«Qarabağ»ın gürcüstanlı hücumçusu Georgi Adamiyanın Qol.Az saytına müsahibəsi
- Komandanın son çıxışlarını necə qiymətləndirirsən?
- Son oyunlarda bir az bəxtimiz gətirmir. Deməzdim pis oynayırıq. Sadəcə nəticə istədiyimiz kimi olmur. Həm də axı futbolda həmişə qalib ola bilməzsən. Mütləq hansısa oyunda büdrəyirsən. Nəticəmiz daha yaxşı ola bilərdi. Amma yenə də oyunumuzdan razıyam. «İnter»lə son oyunumuz yaxşı alındı.
- Yeri gəlmişkən, «İnter»ə vurduğun qol «Qarabağ»a qələbə qazandırdı. Amma baş məşqçiniz Qurban Qurbanov deyir ki, sən hələ ən yaxşı formada deyilsən...
- Düz deyir. Hələ əvvəlki gücümü bərpə etməmişəm. Yavaş-yavaş öz üzərimdə işlədikcə daha yaxşı olacağam.
- «Bakı»da çıxış edərkən komandaya tam uyğunlaşmadığın hiss olunurdu Amma «Qarabağ»a tez uyğunlaşdın. Buna səbəb nədi?
- «Bakı»ya da pis uyğunlaşmamışdım. Qol da vururdum. Çempionda olduq. Sadəcə, yay fasiləsindən başlayaraq bəzi yazarlar qol vurmadığıma görə məni tənqid etməyə başladılar. Mənim artıq futbol oynaya bilmədiyimi yazırdılar. Amma ruhdan düşmədim, özümü toparladım və sübut etdim ki, mən hələ futbolçu kimi bitməmişəm.
Bəli, gizlətmirəm, «Bakı» komandasında çox sıxılırdım. Amma «Qarabağ»da olan futbolçuların çoxu ilə «Neftçi»də birlikdə oynamışam. Digər tərəfdən, məşqçi ilə də dil tapmaq asandı. Bir-birimizi yaxşı başa düşürük. Mənə «Qarabağ»da oynamaq rahatdı.
- Biz «Qarabağ»ı kollektiv şəkildə oynayan komanda kimi tanımışıq. Amma son oyunlarda futbolçular fərdi ustalıqları hesabına qol vururlar. Elə sənin «İnter»ə vurduğun qol buna sübutdur...
- Düzdü, futbolda hamı kollektiv şəkildə oynamalıdır. Amma bizim məqsədimiz qələbə qazanmaqdı. Fərqi yoxdur, qolu kim və necə vurur. Bir də fikrimcə, kiminsə fərdi şəkildə qol epizodu yaradıb fərqlənməsi müsbət haldır.
- Sadıq Sadıqov «Neftçi»yə prezident təyin olunduqdan sonra bu komandanın «Qarabağ»da oynayan keçmiş futbolçularını həmin kluba qaytaracağı barədə söhbət gəzir.
- Düzü, kimin komandaya qayıdıb-qayıtmayacağından xəbərim yoxdu. Hazırda bu haqda düşünmürəm. İndi məni daha çox «Qarabağ» ın uğurları maraqlandırır. «Neftçi»də özümü yaxşı hiss edirdim. Bu suala cavab vermək üçün düşünməliyəm. «Neftçi» sevilən komandadır. Hamı orda oynamaq istərdi. Mən də həmçinin.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi