«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi
- Çempionatın bitməsinə iki tur qalmış komandanızın türkiyəli məşqçisi Fatih Kavlak gözlənilmədən «Qarabağ»ı tərk etdi. Onun bu addımına klubunuzun münasibəti necədir?
- İnşallah, o, istədiyi uğurlara nail olar. Fatih həm bir insan, həm də bir məşqçi kimi bizlərdə yaxşı təəssüratlar yaradıb. Əgər fəaliyyətini «Qəbələ»də davam etdirmək istəyindədirsə, biz buna yalnız hörmətlə yanaşırıq. Həm ona, həm də yeni klubuna uğurlar arzulayırıq.
- Sabah son turun oyunlarında çempionun adı müəyyənləşəcək. Xüsusilə «Xəzər Lənkəran» - «Bakı» oyununun nəticəsi böyük maraqla gözlənilir. Bu matç ərəfəsində tərəflərin gizli sövdələşməyə getməsi haqda xəbərlər dolaşır. Bununla bağlı sizin kluba hər hansı siqnal daxil olub?
- Bizə «Bakı»nın bu oyuna ciddi hazırlaşdığı və hər hansı sövdələşməyə getməyəcəyi haqda siqnal daxil olub. Eyni zamanda «Xəzər Lənkəran»ın çempionluğu bayram edəcəyi barədə də məlumatımız var. Ümumiyyətlə, nəticə nə olur-olsun, biz «Bakı»ya və onun təmiz futbol oynayacağına çox inanırıq.
- Sabah hətta çempion ola bilməsə belə, «Qarabağ» artıq avroliqaya vəsiqəni təmin edib. Bu il avrokuboklar üçün hədəfiniz nə olacaq?
- Biz ötənilkindən də yaxşı nəticə vermək istəyirik.
- Yəqin ki, bu yay komandanızda yeni futbolçular görə biləcəyik.
- Əlbəttə. Hər şey «Neftçi» ilə sabahkı oyundan sonra qətiləşəcək. Bazar günü keçirəcəyimiz iclasda bununla bağlı ətraflı söhbətimiz olacaq.
- «Qarabağ»da Rəşad Sadıqovun müqaviləsi bu ay başa çatır. Onunla bağlı nə qərara gəlmisiniz?
- Bu məsələdə hər şey Rəşadın özündən, onun istəyindən asılıdır. Biz onunla təkrar müqavilə bağlamaqdan fəxr edərik. Xarici klubların onunla maraqlanmalarından xəbərdarıq və həmişə bu barədə söhbətimiz olur. Ən yaxşı variant hansıdırsa, biz - «Qarabağ» rəhbərliyilə Rəşad qərarımızı bir yerdə verəcəyik. Əlbəttə, Rəşadın «Qarabağ»da qalmasını istəyirik. Ancaq eyni zamanda Rəşad getmək istəsə, onun qarşısını kəsməyəcəyik.
- Komandanızın digər futbolçusu Rəşad Sadiqov isə «Neftçi»dən dəvət aldığını bildirib.
- Bu barədə sizdən eşidirəm. Rəşadın komandamızla hələ bir illik müqaviləsi var.
- «Neftçi» tərəfdən rəsmi təklif gələrsə, Rəşad Sadiqovu bu komandaya buraxa bilərsiniz?
- Biz futbolçularımızı ancaq daha yaxşı şəraiti olan və özlərini daha yaxşı yetişdirə biləcəkləri çempionatlarda çıxış etmələri üçün buraxa bilərik.
- Yəni ancaq xarici ölkələrə?
- Bəli.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?