«İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin Qol.Az saytına müsahibəsi
- Premyer Liqada «Qarabağ»a son məğlubiyyətdən sonra çoxları «İnter»in çempionluq şansının xeyli azaldığı düşünür...
- Əlbəttə, lider olmaq üçün böyük şans itirdik. Amma sona iki tur qaldığından hələ hər şey itirilməyib. Nəzəri cəhətdən şansımız qalıb. Biz öz üzərimizdə işləyirik.
- Oyundan sonra bildirmişdiz ki, heyətdə problemləriniz var…
- Yox, mən indi fikrimi tam çatdıracağam. Heyət baxımından problemimiz var deyəndə, mən zədəli futbolçularımızın çox olmasını nəzərdə tuturdum. Pis futbolçularımızın olmasından şikayət etməmişəm.
- Amma axı, geniş heyətiniz var…
- Geniş deyil, normal heyətimiz var. Ötən mövsüm bizdə 32, indi isə 26 futbolçu çıxış edir. Futbolçularımızdan razıyam. Amma zədəli futbolçularımız çoxdur, bundan başqa sarı vərəqə limitini dolduranlar da az deyil. «Qarabağ»la oyun günü iki futbolçumuz - Rubins və Mjavanadze sıradan çıxdı. Bu, bizim problemimizdir. Bütün jurnalistlərdən xahiş edirəm ki, nəsə onlara aydın deyilsə, soruşsunlar, mən cavab verəcəyəm. Problem futbolçularımızın sayında deyil, onların durumlarındadır.
- Bir də demişdiz ki, futbolçular digər meydançalara uyğunlaşa bilmirlər. Axı, başqa komandalar da sizin kimi eyni stadionlarda oynayırlar…
- «Şəfa»nın ot örtüyü digər meydançalardan çox fərqlidir. Biz bura uyğunlaşmışıq. Ona görə bizə çətin olur. Mən öz komandamın adından danışa bilərəm. Düşünürəm ki, başqa komandalar da çətinlik çəkirlər. Bütün bunları məğlubiyyətimizə bəhanə kimi gətirmirəm. Bizim səhvlərimiz çox idi. Ötürmələrdə və topu qəbul etmələrdə səhvlərə yol verirdik. Demirəm ki, «Qarabağ» səhvsiz oynadı. Yox, onların da öz səhvləri var idi. Amma mən öz problemimizdən danışıram.
- Oyunda yeganə qolu həmyerliniz Adamiya vurdu…
- Adamiya çox yaxşı futbolçudur və birinci il deyil ki, Azərbaycanda oynayır. Sadəcə, Adamiya mövsümün əvvəlində çox oyun buraxdı. İndi formasını bərpa edib. Formasının zirvə nöqtəsindədir. Mənim futbolçularım mövsümün əvvəlində yüksək formadaydılar, indi formalarını bir az itiriblər. Adamiya isə əksinə mövsümün əvvəlini buraxsa da, indi əla fiziki formadadır. Sürəti də yaxşıdır. O ki qaldı bizə vurduğu qola, gizlətmirəm, yaxşı qol idi. Qol bizim müdafiəçilərin səhvi ucbatından vuruldu. Üç müdafiəçi onu qol vurmasına imkan verməməli idi.
- Bu gün «Bakı» ilə ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasına çıxacaqsınız. İlk oyunda 1:0 hesablı qələbə qazanmısınız. Bu üstünlüyünüzü qoruyub saxlaya biləcəksiniz?
- Düşünürəm ki, qeyri-adi heç nə baş verməyəcək. Səfərdə qələbə qazanmağımız yaxşıdır. Amma bu o demək deyil ki, biz arxayınlaşmalıyıq. Əksinə yenə qol vurmalıyıq. Yadınızdadırsa, «Neftçi» ilə qarşılaşmada səfərdə 3:0 hesablı qələbə əldə etmişdik. Evdəki oyunda da matç başlayan kimi bir qol vurduq və hesabı sonadək saxladıq. Bu gün çətin oyun olacaq.
- Hazırda sizi komandanızda daha çox nə narahat edir?
- Məni indi problemlər yox, bugünkü oyun maraqlandırır,
- Çempionatın formatı ilə bağlı nə deyə bilərsiz?
- Bizdə ilk «altılıq»da gərgin mübarizə gedir. İkinci «altılığ»a isə heç baxan da yoxdur. Yaxşı olardı ki, Avropadakı kimi, Azərbaycanda da ikidövrəli çempionat keçirilsin. Neçə komandanın yarışdığının isə fərqi yoxdur.
- Mövsümün sonu yaxınlaşır. Komandanızı tərk edəcək futbolçuların siyahısı bəllidir?
- Başa düşürsünüz, indi bütün fikrimizi çempionat və kubok oyununa yönəltmişik. Dünən klub prezidentilə görüşüb «İnter»lə müqavilənin müddətini daha bir illik uzatdım. Əlbəttə, göndərilən futbolçularla da bağlı prezident və direktorla görüşüb söhbət edəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi