“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Qol.Az saytına müsahibəsi
- Uzunmüddətli liderlikdən sonra komandanız zirvədəki mövqeyini itirdi. Son qarşılaşmalarda da uğursuz çıxış edirsiniz. Bunun səbəblərini araşdırırsınızmı?
- Səbəblər çoxdur. İlk növbədə zədəli futbolçuların çoxluğu ciddi problemlər yaradır. Bu üzdən heyətdə tez-tez dəyişikliklərə əl atırıq. Aparıcı oynçularımızın əksəriyyəti, əsasən də müdafiəçilərin bizə yardım edə bilməməsi komandanın oyununa təsir edir. Digər tərəfdən isə mövsümün sonlarıdır, yəni belə eniş olmaya bilməzdi. Bu, hər bir komandada olur. Lakin bəzilərində mövsümün əvvəlində, bəzisində isə ortasında. Bu hal bizdə isə mövsümün sonuna təsadüf etdi. Deməzdim ki, güclü eniş keçirdik. Sadəcə kiçik bir büdrəmə oldu. Təbii ki, əldə etdiyimiz nəticələrə həm də layiq olmadığımız penaltilər təsir edib. Bu səbəbdən son 3 oyunda ciddi xal itkiləriylə üzləşdik. Əlbəttə ki, bu amil futbolçularımıza da psixoloji cəhətdən mənfi təsir göstərir.
- Deməli, hakimlikdən narazısız?
- Hakimlərin təsadüfü səhvləri nəticələrə təsir göstərir. 1-0 hesabı ilə öndə olduğumuz oyunun 94-cü dəqiqəsində qapımıza penal təyin edilir. «Xəzər Lənkəran»la oyundakı ilk hissənin sonundakı penalti də nəticəyə öz təsirini göstərdi. «Neftçi» ilə qarşılaşmadakı penal da bu qəbildən olan qərardır. İndiyədək qələbəmizlə başa çatmalı olan 3 matçdan bərabərliklə ayrılmışıq...
- Deyirsiz təsadüfdü. Amma 3 təsadüf çox deyilmi?
- (gülür). Əlbəttə, çoxdu. Söhbət çempionluqdan gedirsə, bir təsadüf də bəs edir. Biz isə həmin oyunlarda 6 xal itirdik.
- «Neftçi» ilə qarşılaşmadan sonra mətbuat konfransında bildirdiniz ki, məğlubiyyətinizi kimlərsə arzulayırdı. Konkret kimləri nəzərdə tuturdunuz?
- Məğubiyyətimiz kimlər üçünsə faydalı oldu. Konkret heç nə deməyəcəm. Uduzmağımızı çoxları istəyirdi, məhz həmin qüvvələr də öz istəklərinə çatdılar. Halbuki 18 oyun idi məğlub olmurduq. Bundan bezənlər vardı.
- Bu sözlər hansısa komandaya və ya şəxsə aiddir?
- Özünüz tapın (gülür). Tək adam deyil. Bir çoxları.
- Liderliyi yenidən ələ keçirəcəyinizə inanırsınızmı?
- Buna ümid edirəm. Hər halda biz son matçlarda öz oyunumuzu sərgiləyib, qələbə qazanmağa çalışacağıq. Lakin liderliyi qaytarmağımız digər oyunların nəticələrindən də asılı olacaq.
- Sabah kubok oyununda güclü rəqib - "Bakı" ilə qarşılaşırsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- Biz hər oyun güclü rəqiblə qarşılaşırıq. “Altılıq”da zəif rəqib yoxdur. Kubok oyuunu çempionat qaşılaşmasından fərqlənir. Burda iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Sabah səfərdə oynayırıq, bir həftə sonra isə evdə qarşılaşacağıq. İndi deyə bilmərəm sabah hansı strategiyanı quracağam. Əsas məsələ növbəti mərhələyə - finala vəsiqə qazanmaqdır. Düşünürəm ki, cavab qarşılaşması daha böyük əhəmiyyət kəsb edəcək.
- Çempionatdakı uğursuzluq kubok oyununa nə dərəcədə təsir edəcək?
- Kim dediki biz uğursuz çıxış etmişik?
- Son oyunlardakı xal itkiləri bunu göstərir…
- Mən deməzdim ki, son oyunda («Xəzər Lənkəran»la qarşılaşmanı nəzərdə tutur) pis oynadıq. İki dəfə hesabda önə çıxdıq. Əgər uğursuz çıxış etmişiksə, bəs o biri komandalar öz oyunlarına nə desinlər? Hansılar ki, bütün çempionat boyu kürəyimizi görüblər. Hələ 3 oyunumuz qalıb. Bizə öz xallarımızı qazanmaq lazımdır. Əgər maksimum xal toplasaq, o zaman çempion ola bilərik.
- Özünüz də qeyd etdiniz ki, «Xəzər Lənkəran»la qarşılaşmada iki dəfə hesabda irəli olduğunuz halda üstünlüyü qoruya bilmədiniz. Buna səbəb futbolçuların arxayınlaşması oldu yoxsa, digər səbəblər?
- Hesab 2-1 olan zaman bir çox qol vəziyyətlərindən istifadı edı bilmədik. Əsas səbəb kimi bunu görürəm. Futbolun yazılmamış qanunları var. Vurmayana vurarlar. Özünüz də bilirsiniz ki, orada penalti yox idi. Bildiyimə görə, həmin hakimi də diskvalifikasiya ediblər. İkinci hissədə oyunumuz çox yaxşı alınırdı. Ola bilsin ki, futbolçular bir az arxayınlaşdılar.
- Bəs komandadakı hazırkı vəziyyət nə yerdədir?
- Hər şey çox yaxşıdır. Yalnız aparıcı futbolçumuz olan Danildo Assioli «Bakı» ilə qarşılaşmanı buraxacaq. Mövsümün sonudur. Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən yorğundurlar. Belə uzun çəkən mövsüm hələ Azərbaycanda olmamışdı.
Kəmalə İsmayılova
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov