Bir neçə ay öncə ağır zədə alaraq yaşıl meydanlardan kənarda qalan “Olimpik-Şüvəlan”ın yarımmüdafiəçisi İlqar Qurbanov, nəhayət, son turun “Standard”la oyununda (1:0) forma geymək şansı qazandı. Son dəqiqələrdə meydana çıxan futbolçu hazırkı durumu, komandasının çıxışı və gələcək planları ilə bağlı Qol.Az-ın suallarını cavablandırıb.
- İlqar, nəhayət ki, son turda zədədən sonra ilk oyununa çıxdın. Formanı tam bərpa edə bilmisənmi?
- Bildiyiniz kimi, ay yarım idi zədə üzündən oynaya bilmirdim. Zədədən sonra xeyli müddət məşq etmədim. Daha çox fərdi məşqlərlə kifayətlənirdim. Təxminən bir həftə olardı ki, ümumi məşqlərə qatılmağa başlamışdım. Açığı, hələ tam hazır deyiləm. Yenicə özümə gəlirəm. Bu üzdən məşqçilərimiz də “Standard”la oyunda son dəqiqələrdə meydana çıxmağıma şərait yaratdılar. Yəqin ki, hələ formamı tam bərpa edənə qədər belə olacaq. Öz üzərimdə çalışıram və inanıram ki, tezliklə yenə hər şey qaydasına düşəcək.
- Komandan “Standard” üzərindəki qələbə sayəsində “ikinci altılıq”da liderliyə yüksəldi...
- Düzü, şəxsən mənim üçün “ikinci altılıq”da lider olmağın elə də ciddi əhəmiyyəti yoxdur. Burda ikinci-üçüncü olmaq da, lider olmaq da eyni şeydi. Düzdü, öz yarımqrupumuzdakı komandaların hamısından yüksəkdə yer almaq qururvericidir, bunu özü də bizim üçün ayrı motivasiyadır. Ancaq real yanaşsaq, bunun hansısa başqa bir mənası yoxdur. Ən vacib olan elitada qalmaqdır ki, bunun da öhdəsindən demək olar ki, gəlmişik. Amma “birinci altılıq”da olsaydıq, hansı pillədə qərarlaşmağımıza görə daha çox narahatlıq keçirərdim.
- Qarşıda sizi “Simurq”la oyun gözləyir. Bu oyuna necə hazırlaşırsız? Nə gözləyirsən?
- “Simurq”la bu mövsümkü görüşlərimizin sayını-hesabını itirmişəm (gülür)...
- 6-cı dəfə qarşılaşacaqsız.
- Hə, elə olmalıdır. İki dəfə kubokda, iki dəfə təsnifat mərhələsində görüşmüşük. Bir dəfə də final mərhələsində. “Simurq” pis komanda deyil. Çempionatın əvvəlində bizi hər iki oyunda yenmişdilər. Amma biz kubok oyununda onları mübarizədən kənarlaşdıra bildik. Həmçinin “altılıq” çərçivəsindəki ilk matçda da səfərdə inamlı qələbə qazandıq. İndi isə evdə oynayacağıq. Yəqin ki, uğurlu oyunlarımızı bu dəfə də davam etdirə biləcəyik. Amma etiraf edim ki, biz hazırda bütün fikrimizi ölkə kubokuna yönəltmişik. Bizim üçün digər cəbhələrdə mübarizə başa çatdığından, kubokda uğur qazanmaq istəyirik.
- Sizi kubokda “Xəzər Lənkəran” kimi ölkə çempionluğuna da iddialı komandayla oyunlar gözləyir. Finala çıxacağınıza inanırsanmı?
- Təbii ki, biz rəqibi lazımi dərəcədə qiymətləndiririk. Həqiqətən də “Xəzər Lənkəran” hazırda ən baxımlı futbol sərgiləyən, iddialı komandalarımızdan biridir. Elə hazırda birinci yerdə getmələri də çox şeydən xəbər verir. Amma biz kuboku qazanmaqda heç də cənublulardan az iddialı deyilik. Digər tərəfdən onların iki cəbhədə vuruşmasının xeyrimizə olacağına ümid bəsləyirəm. Hər halda kubokla müqayisədə ölkə çempionluğu “Xəzər Lənkəran” üçün daha vacibdi. Bizim isə bütün fikrimiz kuboka yönəlib. Yəni bir cəbhədə mübarizə aparmağımızı da özümüz üçün üstünlük hesab etmək olar. İnşallah, inanıram ki, finala məhz “Olimpik-Şüvəlan” çıxacaq. Mən də var gücümlə bu oyuna hazırlaşıram ki, komandama uğur qazanmaqda yardımçı olum.
- Amma bir müddət öncə sənin paytaxt klubuyla yollarını ayıracağın haqda informasiyalar dolaşmağa başlamışdı.
- Xeyr, belə şey yoxdur. Mən “Olimpik-Şüvəlan”dan ayrılmaq istəmirəm. Qarşıda bir sıra vacib oyunlarımız var ki, bütün fikrimi həmin matçlara yönəltmişəm. İnşallah, mövsüm başa çatandan sonra oturub, klub rəhbərliyi ilə danışıqlar aparacağıq. Qalmağımda maraqlı olsalar, məmnuniyyətlə karyeramı hazırki komandamda davam etdirəcəm. Hələlik bunun vaxtı deyil. Amma təbii ki, ən böyük arzum legioner həyatı yaşamaqdır. Təbii ki, təklif olsa, dəyərləndirib, bir qərar qəbul edərəm.
- Səni yaxşı tanıyan Türkiyə klublarından yeni təklif almamısan ki?
- Türkiyə klublarından qışda təklif almışdım. Onu da qəbul etmədim və “Olimpik-Şüvəlan”da qalmağa üstünlük verdim. Hələlik ondan sonra dəvət göndərən olmayıb. Orda menecerim var və maraqlanır. Amma hazırda Türkiyədə də qarışıqlıqdır, yəni kimin qalıb, kimin gedəcəyi bəlii deyil. Yəqin ki, yayda daha real təkliflər olacaq. Amma hazırda hələlik yalnız komandamın uğurları haqda düşünürəm.
- Qohumun Vaqif Cavadovun durumuyla maraqlanırsanmı?
- Təbii ki, maraqlanıram. Təəssüf edirəm ki, hələlik onun yeni komandasında debütü alınmayıb. Amma bu günlərdə əvəzedici komandada ilk rəsmi oyununa çıxması da sevindirici oldu. Çünki “Tvente” kimi komandanın əvəzedicilərində meydanda çıxmağın özü də böyük şeydir. Əsas komandada ilk “18-liy”ə düşə bilməyən futbolçuların hamısı əvəzedici heyətdə özünü göstərməyə çalışır. Vaqif zədələnməsəydi, daha tez özünü göstərə bilərdi. Lakin təəssüf ki, zədələndi. Amma hələ onun “Tvente” ilə 3 illik müqaviləsi var. Yəqin ki, növbəti mövsümlərdə əsas komandada da debüt etmək, möhkəmlənmək fürsəti qazanacaq. Ona uğurlar arzulayıram.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi