«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasının 29-cu turunda öz meydanında «Qəbələ»ni qəbul edən «Qarabağ» heç-heçə etməklə qızıl xallar itirdi. Oyundan sonra bildirdiniz ki, komandamızda nəsə çatışmır. Üstündən iki gün keçəndən sonra həmin o çatışmazlığı açıqlaya bilərsiniz?
- Əslində «Qarabağ»da ciddi bir şey yoxdur . Cadəcə, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hardasa bəxtimiz də gətirmədi. Meydança amili də bizə mane oldu. İkinci hissənin ilk 5-10 dəqəqəsini çıxmaqla bütünlükdə oyun yaxşı keçdi. Azarkeşlər sürətli oyun görə bildilər.
- Güclü yağış meydançanı pis vəziyyətə salmışdı. Bu amilin komandanızın üç xal qazana bilməməsinə təsiri oldumu?
- Bəlkə də, hə. Özünüz də gördünüz ki, topla istənilən səviyyədə oynamaq mümkün deyildi. Adi ötürmələr zamanı top suya düşür və dayanırdı. Qapımıza ilk qol vurulmazdan öncə də top suyun içində qaldı. Amma bir şey də var ki, futbolçular sonadək mübarizə apardılar və çox güc sərf etdilər. Ümumiyyətlə, meydançanın belə vəziyyəti həm bizə, həm də rəqibə mane oldu.
Bizim problemlərimiz hələ də qalmaqdadır. Heyəti istədiyimiz kimi komplekləşdirə bilmirik. Vüqar Nadirov son oyuna da zədəli halda çıxdı. Aftandil Hacıyev və Rəşad Sadiqov zədələri səbəbindən oynaya bilmirlər. Ona görə də qarşıdakı üç oyun da bizim üçün çətin olacaq. Amma bütün hallarda bu qarşılaşmalarda maksimum nəticələr qazanmağa çalışacağıq.
- Son turda «altılığ»ın bütün oyunları heç-heçə başa çatdı. Bu mənada, «Qarabağ»ın bəxtinin bir qədər gətirdiyini söyləmək olarmı?
- Haradasa hə. Komandalar arasındakı xal fərqi olduğu kimi qaldı. Hərçənd, biz qarşıdakı üç oyunun hamısında qalib gəlməliyik.
- «Qarabağ»da əsas problemlərdən biri də futbolçularınızın tez-tez zədələnməsidir. Bu da uğurlarınıza mane olan amillərdəndir. Futbolçularınızla bununla bağlı söhbətiniz olubmu?
- Əlbəttə, hərtərəfli söhbət edirik. Amma oyunda zədələr qaçılmazdır. Mən bir tərəfdən sevinirəm ki, futbolçularımız qorxmadan mübarizə aparırlar, amma digər tərəfdən təəssüflənirəm ki, onlar zədələnərək sıradan çıxırlar. Çempionatda mübarizə qızışır deyə, zədələrin sayı da artır.
- «Qarabağ»ın uğursuzluqlarından biri də futbolçularının tez-tez keçirilən millinin toplanışına dəvət almasıdır. Son oyununu izləyənlər arasında millinin baş məşqçisi Berti Foqtsda vardı. Onunla bu məsələylə bağlı müzakirəniz oldu?
- Təəssüf ki, Foqtsu görə bilmədim. Mən yalnız oyunun fasiləsi zamanı Foqtsun stadionda olduğunu bildim. Oyundan sonra isə görüşə bilmədim. Bəlkə də düzgün çıxmadı, hər halda, o bizim qonağımız idi, gərək mütləq vaxt tapıb görüşəydim.
Sualınıza gəlincə, bir daha təkrar edirəm, mən uğursuzluğumuza başqa heç nəyi bəhanə gətirmək istəmirəm. Məğlubiyyətimiz varsa, bunun məsuliyyəti baş məşqçi kimi məhz mənim boynuma düşür. Ona görə də kimisə günahlandırmağın doğru olmazdı. Düzdür, bəzi amillər uğurlarımıza təsir edir. Amma bunlar normal bir haldır. Oyunçularımızın millinin düşərgəsində olmağının bizim futbola yalnız müsbət təsiri var.
- Ümumiyyətlə, yaxın vaxtlarda Foqtsla görüşünüz gözlənilirmi?
- Mənim milli komanda və futbolçularla tez-tez görüşlərim olub. İndi mövsümün sonuna az qalıb. Bu səbəbdən yəqin ki, millinin baş məşqçisi ilə ya çempionat bitəndən sonra, ya da növbəti yarışın əvvəlində görüşəcəyik. Hər halda Foqtsla ortaq fikrə gəlmək üçün onunla mütləq görüşməliyəm.
- «Bakı»ya 1:4 hesablı məğlubiyyətdən sonra sizi istefaya səsləyən «Qarabağ»ın azarkeşlərinizdən incik düşdüyünüzü demişdiniz. Bu incikliyiniz hələ də davam edirmi?
- İstər-istəməz incikliyim qalıb. Əlbəttə, özünə hörmət edən heç bir məşqçi belə şüarlar eşitmək istəməz. Biz hamımız - klubumuzun rəhbərliyi, məşqçi heyəti və futbolçular Qarabağın adının məsuliyyətini yaxşı başa düşürük. Qarabağın, Ağdamın işğal altında olmasından bizim azarkeşlər mənəvi əzəb çəkirlər. Ona görə də biz hər bir oyunumuzda onları sevindirməyə çalışırıq. Amma futbolda uğursuzluqlar da olur. Axı, həmişə qələbə qazanmaq olmaz. Necə olurdu, dünənə qədər məni alqışlayırdılar, indi isə… Mənim incikliyim qalıb və qalacaq da. Hərçənd, bütün hallarda mən azarkeşlərimizi də başa düşürəm.
- Amma sizi istefaya bütün stadion deyil, bir qrup azarkeş səsləyib.
- Ümumiyyətlə, bu, elə bir məsələdir ki, 3-4 nəfərin belə şüarlarla çıxış etməsi tribunadakı bütün azarkeşlərə təsir göstərir. Hər halda, düşünürəm ki, «istefa» sədaları ilə komandaya kömək etmək olmaz. Azarkeş komandayla həmişə birgə olmalıdır - yaxşı günündə də, pis günündə də. Hansısa bir narazılığı varsa, onu normal qaydada bildirməlidir.
- Bütün bu narazılıqlar başlayandan sonra sizin «Neftçi»yə qayıdacağınız haqda məlumatlar yayıldı.
- Bu, sırf təsadüfdür. Mənim növbəti mövsümdən «Neftçi» klubunun baş məşqçisi olacağım haqda deyilənlər, sadəcə olaraq, versiyalardır. Bildiyiniz kimi, «Qarabağ» komandası ilə müqaviləm var. Klubun rəhbərliyi ilə də münasibətlərim elədir ki, onlara heç vaxt «Qarabağ»ı tərk edəcəyimi deyə bilmərəm. Komandanı yarıyolda qoyub getmək mənə yaraşmaz. Bizdə hər şey qarşılıqlı hörmət əsasında qurulub. «Qarabağ» komandasının rəhbərliyi mənə inanır və güvənirsə, mən bu klubu tərk edə bilmərəm. Bir sözlə, qəti şəkildə bildirirəm ki, «Neftçi»ylə heç bir danışıq aparmamışam.
- Ümumiyyətlə, son uğursuzluqlardan sonra mediada «Qarabağ» komandası haqda ilginc xəbərlər dolaşmağa başlayıb. Məsələn, başda siz olmaqla, «Qarabağ»ın əksər futbolçularının vəhabi təriqətinin üzvü olduğu bildirilir.
- Bilirsiniz, ümumiyyətlə, mən bu cür söhbətlərə fikir vermirəm. Kim nə deyir desin, mən həmişə öz adımı qorumağa çalışıram. Öz işimi sevirəm və böyük həvəslə onun məşğul oluram. Belə söhbətlərə reaksiya verməyim mənim zəif cəhətim olar. Yaxınlarım, dostlarım məni yaxşı tanıyırlar və nə etdiyimi bilirlər. Belə yersiz söhbətlər heç kimə lazım deyil. Ümumiyyətlə, mən bu məsələnin üzərində dayanıb vaxtımı boş yerə sərf eləmək istəmirəm.
ÇL-də nəhənglərin dueli
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov