Azərbaycan milli komandasının və Hollandiyanın «Tvente» klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına eksklüziv müsahibəsi
- Aprelin 19-da «Tvente»nin əvəzedici heyətində ilk rəsmi oyununa çıxdın. Çoxdandır, hamını maraqlandıran bir suala cavab tapmaq istəyirik: səni axır ki, əsas komandanın heyətində nə vaxt görəcəyik?
- Bəli, sizin də qeyd etdiyiniz kimi, rəsmi debüt etdim. Bildiyiniz kimi, yalnız ilk hissədə meydanda oldum. Zədəli olduğuma görə məni yoxlayırdılar. Konkret sizin suala gəlincə, ola bilər ki, artıq bu həftə «Tvente»nin əsas komandasının heyətində debüt oyunuma çıxam.
- Zədən nə yerdədir?
- Bir az yaxşılaşıb. Amma özümü hələ tam rahat hiss etmirəm, zədə tam bərpa olunmayıb. Bununla belə, hazırkı durumum Hollandiya çempionatında oynamağıma mane olmur.
- Öz oyunun barədə nə fikirdəsən? Geriləmə hiss olunur, yoxsa?
- Demək olar ki, üç aydır, futbol oynamıram. Bu mənada, hələ çox şey alınmır. Amma buna baxmayaraq, yavaş-yavaş formaya düşürəm. Hələ qabaqda çempionatın oyunları, millinin təlim-məşq toplanışı və yoldaşlıq görüşləri var. Mənə elə gəlir ki, yaxın vaxtlar öz oyunumu tapacağam.
- Məşqçilərin oyununla bağlı fikri necə oldu?
- İlk öncə hamısı zədəmin nə yerdə olduğunu soruşdu. Oyunumdan isə razı qaldılar.
- Baş məşqçiniz Stiv Maklarenlə söhbətlərin olubmu?
- Əlbəttə. Hər gün məşqlərdə görüşürük, söhbət edirik. Artıq əsas komandada ümumi məşqlərdə iştirak edirəm. Maklaren məni ən qısa zamanda heyətdə görmək istəyir.
- Bütün hallarda bu mövsümü sənin üçün itirilmiş hesab etmək olar.
- Razıyam. Amma əminəm ki, növbəti mövsüm mənim üçün düşərli olacaq.
- Avropa həyatına alışa bilirsən?
- Azərbaycanı, Bakını heç bir yer əvəz edə bilməz. Bununla belə, artıq Hollandiya həyatına uyğunluşa bilirəm. Mənə elə gəlir ki, növbəti mövsüm başlayanda mənə adaptasiya lazım olmayacaq. Sadəcə, Hollandiya çempionatının oyun üslubuna alışmaq lazımdır. Burada tamam başqa üsulda futbol oynayırlar. Başqa heç bir problem yoxdur.
- Komanda yoldaşlarının, azarkeşlərin sənə münasibətindən razısan?
- Çox. Tez-tez soruşurlar ki, nə vaxt oynayacaqsan? Deyirlər ki, zədəni tez sağalt. Mənim oyunumu televiziyada izlədiklərini söyləyirlər.
Əlbəttə, mən də yaşıl meydana qayıtmaq üçün darıxıram. Burada həkimlər futbolçuların zədəsinə çox ciddi yanaşırlar, müalicəni incəliklə və diqqətlə aparırlar.
- Boş vaxtlarını necə keçirirsən?
- Bu gün (dünən - red.) boş vaxtım var idi deyə, ailə üzvlərimlə Amsterdama getdik, oranı gəzdik. Atam, anam və qardaşım mənimlə bir yerdədirlər.
- Yəqin ki, özünə yeni dostlar qazanmısan?
- Açığı, burada hollandlar arasında dostlarım yoxdur. Yalnız mənim işlərimlə məşğul olan türkiyəli qardaşlarımızla yaxınlıq edirəm. Bu gün Almaniyaya da getmişdim. Orada o qədər türk var ki… Onlarla xeyli söhbət etmişik.
- Azərbaycan futbolu haqda məlumatları haradan alırsan?
- İnternet vasitəsilə bütün xəbərləri izləyirəm. Bundan başqa, evdə yerli kanallara baxmaq imkanım var. Premyer Liqanın bütün oyunlarına baxıram. «Qarabağ»ın son uğursuluqlarına çox üzülürəm. Amma futboldur hər şey ola bilər. Hər şey düzələcək. Sadəcə, indi futbolçular çox yorğundular. «Qarabağ» bütün mövsümü demək olar ki, bir heyətlə oynayıb. Bunu da başa düşmək lazımdır. «Bakı» ilə sonuncu oyunda mən stadionda istefa şüarları eşitdim. Bu, doğru bir şey deyil. Bu gün "Qarabağ"ı sevənlərin hamısı Qurban Qurbanova dəstək olmalıdır. Ona kömək etmək lazımdır. Unutmaq lazım deyil ki, Qurban müəllim bütövlükdə azərbaycanlı futbolçulardan ibarət bir komanda yaradıb. Millinin təlim-məşq toplanışlarına, oyunlarına ən ən çox «Qarabağ»dan futbolçu cəlb olunur. Düz doqquz futbolçu. Mən inanıram ki, bu uğursuzluqlara baxmayaraq, «Qarabağ» problemlərin öhdəsindən gələcək və bu mövsüm medalsız qalmayacaq.
- Səncə, keçmiş komandana nə çatmır?
- Uğursuzluğu yalnız futbolçuların yorğunçuluğunda görürəm. Futbolçular həddindən artıq çox oyun keçiriblər. Doqquz futbolçu milliyə gedir, «Qarabağ» oyunlara normal şəkildə hazırlaşa bilmir. Əlbəttə, klub millinin mənafeyi naminə hər bir addım atır və atmalıdır da.
- Berti Foqtsla telefonla danışırsanmı?
- Bəli. Tez-tez Foqtsun köməkçiləri və şəxsən özü mənimlə əlaqə saxlayır. Sağ olsunlar, AFFA-nın rəhbərliyi və əməkdaşları da məni yaddan çıxarmırlar.
- Futbolçu dostlarınla kimlərlə əlaqə saxlayırsan?
- «Qarabağ»ın futbolçularının hamısı ilə tez-tez danışırıq. Xüsusən hər oyundan əvvəl futbolçulara zəng edirəm.
- İnşallah, Azərbaycana nə vaxt gəlirsən?
- Mayın 2-də burada çempionat yekunlaşır, mayın 7-də isə Bakıya istirahətə gəlməyi düşünürəm.
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir