırasına düşüb. Bu uğurları ardıcıl qazanan “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Əvvəlki 12 mövsümdə 364 oyun keçirən “Qəbələ” 152 qələbə qazanıb, 94 heç-heçə edib, 118 dəfə isə uduzub.
12 çempionat ərzində 209 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Onlar arasında mütləq rekord Ürfan Abbasova məxsusdur – 152 oyun. Daha iki futbolçu çempionatda 100 matç səddini adlayıb. Legionerlərdən Dodo 131, Viktor Mendi 112 qarşılaşmaya çıxıb.
“Qəbələ”nin qollarına 91 futbolçu imza atıb. Onlardan başqa, 11 rəqib oyunçu da bu komanda ilə görüşlərdə avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Karyerasını “Qəbələ”də davam etdirən futbolçular arasında lider Cavid Hüseynovdur. Komandanın kapitanı Premyer Liqada 14 dəfə qol sevinci yaşayıb.
“Qəbələ” 12 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandanın indiki baş məşqçisi Sənan Qurbanov 3 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib.
“Qəbələ” 12 mövsüm ərzində 23 müxtəlif rəqiblə qarşılaşıb. Cari mövsümdə bu rəqəm 24-ə çatacaq. Belə ki, Premyer Liqanın iştirakçılarından biri – “Sabah” yarışın debütantıdır.
“Qəbələ” əvvəlki 12 mövsümdən 6-na qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” yarışa 2 qolla başlayıb. 2015/16 mövsümündə bu qollar 1 xal gətiribsə, son iki turnirdə qələbə üçün yetərli olub.
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində