Tanınmış aktrisa Sənubər İsgəndərli «Çempion-Azərbaycan» qəzetinə verdiyi müsahibədə futbolla bağlı sualları cavablandırıb
- Öncə ənənəvi sualımızı verim. Futbolla nə dərəcədə maraqlanırsınız?
- Ümumiyyətlə, futbola marağım daha çox dünya çempionatı zamanı olur. Ən çox da yarımfinal mərhələsi və final qarşılaşmaları. Futbola marağımız ən pik nöqtəsi 2000-ci ildə “Qalatasaray”ın UEFA kubokunu qazandığı vaxt oldu. Həmin oyunda Hakan Şükürə vuruldum. Amma ona qədər və ondan sonrakı vaxtlarda futbola o qədər də dərindən marağım olmayıb.
- Səbəb nə olub? Futbol sizi niyə özünə cəlb etməyib?
- Bilirsiniz, uşaq vaxtı həmişə düşünürdüm ki, namaz qılmaq, başını bağlamaq daha çox nisbətən yaşlı qadınlara xas olan xüsusiyyətdir. O cümlədən də fikirləşirdim ki, futbol sırf kişilərin maraq göstərdiyi idman növüdür. Yenə deyirəm, ən pik marağım “Qalatasaray” kuboku alanda olub.
- Hesab yadınızda qalıb?
- İnanın ki, heç hesab da yadımda qalmayıb. Sadəcə o sevinci onlarla birgə qışqıraraq yaşayırdım. Bir az azart adamam. Bu hisslər isə hardasa milli qürur deməkdir. Çünki tribunalarda toplum halında coşqu zamanı millətin qürurunu, böyüklüyünü, həmrəyliyini dərk edirsən. Mən bunu türklərdə daha çox gördüm və deyərdim ki, yollar, əlaqələr açılandan sonra biz də onlardan bu mənada çox şey götürdük. Mən düşünürəm ki, əgər bizim də futbolumuz, yığma komandamız, klublarımız ən azından Türkiyə səviyyəsinə gəlib çatsalar, inanın ki, qadlnlarımız, qızlarımız da futbolla daha yaxından maraqlanarlar, lap elə içi mən qarışıq o coşqunu yaşadarıq.
- Elə mən də növbəti sualı bununla bağlı vermək istəyirdim ki, bəlkə bizim futbolun səviyyəsini yüksək olmaması da sizdə futbola böyük maraq oyatmayıb?
- Yəqin ki. Çünki bizim futbolçular bizə o sevgini yaşatmırlar. Götürək Avrovizion yarışmasını. Əvvəllər biz o sevinci yaşamırdıq. Amma bizimkilər orada iştirak etməyə başladıqdan sonra hamı bu yarışma ilə maraqlanmağa başladı. Bəlkə futbolumuzda da bu olsa, maraq daha da artar.
- Heç nə vaxtsa stadionda olmusunuz?
- Uşaq vaxtı olmuşam, o da məktəb tədbirlərində.
- Bəs elə zaman olub ki, sənət yoldaşlarınızdan kimsə gedə və sizi də dəvət edə?
- Yox, elə bir şans da olmayıb.
- Əgər olsa və kimsə dəvət etsə necə?
- Dəvət olsa indi gedərəm. Həqiqətən gedərəm. Niyə getməyim? Bilirsiniz, biz futbolçularımızdan çox şey istəyirik. Bəlkə onlar da bizdən nə isə umur? Məsələn, mən aktrisayam. Zalı boş görəndə həvəsim olmur oynamağa. Çünki biz tamaşaçı alqışı üçün çalışırıq. Bəlkə futbolçularımız da bizdən omu umur ki, gəlin, bizə dəstək olun?
- Amma bir məsələ də var. Gərək tutalım, aktrisa, aktyor ortaya səviyyəli tamaşa çıxarda ki, tamaşaçı da gəlib ona baxa...
- Bu məncə, müştərək olmalıdır.
- Hazırkı futbolumuzun və teatrımızın səviyyəsini eyni adlandırmaq olar? Yəni, hər ikisinə tamaşaçı az gəlir...
- Yox, inandırım sizi ki, teatra maraq daha çoxdur. Mən öz payıma deyim ki, oynadığım tamaşada zalı boş görməmişəm.
- O da yəqin ki, oynadığınız əsərdən aslıdır?
- Əlbəttə əsərdən, onun quruluşundan çox şey aslıdır. Zəif tamaşa olanda tamaşaçı durub yarımçıq zalı tərk edəcək. Yaxud başqa bir tanıdığı insana deyəcək ki, “Mən getdim, boş şeydi, sən də gedib vaxtını itirmə”.
- Bizim futbolçulardan kimləri tanıyırsınız?
- Heç kimi.
- Bu yaxınlarda Türkiyədən işgüzar səfərdən qayıtmısınız. Başda Türkan Şoray olmaqla bir sıra tanınmış insanla görüşləriniz olub. Yəqin bilirsiniz ki, orada hər bir sənətçinin belə deyək, dəstəklədiyi komandalar var. Kimi “Qalatasaray”lı, kimi “Fənərbağça”lı, kimi də “Beşiktaş”lıdı…
- Bəli, bilirəm. Qeyd etdiyiniz kimi, bu yaxınlarda Türkiyədə olduq və orada ANS telekanalı ilə yayınlanan “Zərif şərşənbə” verlişinin çəkilişini apardıq. Səfər çərçivəsində “Palmali Şirlətlər Qrupu”nun sahibi Mübariz Mənsimovla da görüşdük və söhbət elədik. Səhv etmirəmsə, onun da Azərbaycanda futbol klubu var. Amma o, özü dedi ki, “mənim futboldan heç xoşum gəlmir, mən futbolu sevmirəm”. Hətta dedi ki, ixtiyarım olsaydı, hərənin əlinə bir top alıb verərdi (gülür). Düzü, mən bir dəfə də belə bir şok yaşamışdım. Nikita Mixalkovun atası Sergey Mixalkov var idi, uşaq şairi idi. Ancaq uşaqlar üçün yazırdı. Amma bir dəfə onun müsahibəsinə qulaq asdım, o zaman onun 86 yaçı var idi, elə müsahibəni alan da öz oğlu idi. Həmin müsahibə vaxtı Sergey Mixalkov dedi ki, “mən ömrü boyu uşaqları sevməmişəm”. Təsəvvür edirsiniz, heç vaxt uşaqları sevməyib, amma ancaq onlardan yazıb. Bütün ömrü də uşaq evlərində, baxçalarda, məktəblərdə keçib. Bax ilk dəfə onda şoka düşmüşdüm. İkinci dəfə mənə eyni şoku Mübariz müəllim yaşatdı (gülür). Yəni, futbola, futbol komandasına bu qədər sərmayə qoyursunuz, amma onu sevmirsiniz.
- Sizə yaxın olan digər həmkarlarınız, tanıdığınız aktrisalar arasında futbolla maraqlanan var?
- Eşitməmişəm.
- Bəs ailənizdə necə, bu idman növünə maraq göstərən olub?
- Atam o vaxt “Neftçi”nin azarkeşi idi. “Neftçi” onun gəncliyinin komandası idi və bu komandanın adını da ən çox onun dilindən eşidirdim. Futbol da olanda evdə mənim üçün həyat dayanırdı. Özü də o vaxt cəmi bir kanal var idi, onda da atam futbola baxırdı. Ancaq eşitdiyimə görə, son vaxtlar “Neftçi” çox zəif oynayır.
- Dünya çempionatlarını izlədiyinizi dediniz. Ən çox diqqətinizi çəkən, sizi cəlb edən komanda, yaxud futbolçu olub?
- Az öncə Hakan Şükürün adını çəkdim. Bir də qapıçıları Rüştünü bəyənirdim. Pele, Maradona, Ronaldiniyonu da hamımız tanıyırıq.
- Qarşıdan gələn dünya çempionatında kimə azarkeşlik edəcəksiniz?
- Braziliyanı xoşlayıram, bir də ispanları qeyd edərdim.
- Ötən il Azərbaycan klubları avrokuboklarda uğurlu mövsüm keçirdilər. Xüsusilə “Qarabağ”. Hətta onlar Ağdamın işğalı günü “Rusenborq” səddini dəf edəndə bütün Azərbaycan bu komandadan danışdı. Bu haqda eşitmişdiniz?
- Bax bunu bilmirdim. Ola bilsin, həmin vaxtı ölkədə olmamışam, çünki ildə 4-5 dəfə Azərbaycandan kənarda oluram.
- Azərbaycan klublarından adlarını bildiyiniz var?
- “Xəzər Lənkəran”, “Qarabağ” və “Neftçi”nin adlarını tanıyıram.
- Sonda. Azərbaycan futboluna arzularınız.
- Təbii ki, uğurlar, böyük naliyyətlər və özümüz kimi bol tamaşamı alqışı, sevgisi arzulayıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi