Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Çempionatın bu cür sürpriz sonluqla başa çatacağı gözləyirdiniz?
- Yox. Mən «Xəzər Lənkəran»ın çempion olacağını gözləyirdim.
- «Bakı»nın «Xəzər Lənkəran»la oyunda bilərəkdən uduzacağı barədə iddialar da dolaşırdı. Yəqin ki, oyundan əvvəl PFL-ə də bununla bağlı müraciətlər olurdu.
- Düzü, bizə heç bir siqnal daxil olmamışdı. Yalan danışmaq bizə yaraşmaz. Bu cür dedi-qodular hələ çempionatın əvvəllindən yayılmağa başlamışdı. Çox adam deyirdi ki, «İnter» «Simurq»un «böyük qardaşı»dır, bu komandanın «altılığ»a düşməsinə şərait yaradacaq. Özünüz də görürdünüz ki, «İnter»in bunu etməyə imkanı var idi. Amma belə oyuna getmədilər. Keçən il də deyirdilər ki, «Qarabağ» avroliqada oynamaq üçün «İnter»ə xal verəcək. Amma bu da olmadı. Ən sonda iddia olundu ki, «Bakı» avrokuboklara ikinci mərhələdən başlamaq üçün «Xəzər Lənkəran»la gizli sövdələşməyə gedib. Bu da özünü doğrultmadı.
Bu çempionat doğrudan da çox maraqlı keçdi. Həm də bir daha sübut olundu ki, komandalar arasında hansısa gizli danışıqdan söhbət gedə bilməz. Dünən Türkiyə çempionatında sensasiya baş verdi, «Bursaspor» çempion oldu. Ancaq bundan əvvəl belə bir sensasiya bizdə qeydə alındı. Bir daha deyirəm, bunu biz də gözləmirdik.
- «Neftçi»yə və «Qarabağ»a sizin dəstək verməyinizlə bağlı iddialar da səslənirdi.
- Vallah, mənə elə gəlir ki, bu dedi-qodunu yaradanlar əsasən media işçiləri oldu. Bəzi qəzetlər və saytlar yazıları oxunsun deyə, belə şayiələr yaymağa başladılar. Ancaq PFL-i yaxından tanıyanlar və futbolu dərindən bilənlər yaxşı dərk edirdilər ki, bunlar hamısı boş söhbətlərdir. Bizim üçün birinci yeri tutan «İnter» də, sonuncu yeri tutan «Karvan» da doğmadır. Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı naminə çalışan hər bir klubu özümüzə doğma sayırıq. Biz də çalışırıq ki, çempionatda düzgünlük olsun. Hamı gördü ki, PFL və hakimlər tərəfdən hansısa komandaya tərəfkeşlik olmayıb.
- Ümumən, çempionatın səviyyəsi sizi qane etdi?
- Bildiyiniz kimi, hazırda bizim çempionat Avropada 41-ci yerdədir. Lakin çox yaxın vaxtlarda biz bir çox ölkəni reytinqdə qabaqlayacağıq. Bu da çempionatın səviyyəsindən xəbər verir.
Azərbaycan çempionatının səviyyəsindən Avropa da xəbərdardılar. Məsələn, bu günlərdə UEFA-nın rəsmi saytı Avropada futbol mövsümünün başa çatması ilə bağlı yazısında Azərbaycan çempionatına da toxunub. Həmin yazıda qeyd edilirdi ki, «Barselona» ikinci dəfə İspaniya çempionu ola bilər. Həmçinin bildirilirdi ki, İtaliya da çempionun adı son turda müəyyənləşəcək. Bundan başqa, yazılmışdı ki, çempionatın dramatik sonluğu Polşa, Çexiya, İsveçrə və Azərbaycan çempionatında da gözlənilir.
Bunları deməkdə məqsədim odur ki, şəxsən məni çempionatın səviyyəsi qane etdi. İnşallah, bu mövsüm avrokuboklarda oynayacaq komandadar bizi sevindirsə, mənə elə gəlir ki, bu, ən böyük sürpriz olacaq.
- Mükafatçı klubların təltifolunma mərasimi nə vaxt keçiriləcək?
- Kubokun final oyununa görə planlarımızda dəyişiklik oldu. Ona görə də bu proses bir qədər yubanır. Amma ən azı avrokubokların oyunlarına qədər klublar layiq olduqları medalları alacaqlar.
- Yeni çempionatın formatı ilə bağlı müzakirələr nə vaxt olacaq?
- Yəqin ki, kubok oyunundan sonra, daha dəqiqi, bu ayın axırlarına kimi AFFA-nın İcraiyyə Komitəsi bu məsələni müzakirə edəcək.
- Siz hazırkı formatın daha yaxşı olmasıyla bağlı əvvəlki fikrinizdə qalırsınız?
- Mən təkcə öz fikrimi ifadə etmirəm. Mənə gələn zənglərdən, futbol ictimaiyyətinin rəylərindən və mediadakı yazılardan da görünür ki, bu format özünü doğrultdu. Biz bu məsələdə özümüzü yox, Azərbaycan futbolunu düşünürük. Çempionatın bu formatda keçirilməsinə görə ən çox əziyyəti biz çəkirik. Amma futbolumuzun mənafeyi naminə həmişə bu ağır yükü daşımağı hazırıq. Bu mənada, düşünürəm ki, bu formatın qalması daha məqsədəuyğun olardı.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi