“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanovun Qol.Az-a müsahibəsi
- Mahmud, dünən ilk dəqiqələrindən meydanda olduğun “İnter”lə kubok oyununda məğlub oldunuz. Bu məğlubiyyəti gözləyirdinmi?
- Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Bizim kimi, “İnter” də kubokun finalına çıxmağa iddialıdır. İlk qarşılaşma olduğundan, ehtiyatlı oyuna üstünlük veriləcəkdi, bir qol vuran tərəf bu hesabı qoruyub saxlamağa çalışacaqdı. Hansı ki, belə də oldu. Təəssüf ki, həmin qolu rəqib vurdu və doğma meydanda çıxış etməyimizə baxmayaraq, məğlub olduq.
- Səncə, komandanızın bu məğlubiyyətinə nə səbəb oldu?
- Bunu məşqçilər korpusu daha yaxşı bilər. Şəxsən mənim fikrimcə, komanda olaraq, çox zəif çıxış etdik və bu üzdən məğlub olduq. Hansısa başqa bir səbəb tapa bilmirəm. Əvvəlki oyunlarımızda sərgilədiyimiz futbolu nümayiş etdirə bilsəydik, ən azı heç-heçə edə bilərdik. Ancaq bu, futboldur. Məğlubiyyətdən heç kim sığortalanmayıb.
- Razısan ki, bu məğlubiyyətlə finala çıxmaq şanslarınızı kifayət qədər azaltmış oldunuz?
- Düzdür, ilk oyunda səfərdə qazanılan qələbə rəqib üçün böyük üstünlükdür. Amma biz qətiyyən ruhdan düşmürük. Çünki geniş heyətimiz, yüksək səviyyəli oyunçularımız var. “İnter” bizə səfərdə qalib gəlibsə, biz niyə onları səfərdə məğlub etməyək?! Düşünürəm ki, biz də səfərdə onları yenə bilərik. İstənilən halda hər şey öz əlimizdədir. Bütün gücümüzü səfərbər edib, cavab matçında finala çıxmağa çalışacağıq. İlk növbədə evdə keçirdiyimiz oyunda buraxılan səhvləri təkrarlamamalıyıq. Digər tərəfdən, hər bir futbolçumuz öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlsə, məncə, problemimiz olmamalıdır. “İnter” ilk oyunda qələbə qazandığı üçün arxayınlaşmasın ki, artıq finaldadır. Biz mübarizəmizi sona kimi davam etdirəcəyik.
- Belə demək olar ki, “Bakı” ardıcıl növbəti çempionluğunu qazanmaq üçün kuboku qurban verir? Çünki heyətinizdə də çempionat oyunundan fərqli bir sıra dəyişikliklər diqqət çəkdirdi…
- Xeyr, bu, belə deyil. Bura qədər gəlmişiksə, deməli, iddialıyıq. Həm Premyer Liqada, həm də kubokda uğur qazanmaq istəyirik. İndi elə bir vaxtdı ki, qurban veriləsi heç nəyimiz yoxdur. Çempionatda cəmi 3 oyun qalıb. Ölkə kubokunda isə cəmi 2 oyuna turnirin baş mükafatına sahib çıxa bilərik. Ona görə də, hər iki cəbhədə mübarizəmizi sonadək davam etdirib, qızıl dubla imza atmaq istəyirik. Hər iki titul bizim üçün önəmlidir. Sadəcə istəyimizə çatmaq üçün bütün oyunlarda qalib gəlmək lazımdır ki, buna da nail olacağımıza inanıram.
- Hər iki cəbhədə iddialı olduğunuzu deyirsən. Ancaq bizim təxminlərimizə görə, elə şəxsən sənin üçün də ölkə çempionu olmaq kuboku qazanmaqdan daha sevindirici olardı. Bunlardan yalnız birini seçmək lazım gəlsəydi, hanısını seçərdin?
- Xeyr, kuboku qazanmaq da mənim üçün ölkə çempionu olmaq qədər önəmlidir. Bunlar arasında elə də ciddi fərq qoymuram. Çünki kubokda da elə həmin iştirakçılar arasında ən güclü olursan, çempion olanda da. Ancaq hər ikisini qazanmaq daha gözəl və qürurverici olur.
- Lakin bir məqam var ki, bu mövsüm “Bakı”yla kuboku qazanıb, çempion ola bilməsən Mahmud Qurbanovla bağlı unikal ənənəyə son qoyulmuş olacaq. Axı sən adətən hansı komandada çıxış edirsənsə, həmin komanda çempion olur. İstərdin bu ənənə pozulsun?
- Yenə deyirəm, biz bütün fikrimizi yalnız həm kubokda, həm də çempionatda qalib adını qazanmağa yönəltmişik. İnşallah hər iki cəbhədə uğur qazanacağımıza inanıram. Təbii ki, belədə dediyiniz ənənə də pozulmayacaq.
- Bu mövsümdə “Bakı”da baş verən baş məşqçi dəyişikliklərinə də sənin firkin maraqlıdı. Necə düşünürsən, bütün bunlar komandanızın çıxışına mənfi təsir göstərmir ki?
- Bilirsiz, bu, sırf klub rəhbərliyinin işidi. Bizim baş məşqçi dəyişikliklərinə qarışmağa haqqımız yoxdu. Geniş heyətimiz var və özünüz d gördüyünüz kimi, məşqçi dəyişikliklərinə rəğmən biz iddialarımızdan qətiyyən əl çəkmirik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi