“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Mahmud, artıq başa çatan Premyer Liqanın son turunda səfərdə “Xəzər Lənkəran”ı məğlub etməklə, keçmiş komandan “İnter”in çempionluğuna şərait yaratdınız. Belə sonluq sənin üçün nə dərəcədə gözlənilən oldu?
- Bilirsiniz ki, “Xəzər Lənkəran”la oyunumuzdan öncə kifayət qəfər söz-söhbət gəzməkdə idi. Lənkərandakı oyunda qalib gəlmək birinci növbədə özümüzə lazım idi. Bununla həm söz-söhbətlərə son qoymaq, həm də medal qazanmaq istəyirdik. Yəni sırf özümüz üçün oynayırdıq. Sevinirəm ki, çətin səfərədən qələbə ilə qayıtdıq. Nəticədə həm yayılan şayiələrə son qoyduq, həm də mövsümü ikinci yerdə başa vurduq. Düzdür, çempion olsaydıq, daha yaxşı olardı. Amma təəssüf ki, bu istəyimiz gerçəkləşmədi. Titulumuzu qorumağı çox istəyirdik.
- Sizin qələbə qazanmağınız daha çox “İnter”in işinə yaradı və məhz bu komanda çempion oldu. Amma deyəsən, keçmiş komandanın çempionluğu heç də ürəyincə olmayıb...
- Çoxları elə düşünür ki, mən komandaya nifrət edirəm və ona görə də onların çempion olmasını istəmirdim. Ancaq bu belə deyil. Yenə də deyirəm ki, biz son ölkə çempionu kimi, ilk növbədə öz titulumuzu qorumaq istəyirdik. Bütün fikrimizi də buna yönəltmişdik deyə “Xəzər Lənkəran” üzərində elə qələbə qazana bildik. Son ana qədər ümid edirdik ki, biz qələbə qazanmaqla yanaşı digər rəqiblərimiz də xal itirər. Amma təəssüf ki, “Qarabağ” xal itirsə də, “İnter” əlinə düşən şansı qaçırmadı və çempion oldu. Halbuki mən bu komandalardan heç birinin yox, ilk növbədə özümüzün çempion olmağımızı istəyirdim.
- Bu mövsüm “Bakı”nın heyətində olsan da, çempion ola bilmədin və nəticədə səninlə bağlı məşhur bir deyim də - Mahmud Qurbanov harda, çempionluq orda - ilk dəfə özünü doğrultmadı. Yəqin ki, komandanızın heyətində titulunuzu qoruya bilməməyinizə görə ən çox məyus olan da sən oldun.
- Hamımız məyus olduq. Düzdür, şayiələrə son qoyduğumuz üçün, adımıza gələ biləcək ləkədən yaxa qurtardığımıza görə çox sevindik. Amma titulumuzu əldən verməyimiz bir qədər üzücü oldu. Çempion komandanın üzvləri üçün ikinci yeri tutmaq o qədər də sevindirici ola bilməz. Elə mən də eyni dərəcədə pis oldum ki, həmin uğurumuzu yenidən təkrarlaya bilmədik. Təbii ki, qızıl medalları qazansaydıq, əla olardı. Belədə həmin deyim də növbəti dəfə özünü doğrulda bilərdi. Amma futbolda həmişə uğur qazanmaq da olmur. Bu, nə vaxtsa olmalıydı. Yəqin bu mövsümə təsadüf etməliymiş. Bu mövsüm çempion ola bilməməyimiz bir növ həm də mənim uğursuzluğum oldu (gülür). Amma qarşıda kubokun finalı var. Həmin həlledici oyunda qələbə qazanmaqla təsəlli tapmağa çalışacağıq. Kuboku qazansaq, bu, həm komandam, həm də mənim üçün bir təsəlli, uğur olacaq.
- Səncə, bu il səninlə bağlı həmin məşhur deyimin özünü doğrultmamasına ilk növbədə nə səbəb oldu?
- Biz bütövlükdə pis mövsüm keçirməsək də, bəzi oyunlarda zəif çıxış etdik. Qələbə qazanmalı olduğumuz görüşlərdə lazımız xal itkiləri ilə üzləşdik. Bu da sonda öz sözünü dedi. Elə çox uzağa getməyib, “Qəbələ” ilə son oyunumuzu götürək. Qəbələdə qalib gəlsəydik, çempion olmağımıza heç kim mane ola bilməyəcəkdi. Hər şeydə ilk növbədə özümüz günahkarıq. Yəni daha diqqətli oynayıb, bu dərəcədə xal itkisiylə üzləşməyə bilərdik. Digər tərəfdən, bu mövsüm tez-tez baş məşqçi dəyişiklikləri də oldu və istər-istəməz çıxışımızda müəyyən qədər təsirini göstərdi. Görünür, qismət deyilmiş. Premyer Liqadan fərqli kubokda hər şey öz əlimizdədir. Bu dəfə şansımızı qaçırmayacağıq.
- Ancaq razılaşaq ki, hazırda çempionluqdan etdiyiniz “Xəzər Lənkəran” kubokun final matçına həm də qisas eşqiylə çıxacaq və nəyin bahasına olur-olsun, qələbə qazanmağa çalışacaq...
- Təbii ki, bizim qədər onların da kuboku qazanmağa iddialı olduğundan xəbərdarıq və vəziyyəti gözəl anlayırıq. Lənkəranlıları çempionluqdan etdiyimiz üçün bizə qarşı əlavə motivasiya ilə oynayacaqları da gözləniləndir. Amma biz də meydana uduzmaq üçün yox, mövsümü titulla qapamaq üçün çıxacağıq. Kubok oyunları çempionat matçlarından fərqlənir. Final görüşü isə lotoreya kimi bir şeydir. Kim daha şanslı olsa, rəqibindən üstün oynasa, o da qələbəni bayram edəcək. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq. Çünki hazırda tam şəkildə həmin oyuna köklənmişik. Mövsümün son oyunu olduğundan bütün komanda meydanda var gücünü qoymağa, kuboku qazanmağa çalışacaq.
- Kuboku qazanmaq həm də sizin üçün Avropa Liqasında mübarizəyə birbaşa ikinci mərhələdən başlamağınız baxımından önəmlidir...
- Bu məqama da diqqət yetiririk. Yəni çox istərdik ki, avroliqaya ikinci mərhələdən qoşulaq. Amma hələ ilk növbədə kuboku qazanmağın sevincini yaşamaq istəyirik. Çünki kuboku qazanmağımız Avropa Liqasına ikinci mərhələdən başlamağımıza da şərait yaratmış olacaq.
- Avrokubokların növbəti mövsümündə komandalarımızın hər birindən daha böyük uğurlar gözlənilməkdədir. Səncə, “Bakı”nın ötənilkindən də uğurlu çıxış etməsi üçün hazırkı heyət yetərlidi, yoxsa yeni nəfəsə, əlavə gücə ehtiyac var?
- Açığı, bu suala cavab vermək çətindir. Hələ kubokun finalı qalır deyə, hansı dəyişiklərin olacağı dəqiqləşməyib. Hər halda mayın 23-dən sonra məşqçilər korpusu və rəhbərlik özü bu məsələylə bağlı qərar verəcək. Mənim bu haqda danışmağım, nəsə deməyim düzgün çıxmır. Bütün komanda yoldaşlarım mənim kimi futbolçudu. Necə deyə bilərəm ki, hansılarsa getməlidir? Şübhəsiz gedənlər də olacaq, gələnlər də. Amma buna rəhbərlik qərar verməlidir. Sadəcə, bir məqamı vurğulaya bilərəm ki, ötən il çempion olduğumuz halda, heyətdə xeyli dəyişik baş verdi, 5 yeni futbolçu gətirildi. Amma avrokuboklarda bunun lazımı faydasını görə bilmədik. İndi elə siyasət yürütmək lazımdır ki, komandanı zəiflətməyək, daha da gücləndirək.
- Hazırda hamını düşündürən məsələlərdən biri də “altılıq” sisteminin qalıb-qalmayacağıdır. Təcrübəli futbolçu kimi sən bu müzakirələrdə hansı mövqeni tutursan?
- Mənim üçün hansı sistemə üstünlük verilməsinin elə də ciddi əhəmiyyəti yoxdur. Əsas odur ki, oyunların sayı çox olsun. Biz futbolçular, xüsusilə də millimizin şərəfini qoruyan oyunçularımız üçün bu, çox vacibdir. Gündə 3 dəfə də məşq etmək olar. Amma həmin məşqlər bir oyunun yerini vermir. Oyun təcrübəsi futbolçular üçün çox vacibdir. Ümidvaram ki, futbol başbilənlərimiz ən doğru sistemə üstünlük verəcəklər və klublarımız da mövsüm ərzində daha çox oyun keçirmək imkanı qazanacaq.
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı