“Xəzər Lənkəran” son turda “İnter”in bir gün öncəki xal itkisindən yararlanıb, liderliyə yüksəlmək şansına malik olsa da, bundan istifadə edə bilmədi. Əksinə çətin səfər matçından məğlub (0:1) ayrılmaqla, lider “İnter”dən daha bir xal geri düşdü. Bu və digər məsələlərlə bağlı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Qol.Az-a müsahibə verib.
- Son turda “Bakı”ya məğlubiyyəti nə dərəcədə ədalətli sayırsız?
- Bütövlükdə götürəndə, komandanın bərbad oynadığını deyə bilmərəm. Amma hər halda qələbə qazana biləcək futbolun da şahidi olmadıq. Meydan sahibləri daha istəkli görünürdü və nəticədə məğlubiyyətlə üzləşdik. Halbuki ən azı bir xalla da dönə bilərdik. İstənilən halda komandamızın sərgilədiyi oyundan narazı qaldıq. Yəqin ki, yenilginin səbəbləri araşdırılacaq və klubdaxili iclasda müzakirə olunacaq. Çünki bu oyun “Xəzər Lənkəran”a yaraşmır. Daha parlaq oyun nümayiş etdirib, qələbə qazana bilərdik. Ən azı ona görə ki, buna qadir heyətimiz, futbolçularımız var. Hər halda “Xəzər Lənkəran”ın digər oyunlarına da baxmısız və necə baxımlı futbol nümayiş etdirdiyimizdən xəbərdarsız. Gəl ki, “Bakı”yla oyunda istədiyimizə nail ola bilmədik. Bunun da səbəbləri mütləq araşdırılacaq.
- Bu məğlubiyyətlə zirvəyə çıxmaq şansını da itirdiniz. Halbuki bir gün öncə “İnter” xal itkisiylə üzləşdiyindən “Xəzər Lənkəran” birinci pilləni ələ keçirə bilərdi...
- Düzdü, liderliyə yüksəlmək üçün şansımız var idi. Təəssüf ki, bundan istifadə edə bilmədik. Bilirsiniz, hər bir komanda xal itkisiylə, məğlubiyyətlə üzləşə bilər. Heç bir komanda məğlubiyyətdən sığortalanmayıb. Statistikaya nəzər salsaq, görərik ki, “Xəzər Lənkəran” ən az yenilgi alan komandalardandır. Yəni komandamız asan təslim olan rəqiblərdən deyil. Sadəcə, çalışmalıyıq, qalan oyunlarda eyni səhvi təkrarlamayaq. Təbii ki, qarşıdakı turlarda əsas rəqiblərimizdən də xal itkisiylə üzləşənlər olacaq. Düşünmürəm ki, bu, son belə fürsət idi. Mövsümün başa çatmasına bir neçə tur qalır və hər şey ola bilər. Belə götürsək, final mərhələsində ikinci dövrəyə bundan sonra start veriləcək. Deməli, “ilk altılıq”da qərarlaşan komandaların da hamısı bir-biriylə görüşəcək. Nəzərə alsaq ki, medallar uğrunda mübarizə aparan kollektivlər arasında zəifi yoxdur, onda qalan 5 turda çox şeyin şahidi ola bilərik.
- Son turadək çempionluq şansı daha çox “İnter” və “Xəzər Lənkəran”da idisə, 27-ci turun oyunlarından sonra “Bakı” və “Qarabağ” da iddiasını göstərdi. Düşünmürsüz ki, çempionluq mübarizəsindəki rəqiblərin çoxluğu “Xəzər Lənkəran”ın işini daha da çətinləşdirəcək?
- Mən belə deməzdim. Əksinə, az öncə də qeyd etdiyim kimi, çempionluq uğrunda nə qədər çox komanda mübarizə aparsa, digər rəqiblərimiz öz aralarındakı oyunlarda xal itkisiylə üzləşsə, bu, bizim üçün münbit şərait yaradır. Sadəcə, biz çalışıb belə fürsətlərdən maksimum yararlanmalıyıq ki, qarşımıza qoyduğumuz çempionluq vəzifəsini həyata keçirək. Təbii ki, hər bir komanda çempion olmağa, daha üst pillələrdə qərarlaşmağa çalışır. Kim daha çox layiqdisə, qızıl medallar da məhz həmin komandaya qismət olacaq. Son ölkə çempionu “Bakı”nın, “Qarabağ”ın bizdən geridə olmasına baxmayaraq, onların da şansları qalmaqdadır. İstənilən halda, bu mübarizədən məhz biz qalib çıxmaq üçün əlimizdən gələni əsirgəməməliyik. “Xəzər Lənkəran” həm ölkə çempionu olmalı, həm də kuboku qazanmalıdır. Bütün cəhdlərimiz bu istəyimizi həyata keçirməyə yönəlib və inanıram ki, komandamız hər iki cəbhədə uğur qazanmağı bacaracaq.
- Mövsümün qalan 5 turunda “Xəzər Lənkəran”ı daha çətin oyun qrafiki gözləyir. Məsələ burasındadır ki, keçirəcəyiniz 5 oyundan 3-ü səfərdə baş tutacaq. Sizcə, “Qəbələ”, “Neftçi” və “Qarabağ”la səfər matçlarında maksimum nəticə qazanmaq çətin olmayacaq ki?
- Əslində peşəkar, iddialı, hər iki cəbhədə uğur qazanmaq istəyən komanda üçün ev-səfər problemi olmamalıdır. Düzdür, həmin oyunların Lənkəranda keçirilməsi bizim üçün daha münasib olardı. Hər halda, doğma azarkeşlərin dəstəyi komandamıza əlavə güc, ruh verir. Amma vəziyyət belə alınıb və final mərhələsinin ilk dövrəsində evdə qəbul etdiyimiz bu rəqiblərlə səfərdə qarşılaşmağa məcburuq. Məncə, futbolçularımız bu amilə ciddi fikir verməyib, öz əzmkar oyunlarını sərgiləməyi bacarsa, heç bir problemimiz olmaz.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi