AFFA cəzalandırılan hakimlərin sayını artırıb. Bu dəfə FİFA referisi Anar Salmanov “qara siyahı”ya salınıb. Onun cəzalandırılmasına səbəb oyunun nəticəsinə təsir göstərən kobud səhvə yol verməsidir. Qol.Az-ın supersport.az saytına istinadən verdiyi məlumata görə, A.Salmanov “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasında ilk hissənin sonunda Bakı klubunun qapısına onbirmetrlik cərimə zərbəsi təyin edərkən doğru qərar verməyib. Buna görə AFFA Hakim-İnspektorlar Komitəsinin sədri, oyunun hakim-inspektoru Gülağa Cabbarov hakimə qeyri-kafi, konkret olaraq 4 bal verib.
Assosiasiyanın Hakimlər Komitəsi də Salmanovun həqiqətən də kobud səhvə yol verdiyini təsdiq edib. Bu səbəbdən adıçəkilən hakim AFFA tərəfindən sərt cəzaya məruz qalıb. Hakimlər Komitəsi, FİFA referisini mövsümün sonunadək ölkədaxili yarışlarda oyunları idarə etməkdən kənarlaşdırıb.
Məsələ ilə bağlı AFFA Hakim-İnspektorlar Komitəsinin sədri, oyunun hakim-inspektoru Gülağa Cabbarov hər hansı açıqlama verməkdən imtina edib: “İntizam kodeksinə əsasən, hakim-inspektor olduğum hər hansı oyun haqda heç bir şərh verə bilmərəm. FİFA və UEFA-da da belədir. Əks halda, cəza verilir. Bu, hüquq pozuntusu deyil. Hakim-inspektor referinin idarəçiliyinə qiymət verir. Bu haqda Hakimlər Komitəsi və yarışın təşkilatçısına məlumat verilir”. Hakim-inspektorların şişirtmə qiymət yazmadığı qənaətində olan G.Cabbarov referilərin səhvə yol verdiyini qeyd edib: “Kodeksə əsasən hakim-inspektor qiymətləndirmə zamanı səhvlər buraxarsa, yəni şişirdilmiş qiymət verərsə və ya əsassız olaraq aşağı qiymət yazarsa cəza alır. Hakim-inspektorlar futbol qaydalarını mükəmməl bilirlər, təcrübəlidirlər. Demək olar ki, onlar arasında cəzalandırma halları yoxdur. Hakimlərə gəlincə, dünya futbolunda olduğu kimi, bizdə də səhvlərə yol verilir. Bunlar təhlil olunur, referilərimiz çalışırlar ki, bu təkrarlanmasın. Bizim əsas vəzifəmiz onlara kömək etməkdir”. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirlərini öyrənmək cəhdimiz isə baş tutmayıb.
Xatırladaq ki, aprelin 23-ü keçirilən 29-cu tur çərçivəsində “Xəzər Lənkəran” – “İnter” oyununda hesab 0:1 olarkən baş hakim Anar Salmanovun matçın 44-cü dəqiqəsində təyin etdiyi penaltini İvan Svetkov dəqiq yerinə yetirməklə bərabərlik qolunu vurmuşdu. Sonda isə oyun 2:2 başa çatmışdı.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?