Son turlarda “Qəbələ” və “Qarabağ”a yenilməklə medallar uğrundakı mübarizədə şanslarını xeyli azaldan “Neftçi” “İnter”lə oyunda, nəhayət, bu uğursuzluğa son qoya bildi. Paytaxt derbisində minimal hesablı qələbəyə sevinən “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov bu və digər məsələlərlə bağlı Qol.Az-ın suallarını cavablandırıb
- “İnter”lə cari mövsümdəki son oyununuzda, nəhayət, qələbə qazana bildiniz. Buna görə sizi və komandanızı təbrik edirik.
- Təşəkker edirəm, sağ olun.
- Maraqlıdır, oyundan öncə belə bir qələbə qazanacağınızı gözləyirdizmi?
- Əlbəttə. Düzdür, çoxları kubok görüşlərindəki məğlubiyyətlərdən sonra bizim bu komandayla bacarmadığımızı düşünməyə başlamışdı. Ancaq final mərhələsinin ilk dövrəsindəki dueldə bu rəqiblə heç-heçə etməklə, ardıcıl məğlubiyyətlərə layiq olmadığımızı az-çox göstərə bilmişdik. Şəxsən mən “Neftçi”nin heç də “İnter”dən zəif olduğunu düşünmürdüm və son oyunda da uğur qazanacağımıza inanırdım. Buna ən böyük əminliyi isə “Qəbələ” və “Qarabağ”la oyunlar qazandırdı. Düzdür, Ağdamda elə də baxımlı futbol sərgiləməsək də, “Qəbələ”ylə oyunda vəziyyət tam fərqliydi. Ancaq nə qədər üstün, baxımlı oyun sərgiləsək də, həmin qarşılaşmada da məğlub olmuşduq. Məhz ardıcıl iki yenilgidən sonra komandamızın özünü toparlaması vacib idi. Bir sözlə, “İnter”lə matç əsl nüfuz oyunu idi. Sağ olsunlar ki, futbolçularımız bu mübarizədən qalib çıxmağı bacardılar.
- Əvvəlki oyunlarda yenə bilmədiyiniz, daha çox uduzduğunuz bu komanda üzərindəki qələbəni nəyin sayəsində qazandınız?
- Futbolçularla oyundan əvvəl ciddi söhbətimiz olmuşdu. Onlara demişdim ki, eyni komandaya bütün oyunlarda uduzmaq olmaz. İstər-istəməz hər komandanın müəyyən zəif cəhətləri olur və biz bu qələbənin açarını tapıb, onları yenməyə borcluyuq. Birincisi, meydana çıxan bütün futbolçular qələbə üçün canını qoymalı idi. Yəni hər kəs bacardığından da artığını etməliydi ki, əvvəlki məğlubiyyətlərin əvəzini çıxaq, öz nüfuzumuzu qoruyaq. İkincisi, biz “İnter”lə oyunlarımızı təhlil edərkən, görürdük ki, bu komanda bizi əsasən əks-hücumlarda yaxalayıb, qollar vurur. Yəni məhz bu taktikaya üstünlük verməklə, sonda bizdən üstün olurdular. Ona görə də, bu dəfə bir qədər fərqli oyun üslubuna əl atmışdıq. Rəqibə özümüz oynamaq imkanı verirdik, hücuma keçirdilər. Nəticədə digər oyunlarda onların etdiyi kimi, biz pressinq tətbiq edir, sürətli əks-hücumlar qururduq. Özünüz də gördüz ki, matçda cəmi 1 qol vursaq da, daha çox fərqlənmək imkanımız oldu. Demək olar, hamısı da əks-hücumlarda. Və ən nəhayət, mövqeli müdafiəni üstün tutmuşduq. Yəni çox hücuma aludə olmurduq, əsas diqqəti arxa xəttə yönəltmişdik. Bir sözlə, “İnter”i ilk oyunlarda buraxdığımız səhvləri təkrarlamamağımızın sayəsində məğlub etdiyimizi düşünürəm.
- Artıq bu qələbədən sonra həm çempionluq şansını artırdınız, həm də ümumi mübarizəni qızışdırdınız. Siz hazırkı vəziyyətdə komandanızın şanslarını necə qiymətləndirirsiz?
- Hazırda elə bir vəziyyət yaranıb ki, 1-2 tur ardıcıl qələbə qazanan komanda dərhal üst pillələrə çıxırsa, məğlub olanlar da aşağıya yuvarlanır. Bundan sonrakı oyunlarda uğurlarımızın davamını gətirə bilsək, çox şeyə nail ola bilərik. Hələ qarşıda 4 tur var. Müqayisəli şəkildə desəm, çempionluqdan daha çox avroliqaya vəsiqə qazanmaq şansımız var. Amma istənilən halda biz qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik. Sonda digər komandaların da öz aralarındakı oyunlarda hansı nəticələrin qeydə alınmasından çox şey asılı olacaq. Ümidvaram ki, hər şey “Neftçi” üçün yaxşı qurtaracaq və istəyimizə nail ola biləcəyik.
- “İnter” üzərindəki qələbəylə bu komandanın liderliyinə son qoydunuz. Amma eyni zamanda əzəli rəqibiniz “Xəzər Lənkəran”a böyük kömək etmiş oldunuz...
- Biz rəqiblərimiz arasında heç bir fərq qoymuruq. “İlk altılıq”da qərarlaşan komandaların hamısı bizə rəqibdir. “İnter”lə oyunda biz sadəcə çıxıb öz işimizi gördük. Çünki qələbə bizə hava-su kimi lazım idi. Məğlub olacağımız halda nəinki çempionluq, hətta avroliqaya vəsiqə şansımızı da itirəcəkdik. Bu üzdən biz başqa heç nəyi fikirləşmirdik ki, bunu udsaq, əzəli rəqibimiz lider ola bilər. Bu futboldu və belə hadisələr də qaçılmazdır. Oyundan sonra “İnter”in baş məşqçisi də mətbuat konfransında qəribə sözlər işlətdi. Amma onun niyə elə danışdığını mən dəqiq anlaya bilmədim.
- Marian Aliutanı ikinci hissədə meydana buraxsanız da, tez də əvəzlədiniz. Bunun səbəbini bilmək istərdik...
- Onu meydana buraxanda konkret tapşırıq vermişdim. Orta sahədə rəqibin oyun qurmasına mane olmalı idi. Ancaq o, verdiyim tapşırığın, vəzifənin öhdəsindən lazımınca gələ bilmədi. Buna görə də onu çıxardım, yerinə Valter Quqlemonu çəkdim, Zaur Tağızadəni isə irəlidə oynatdım.
- Ancaq Aliuta meydanı narazı tərk etdi. Hiss olunurdu ki, erkən əvəzlənməsinə görə, sizdən razı qalmayıb...
- Etiraf edim ki, oyun gərgin keçdiyindən bütün fikrim meydanda idi. Onun hansısa narazılığından, qeyri-etik hərəkətini görməmişəm. Amma tezliklə həmin oyunun videoyazısına baxıb, analiz aparacağıq. Təbii ki, Aliutanın hansısa xoşagəlməz hərəkətini görsəm, mütləq cəzalanacaq. Bizdə heç kimə icazə verilmir ki, baş məşqçinin dediklərinə qarşı çıxsın. Bu, həm komandanın ən gənc futbolçularına, həm də təcrübəlilərə və legionerlərə aiddir. Qanun hər kəs üçün qanundur və hər bir futbolçumuz buna əməl etməlidir.
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib
Azərbaycan - Ukrayna: Heyətlər
"Liverpul" yeni formalarını təqdim etdi - Şəkillər
Postekoqlunun yeni klubu açıqlandı - Rəsmi
Bolqarıstan millisinin baş məşqçisi istefa verdi
Millimizin sabiq futbolçusu 1-ci liqa klubunda
İtaliya millisindən tarixi göstərici
U-19 millimiz 6 qolla uduzdu
Kubokda püşkatmanın vaxtı açıqlandı
"Şamaxı"dan ayrılan futbolçu "Səbail"də
Şevçenko Bakıdakı futbol meydanşasının açılışında - Şəkillər
"Fənərbaxça"dan "Spartak"a - Rəsmi
1 il 3 aydır qələbə üzünə həsrətik...
"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi
PSJ-nin 2 oyunçusu millidə zədə aldı - Narazılıq yarandı
Nunu istefaya göndərildi
Qattuzo: "Bu, karyeramın ən çılğın oyunu idi"
"Tofiq Bəhramov"dakı bugünkü oyunun formaları - Şəkillər
"Neftçi"nin sabiq baş məşqçisinin yeni iş yeri
"Onunla ömürlük müqavilə imzalamalıyıq"
Daha bir boksçumuz dünya çempionatının 1/4 finalında
İtaliyanın İsrail üzərindəki çətin qələbəsi - Video
DÇ-2026: İsrail - İtaliya matçında 9 qol - Nəticələr
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi