Unibank Premyer Liqasının bitməsinə iki tur qalmış turnir cədvəlində yaranmış vəziyyət iki və daha çox komandanın çempionatı eyni xalla başa vurmaq ehtimalını yaradıb. Hazırda turnir cədvəlinə 27 xalla «Xəzər Lənkəran» rəhbərlik edir. Sonrakı yerləri 25 xalla «İnter», 24 xalla «Bakı» və 23 xalla «Qarabağ» tutur. Növbəti turda «Qarabağ» «Xəzər Lənkəran»ı, «Bakı» «İnter»i, bundan sonra isə «Xəzər Lənkəran» «Bakı»nı, «Neftçi» «Qarabağ»ı, «İnter» isə «Qəbələ»ni qəbul edəcək. Bu gün «Xəzər Lənkəran», «İnter», «Bakı»nın çempionluq şansı daha çoxdur, nəzəri cəhətdən «Qarabağ» da birinci piləni tuta bilər.
Bəs, əgər komandaların xalları bərabər olarsa, bu halda çempion necə müəyyənləşəcək?
Qol.Az-ın sorğusuna cavab olaraq, Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildiriblər ki, komandaların xalları eyni olduğu təqdirdə Premyer Liqanın qalibləri qaydalara əsasən aşağıdakı göstəricilərə müvafiq olaraq müəyyən ediləcək:
İki komandanın topladığı xallar bərabər olarsa, Premyer Liqanın qalibi bitərəf meydanda keçirilən əlavə oyunla müəyyən olunur. Premyer Liqanın qalibini müəyyən etmək üçün keçirilən əlavə oyunda əsas vaxt heç-heçə başa çatarsa, hərəsi 15 dəqiqədən ibarət iki hissəlik vaxt təyin edilir. Əlavə vaxtda da qalib müəyyən olunmasa, 11 metrlik zərbələr seriyası təyin edilir.
İkidən çox komandanın topdağı xallar olsa isə, Premyer Liqanın qalibi bu klubların öz aralarında bitərəy meydanda keçiriləcək tək oyunlarla müəyyən olunur. Əlavə oyunların nəticəsində klubların topladığı xallar bərabər olarsa, üstünlük klubların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə verilir. Bu göstərici də bərabər olarsa, qalib aşağıdakı nəticələrə görə müəyyənləşdirilir:
- Ən çox qələbə qazanmış komanda
- Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
- Bütün görüşlərdə vurulmuş topların sayına görə
- Premyer Liqanın təsnifat və final mərhələlərində öz aralarında keçirdikləri oyunların nəticələrinə görə
- Ən çox qayda pozuntularına görə (xəbərdarlıq - 1 bal, kənarlaşdırma - 3 bal)
Əlavə oyunun yerini və vaxtını PFL müəyyənləşdirir.
Sonrakı yerləri müəyyənləşdirərkən iki və daha çox komandanın topladığı xallar bərabər olarsa (təsnifat mərhələsi və final mərhələsindəki matçların nəticələri nəzərə alınır) üstünlük komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə görə (top fərqi) veriləcək. Bu göstərici də bərabər olarsa, komandaya aşağıdakı nəticələrə uyğun daha yüksək yerlər müəyyənləşdirilir:
- Ən çox qələbə qazanmış komandaya
- Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
- Bütün görüşlərdə vurulmuş topların sayına görə
- Ən çox qayda pozuntularına görə (xəbərdarlıq - 1 bal, kənarlaşdırma - 3 bal)
Əlavə oyunun yerini və vaxtını PFL müəyyənləşdirir.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?